Xorvatiya lideri Aİ-ni yıxıb sürüdü - ölkələrə yalandan üzvlük sözü verib onlardan müəyyən güzəştlər qoparmağa çalışırlar...

Xorvatiya lideri Zoran Milinkoviç Avropa İttifaqını (Aİ) sərt tənqid edib. Milanoviç, ittifaqa bəlkə də Monteneqrodan başqa heç kimin daxil olmayacağını deyib, üzvlüyə can atan digər ölkələrin isə yalan vədlərlə aldadıldığını bildirib.
Ukraynadakı müharibəni “zəiflətmə müharibəsi” kimi dəyərləndirən Milanoviç, müharibənin Avropanın hər bir ölkənin hansısa hərbi ittifaqa və ya birliyə qoşulacağına qərar verməli olduğu tezisilə təkəbbürlü yanaşması səbəbindən baş verdiyini deyib. Onun sözlərinə görə, bu yanaşma Ukraynanı Rusiya ilə əməkdaşlıqdan qəti şəkildə imtina etməyə məcbur edib.
"Bəlkə Monteneqrodan başqa heç kim artıq Avropa Birliyinə daxil olmayacaq. Digər ölkələr yalan vədlərlə aldanır. Aİ-yə üzv olacaqlarını deyib bu ölkələrdən müəyyən güzəştlər qoparmağa çalışırlar" – deyə Milanoviç bildirib.
AB-nin artıq əvvəlki güc olmadığını vurğulayan Milanoviç bildirib ki, Avropa Çinə gedib orada insan haqlarından danışır, lakin Avropa istehsalı olan avtomobillərin satışlarının ciddi şəkildə azalmasından danışmır. Onun sözlərinə görə, bu gün qlobal səhnənin əsas aktyorları ABŞ və Çindir: "Avropanın artıq resursları yoxdur. O, innovasiya və bilik istehsalında lider deyil".
TAHİR