Akopyanın Antalyada istirahət xərcləri erməniləri şoka saldı - 4 gündə azı 100 min avro...

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də ilk dəfə Türkiyəyə səfər edib və prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Sözügedən tarixlərdə Paşinyanın həyat yoldaşı Anna Akopyanın da Türkiyədə olduğu və Antalyada dəbdəbəli istirahət etdiyi məlum olub.
Akobyanın 19-22 iyun tarixləri arasında Antalyanın ən dəbdəbəli otellərindən biri olan “Titanik Mardan Palace” otelində 3 gecə qaldığı və bayram üçün dodaq uçuqladan hesabı Ermənistanda böyük əks-səda doğurub.
Otelin “Kral Suite” adlanan ən dəbdəbəli otaqlarında qalan Akopyan bir gecəlik 6 min avro ödəyib. Yaşayış xərcləri ilə yanaşı, Akopyanın şampan vannası, şəxsi yoqa təlimatçısı, şəxsi qulluqçu və yaxta kirayəsi kimi ultra dəbdəbəli xərclər də etdiyi məlum olub.
Akopyanın 4 günlük səfər üçün hesabının 100 min avronu keçdiyi bildirilir.
TAHİR