Makronun daxili işlər naziri öz xalqını "barbar" adlandırdı…

Fransanın daxili işlər naziri Bryuno Retayonun UEFA Çempionlar Liqasının qalibi Paris Saint-Germain (PSJ) klubunun qalibiyyətini qeyd edənləri "barbar" adlandırması ölkədə böyük səs küyə səbəb olub.
Nazir X sosial media platformasından PSJ-nin əsl azarkeşlərinin matçı həyəcanla izlədiyini, eyni zamanda bəzi barbarların isə təhlükəsizlik qüvvələrini təxribata çəkmək üçün Paris küçələrinə çıxdığını deyib. Bunlara qarşı qətiyyətlə müdaxilə etmələri üçün təhlükəsizlik qüvvələrinə təlimat verdiyini ifadə edən Retayo bildirib ki, heç bir şeyə hörməti olmayan kiçik, təxribatçı bir azlığın vəhşiliyindən üzündən zəfərin qeyd edilməməsi qəbuledilməzdir.
Fransanın ifrat solçu partiyası olan “Boyun Əyməyən Fransa”dan (LFI) millət vəkili Antuan Leoman X sosial media platformasında fanatlara qarşı həddindən artıq güc və gözyaşardıcı qazdan istifadəni sərt tənqid edərək barbarların Daxili İşlər Nazirliyində toplaşdığını deyib.
Müxalifətçi deputat Aleksis Korber də nazir Retayonun X-dəki paylaşımına reaksiya verərək, belə bir paylaşımın bir daxili işlər nazirinə yaraşmadığına deyib: "Bayramı pozmaq istəyənlərin zorakılığına qarşı çıxmaq lazımdır, ancaq niyə yad və az qala heyvani məna daşıyan “barbar” və “vəhşilik” sözləri işlədilir? İnsanlar xoşbəxt olanda belə, bu adam yenə də nifrət edir”.
LFI millət vəkili Thomas Portes sosial media hesabında "Bizim siyasi fikir ayrılıqlarımız ola bilər, amma "barbar" sözünün daxili işlər nazirinin ağzında yeri yoxdur. Bryuno Retayo bu axşam irqçi bir daxili işlər naziri olduğunu təsdiqlədi" - deyə bildirib.
TAHİR