Ceyhun Bayramov Bəhreyn vəliəhdi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşüb.
Bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında geniş müzakirələr aparılıb.
ZÜMRÜD