Zelenski İstanbuldakı danışıqlara şəxsən qatılacağını açıqladı

Ukrayna prezidenti Zelenski ABŞ prezidenti Trampın təzyiqindən sonra Rusiya lideri Putinin təklifi ilə mayın 15-də Türkiyədə keçirilməsi planlaşdırılan sülh danışıqlarına şəxsən qatılacağını açıqlayıb.
"Biz tam və uzunmüddətli atəşkəs gözləyirik. Bu, diplomatiyaya zəmin yaratmaq üçün lazımdır. Ölümləri uzatmağın mənası yoxdur. Mən şəxsən Putini cümə axşamı Türkiyədə gözləyəcəm", - deyə Zelenski öz “Telegram” kanalında bildirib.
“Axios” xəbər saytı isə yazır ki, Rusiyanın atəşkəs elan edib-etməməsindən asılı olmayaraq, Zelenski mayın 15-də İstanbula gedəcək.
Kreml atəşkəsin yalnız danışıqlardan sonra mümkün olacağını bildirir və danışıqların 2022-ci ildə yarımçıq qalan təmaslar və cəbhədəki mövcud vəziyyət əsasında aparılmalı olduğunu vurğulayır.
TAHİR