ABŞ-ın keçmiş kəşfiyyat şefi Putinin planlarını ifşa etdi - Ukraynadan sonra bu ölkəni işğal edəcəklər…

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş yüksək rütbəli məmuru Devid Petreus, Rusiyanın Ukraynadakı müharibədə uğur qazanacağı təqdirdə Avropadakı NATO ölkəsini işğal edəcəyi barədə xəbərdarlıq edib.
Obama administrasiyası dövründə 2011-2012-ci illərdə agentliyə rəhbərlik edən Devid Petreus iddia edib ki, Putin Ukraynada qələbə qazanacağı təqdirdə Avropadakı NATO ölkəsini, çox güman ki, Baltikyanı NATO ölkəsi Litvanı işğal edəcək.
Onun sözlərinə görə, Putin çıxışlarında tez-tez xatırlatdığı ölkəyə keçməzdən əvvəl bütün Ukraynanı ələ keçirməyi hədəfləyir.
Putinin əsas məqsədinin Ukrayna prezidenti Zelenskini devirmək, onun yerinə “kukla lider” təyin etmək və bütün Ukraynaya nəzarəti ələ keçirmək olduğunu iddia edən keçmiş kəşfiyyat rəhbəri xəbərdarlıq edib ki, bundan sonra ruslar üzünü Baltikyanı ölkələrə çevirəcəklər. Petreus xüsusilə Rusiyanın qonşusu Litvanın hədəf olacağı ilə bağlı xəbərdarlıq edib.
O, həmçinin bildirib ki, Putin yaxın həftələrdə Ukraynaya dağıdıcı yay hücumuna başlamağa hazırlaşır.
Kremlin dəstəklədiyi təşkilatlar da Litva ilə bağlı oxşar iddialar səsləndiriblər. Rusiyanın ən yüksək xarici siyasət institutu olan MGIMO, dərc 400 səhifəlik tarix kitabında ölkənin yalnız Polşa terrorizminin bir parçası kimi qurulduğunu iddia edib.
Putinin xarici işlər naziri Sergey Lavrovun ön söz yazdığı kitabda deyilir ki, ölkənin 1991-ci ildə dağılan SSRİ-dən çıxması saxtakarlıq və qeyri-demokratik olub. Kitaba görə, Litva hakimiyyəti Rusiyanın bu ölkəyə qarşı açıq düşmənçiliyindən xəbərdardır və keçən ay işğal olacağı təqdirdə paytaxt Vilnüs üçün təxliyə planını açıqlayıblar.
TAHİR