İlham Əliyev 2004-cü ildəki referenduma uyğun kursu davam etdirir, yunan deputatın əsəbi yersizdir...

Avropa Parlamentində Kipri təmsil edən yunan deputat Qeadis Qeadi Prezident İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin tanıdılması üçün mümkün olan hər şeyi edəcəyi barədə bəyanatdan çox narahat olub. Deyib ki, Kipr probleminin həlli yolu "vahid dövlət " modelidir və "Azərbaycan Prezidentinin siyasəti vəziyyəti gərginləşdirməyə doğru aparır...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Qeadi bilməmiş deyil ki, İlham Əliyev Türk Kiprinin taleyi ilə bağlı hələ 2004-cü ildə keçirilmiş referendumu dəstəkləmişdi və təəssüf ki, türklər o zaman bütün adanın Avropa Birliyinə qəbul olunmasına səs verdikləri halda Kipr yunanları bunu rədd edərək referendumda "yox" demişdilər...
Elə bundan sonra daha çox adam əmin olmağa başladı ki, Kiprin yunan hissəsi münaqişəni həll etmək istəmir, əsas məqsəd Kipr türklərini müstəqil siyasi iradədən məhrum edərək tədricən adanı təmizləməkdir...
Belə olmasaydı, yunan Kipri anti-Azərbaycan və anti-Türkiyə mövqeyi tutaraq Ermənistanın ən fəal silah tədarükçülərindən birinə çevrilməzdi...”
Tahir TAĞIYEV