Cümə axşamı günü, 22 oktyabr 2026
     

"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

Image


Ermənistan müxalifəti yenidən bəyan edib ki, Nikol Paşinyan hökuməti Azərbaycanla “kapitulyasiya müqaviləsi” imzalamağa çalışır. Eyni zamanda, baş nazirin rəqibləri onun növbəti parlament seçkilərində uğur qazana bilməyəcəyinə əmindirlər. Əvəzində növbəti parlament seçkilərindən sonra Paşinyanın komandasının üzvlərinin Bakıya köçəcəyi iddia edilir. Amma Ermənistan rəhbərinin partiyası hələ də ölkədə ən populyardır və müxalifət təşkilatlarına dəstək azalmaqda davam edir.

Yeni tənqid dalğasına səbəb Nikol Paşinyan və Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlamaları olub. Belə ki, baş nazir Respublika Günü münasibətilə həmvətənlərinə müraciət edərək bəyan edib ki, ermənilərə onsuz da malik olduqları və beynəlxalq ictimaiyyət tərəfindən tanınan torpaqdan başqa vətən lazım deyil: “2020-ci ildən biz qəhrəmanlarımızın həyatı bahasına ağır sınaqlardan keçərək, suverenliyimizi inkişaf etdirmək, dövlətçiliyimizi reallaşdırmq və onu yaşatmaq üçün tarixi fürsət əldə etmişik. Bu gün biz həmişəkindən daha çox dövlətik, bu gün biz həmişəkindən daha suverenik, bu gün biz həmişəkindən daha müstəqilik”.Eyni zamanda o, İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamağa yaxın olduğunu, Türkiyə ilə əlaqələr qurduğunu, Rusiya, Çin, İran, Aİ və ABŞ ilə strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirdiyini xatırladıb: “Sülh və təhlükəsizlik Ermənistan Respublikasının uzunmüddətli yoldaşlarına çevriləcək. Müharibə olmayacaq, sülh olacaq”. Öz növbəsində Simonyan bildirib ki, Azərbaycanla sülh müqaviləsi ermənilərə Bakıda yaşamağa və azərbaycanlılarla ticarət etməyə imkan verəcək. Lakin bunun üçün onlar revanşist hisslərindən əl çəkməlidirlər: “Yalnız öz dünyanızda yaşamayın, erməni tarixi dərsliklərində sanki başqaları əhəmiyyətsiz xalqlar idi. Sanki biz ermənilər tütək çalanda, ərik yetişdirəndə başqa millətlər ağaclarda yaşayırdı. Bu yanaşmadan əl çəkin, Ermənistanı və onun gələcəyini məhv etməyin... Sülh müqaviləsi bağlanandan sonra ermənilər Bakıda yaşaya biləcəklər. Eyni məntiqlə azərbaycanlılar Ermənistanda necə yaşayıblarsa, Ermənistana qayıdacaqlar”. Buna cavab olaraq Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryanın ətrafında toplaşan müxalifət hökuməti növbəti milli xəyanətdə ittiham etməyə başlayıb. Məsələn, “Hayastan” blokunun deputatı İşxan Saqatelyan bildirib ki, Simonyan bütün ermənilərdən deyil, şəxsən özü haqqında danışır: “Hakimiyyət dəyişikliyindən sonra Simonyanın yaşaya biləcəyi yeganə yer Bakıdır”. Bu arada rəy sorğuları göstərir ki, Paşinyan və onun “Vətəndaş müqaviləsi” partiyası ölkədə ən populyar siyasi qüvvə olaraq qalır. Qafqaz Araşdırmaları Resurs Mərkəzi bəyan edir ki, 2019-cu ildə “Vətəndaş müqaviləsi” partiyası seçicilərin 35%-nin, 2021-ci ildə 22%-nin, 2024-cü ildə isə 15%-nin qeyd-şərtsiz dəstəyini qazanıb. Beləliklə, beş il ərzində partiyanın reytinqi təxminən iki dəfə aşağı düşsə də, baş verənləri nəzərə alsaq, bunu hələ də yaxşı nəticə hesab etmək olar. Müqayisə üçün deyək ki, müxalifət daha pis durmdadır.

2021-ci ildə Robert Köçəryanın “Hayastan” bloku seçicilərin 8%-nin dəstəyini qazanıb. Lakin 2024-cü ildə ona yalnız 4% etibar edib. Üçüncü yerdə oliqarx Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan”ı dayanır və hər il təxminən 4% ona güvənir. Qalan siyasi qüvvələr ən yaxşı halda respondentlərin 2-3%-nin dəstəyini qazanır. Sosioloqların hesablamalarına görə, 2024-cü ildə Ermənistan sakinlərinin 55%-i indiki siyasi qüvvələrin heç birini dəstəkləmir. Üstəlik, 2019 və 2021-ci illərdə bu rəqəmlər müvafiq olaraq 42% və 43% olub. MDB Ölkələri İnstitutunun Ermənistan bölməsinin rəhbəri Aleksandr Markarov bildirib ki, “Vətəndaş müqaviləsi” partiyası parlamentdə çoxluğa malik olan və icra hakimiyyətini həyata keçirən ölkədə əsas siyasi qüvvədir. Müxalifət də öz növbəsində neqativ gündəmə köklənib, amma birləşə bilmir: “Paşinyan opponentlərinin 2026-cı il parlament seçkilərində iştirak kampaniyasına başlamaq üçün çox az vaxtı qalıb. Eyni zamanda, “Vətəndaş müqaviləsi” partiyası əlbəttə ki, 15% dəstəkdən məmnun deyil, lakin onun başlanğıc mövqeləri bir qədər yaxşıdır. Proqnoz vermək üçün hələ tezdir, lakin gələn il hakim partiyanın muxalifətə qalib gəlmək ansı var və ya koalisiya hökuməti quracaq”. Ekspertin fikrincə, bir çox seçicilər müxalifətin liderlərinə görə səs verməkdən imtina edir, onların Paşinyandan da çox şikayətləri var. Eyni zamanda cəmiyyətdə “üçüncü qüvvəyə” tələbat var ki, bu da hələ reallaşmayıb: “2024-cü ildə arxiyepiskop Baqrat Qalstyan bu rola iddia etdi, lakin onun qaldırdığı etiraz dalğası heç bir nəticə vermədi və bu gün onun hərəkatını dirçəltmək mümkün deyil”. Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryan qeyd edir ki, hakim partiyanın reytinqinin aşağı düşməsi bütün dünyada, o cümlədən Avropada rejimlərin keçdiyi təbii prosesdir: “Amma Ermənistanda vəziyyət təhlükəsizlik problemləri ilə mürəkkəbdir. Bununla belə qeyd etmək lazımdır ki, hakim partiya 2018-ci ilin görünməmiş populyarlığından istifadə edə bilməyib. Bütün etimad krediti parlamentə deyil, öz partiyasının sədri olan deputatların seçilməsinə sərf olunub. Mahiyyət etibarı ilə Ermənistan öz adi konfiqurasiyasına qayıdır: bir tərəfdən zəif legitim hakimiyyət, digər tərəfdən isə eyni dərəcədə zəif və əlavə olaraq parçalanmış müxalifət”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ