Cümə axşamı günü, 15 yanvar 2026
     

Müstəqil Azərbaycan səhiyyəsinin memarı - Əhliman ƏMİRASLANOV yazır...

Image


Müstəqil Azərbaycan Respublikasının sosial sahələrinin, o cümlədən, Azərbaycan səhiyyə sisteminin, tibb elmi və tibb təhsili sistemlərinin yaradılmasının ayrı-ayrı mərhələlərini təhlil etdikdə aydın nəzərə çarpır ki, bu sistemlər sadəlikdən mürəkkəbliyə, primitivlikdən aliliyə, müstəmləkəçilikdən müstəqilliyə doğru böyük bir inkişaf yolu, böyük bir yüksəliş yolu keçibdir.

Belə yüksəlişin ən mühüm, ən sürətli və ən keyfiyyətli inkişafının tarixin solmaz səhifələrinə qızıl hərflərlə həkk olunan mərhələsinin məhz ümummilli lider dahi Heydər Əliyevin adı ilə bağlı olması əlavə kəlməyə ehtiyac duyulmayan aydın həqiqətlərdəndir. Gözlərimiz önündə şərəflə yaşanan ömrünün 35 ilə yaxın bir dövründə Azərbaycana rəhbərlik edən, onun ən parlaq yaradıcısı, qurucusu, ilhamverici qüvvəsi olan, bəşərilik zirvələrini fəth edərək əbədiyaşarlıq rəmzinə çevrilən ulu öndər Heydər Əliyev bütövlükdə Azərbaycan Respublikası ilə birlikdə həm də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin ən möhtəşəm memarı, yaradıcısı, qurucusu, dinamik inkişafının tənzimləyicisi kimi şüurlara, yaddaşlara əbədi həkk olunub.

Ulu öndər XX əsrin ikinci yarısından etibarən yalnız ona xas olan bənzərsizlik və təkrarsızlıq, spesifik fenomenlik xüsusiyyətləri ilə həm özü dünya diplomatiyasının ön sıralarına ucalaraq bəşərilik qazandı, həm də Azərbaycanın dünyaya Günəş kimi parlamasının möhkəm təməlini yaratdı.

Ümummilli liderin 1969-cü il iyul ayının 14-də Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsi qədirbilən Azərbaycan xalqını səmimi-qəlbdən məmnun etdi və bu yenilməz xalqın öz dahi liderinə qovuşmasının, onun ətrafında sıx sıralarla birləşməsinin təminatçısına çevrildi. Hələ gələcək möhtəşəm nailiyyətlərin ilk addımları atılan həmin dövrdə Azərbaycanın bütün sahələrində doğma, əməksevər xalqımızda milli dirçəlişə, özünüdərkə inamın, ölkə başçısına olan böyük ehtiramın yaranmasının möhkəm təməlləri qoyuldu. Ümummilli lider keçmiş SSRİ dövründə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə ardıcıllıqla həyata keçirir, yeniliyə, tərəqqiyə sədd yaradan keçmişdən miras qalmış maneələri, lüzumsuz stereotipləri inamla dəf edir, aradan qaldırırdı. Onun düşünən beyni gecəli-gündüzlü istirahət bilmədən daim fəaliyyət göstərərək Azərbaycanın gələcəyi naminə yeni – yeni layihələr hazırlayır və dərhal da onların zəruriliyini hiss edib həyata keçirilmələrinə şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi və müasir islahatların tətbiqi, həyata keçirilməsi meydanına çevrilmişdi. Ulu öndər XX əsrin 70-80-ci illərində həmin siyasətin tərkib hissəsi kimi elm, təhsil və səhiyyə sistemlərinin də yüksəlişini təmin edərək, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirmişdir. Böyük rəhbər həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdur. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı. Həmin illərdə Azərbaycanın sözügedən sistemlərində ölçüyəgəlməz islahatlar aparılır, o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir, tibbi kadr hazırlığında öz sözünü cəsarətlə deyə bilirdi. Başqa sözlə, tibbi fənlərin diplomaqədərki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı, daha sonralar tibbi-biologiya fakültəsi və dekanlığı, hərbi-tibb fakültəsi və dekanlığı, mətbuat və informasiya xidməti və digər köməkçi şöbələr yaradılmışdır.

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş İttifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdu. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirirdilər. Zərifə Əliyeva, İbrahim Topçubaşov, Həmidbəy Mahmudbəyov, Tamerlan Əliyev, Tağı Tağızadə, Adilə Namazova, Böyükkişi Ağayev və başqalarının adları bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutur, onların elmi məktəbləri dərindən öyrənilir. Eyni zamanda, həmin illərdə tibbin müxtəlif elmi istiqamətləri - cərrahiyyə, terapiya, mikrobiologiya, urologiya, oftalmologiya, allerqologiya və immunologiya, pediatriya, kardiologiya, onkologiya, anesteziologiya və reanimatologiya, epidemiologiya, ginekologiya, stomatologiya, morfologiya və s. üzrə beynəlxalq səviyyəli elmi-tədqiqat işləri aparılıb, alınan nəticələr dünya alimləri tərəfindən yüksək dəyərləndirilibdir.

Ulu öndər o dövrdə respublikanın səhiyyə sisteminin və Azərbaycan Dövlət Tibb İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsini də diqqətdə saxlayırdı. Həmin dövrdə yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edildi, respublikada olan tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirildi, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başladı. O dövrün, yəni ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi dövrün tələbə-gənclərindən olduğuma görə onun ölkədə gənclərə göstərdiyi qayğı xoşbəxtliklərindən mənə də pay düşdü və bu qayğının sayəsində mən 1974-cü ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin aspirantı oldum. O vaxtlar Moskvanın müxtəlif ali tibb təhsili müəssisələrində mənim kimi gənclər çox idi və ümummilli liderin gənclər üçün yaratdığı əlverişli şərait hər birimizin həyatının mənasına çevrilmişdi.

Ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə olan nəzarətini, diqqətini nəinki azaltmamış, əksinə daha da artırmışdı. O, Moskvada çalışdığı illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edirdi və Sovetlər İttifaqının yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, səhiyyədə olan problemlərin müzakirəsini aparır, bu problemlərdən irəli gələn məsələlərin həlli yollarını peşəkarcasına göstərirdi. O, vaxtlar SSRİ səhiyyə sisteminin və dünya tibb elminin görkəmli nümayəndələrindən olan akademik N.N. Bloxin həm də mənim çalışdığım SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş direktoru idi və o, hər dəfə Heydər Əliyevin SSRİ Səhiyyə İdarələri başçılarının iştirakı ilə keçirilən toplantılardakı çıxışlarından sonra Onkoloji Elmi Mərkəzin işçilərinin müşavirəsini keçirərək onun tapşırıqlarını əməkdaşlara çatdırardı. Akademik N.N. Bloxin, adətən, ünsiyyətdə olduğu adamlar haqqında tərifli sözlər deməkdə bir qədər «xəsislik» edərdi. Lakin o, Heydər Əliyev haqqında danışanda ürəkdən gələn ən xoş sözləri səmimiliklə söyləməkdən çəkinməzdi. Ulu öndərin çıxışları akademikdə sözün həqiqi mənasında böyük təəssürat oyatmışdı. Akademik N.N.Bloxin deyirdi ki, Heydər Əliyev səhiyyənin problemlərini, onlardan çıxış yollarını ən titullu səhiyyə mütəxəssislərindən də gözəl bilir və ona görə də ona böyük hörmət və ehtiramla yanaşıram. Vətəndən uzaqlarda yad bir millətin dünya şöhrətli aliminin həkimlər, alimlər, səhiyyə işçiləri qarşısında vətənimin böyük oğlu ulu öndər haqqında ağızdolusu xoş sözlər deməsi məni və mənim kimi azərbaycanlı gəncləri qürurlandırır, fəxarətləndirirdi. Akademik N.N.Bloxindən sonra Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin baş direktoru vəzifəsində çalışan akademik N.N.Trapeznikov Azərbaycan Rekspublikası müstəqilliyini bərpa etdikdən sonra bir neçə dəfə Bakıda olub. Hər dəfə ümummilli lider Heydər Əliyev şəxsən tanıdığı akademik N.N.Trapeznikovu qəbul edərkən Azərbaycan onkoloqlarından akademik Cəmil Əliyevi və məni də həmin görüşlərə dəvət edər, onunla səhiyyənin problemləri, onkologiya elminin müasir səviyyəsi haqqında söhbətlər keçirərək, müzakirələr aparar, təmkinlə bizim təkliflərimizi dinləyər, bu təkliflərə öz lakonik, məntiqli münasibətini bildirərdi. Ulu öndər Heydər Əliyev səhiyyənin, tibb elminin başqa sahələrində fəaliyyət göstərən digər aparıcı mütəxəssisləri ilə də sıx əlaqələr saxlayar, onların diqqətini Azərbaycana cəlb edər, bununla da Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin inkişafına güclü təkan verilməsinə, möhkəm zəmin yaradardı.

Ulu öndər 1998-ci il sentyabrın 28-də Azərbaycan Tibb Universitetinin yeni 11 mərtəbəli tədris binasının açılışında çıxış edərkən Azərbaycan səhiyyəsinin inkişafına, onun maddi-texnik bazasının möhkəmləndirilməsinə göstərdiyi saysız-hesabsız amillərə toxunaraq demişdir!: «Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra Sovetlər İttifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm… Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm Onkoloji Mərkəzin, həm Kardioloji Mərkəzin, həm Ürək Cərrahiyyəsi Mərkəzinin, həm Oftalmoloji Mərkəzlərinin, başqalarının yaranmasında, inkişaf etməsində, onların maddi-texniki bazasının yaranmasında çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet İttifaqının rəhbərliyi adından iştirak etdim. Mən bir də bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım».

Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi, XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. Onun qoyduğu təməllərin bəhrəsi Azərbaycan Tibb Universitetinin timsalında da özünü daha dolğun şəkildə göstərir. Tarixi dəlillər sübut edir ki, bu ali tibb təhsili ocağı yarandığı gündən həmişə milli kadr qıtlığından əziyyət çəkib. Lakin indi tam əminliklə deyirəm ki, həm mənim həyatımda, həm ölkəmizin tibb kadrlarının, həm də bütövlükdə Azərbaycan Tibb Universiteti kollektivinin həyatında əsaslı rol oynayan ulu öndərin sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili sahəsinin, eləcə də Azərbaycan səhiyyəsinin bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz məktəblərini yarada biliblər. Tibb elmi və tibb təhsili sahəsində beynəlxalq səviyyəli mütəxəssis məktəbləri yaratmaq o qədər də asan məsələ deyildir. Belə məktəblər bir ilin, beş ilin ərzində yarana bilməz. Əgər Azərbaycanda səhiyyə sahəsində, tibb elmi, tibb təhsili sahələrində bu cür fundamental məktəblər yaranıbsa, demək Heydər Əliyev ideyalarının çiçəklənməsi, xoş bəhrələr verməsi haqqında ağızdolusu danışmağa haqqımız var. İndi Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş ölkələrinin tanınmış tibb müəssisələrində də böyük müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Ümummilli liderimizin uzaqgörən siyasəti nəticəsində tibb mütəxəssislərimizin xaricə ixrac olunmasının Dünya Azərbaycanlılarının maddi və mənəvi dayağının artmasına, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaratmasının özü də mənim həyatımda baş verən dəyişikliklərlə sıx vəhdət təşkil edir, çünki mən də dahi Heydər Əliyevin qayğısı ilə qaynaqlanan bu elin, bu millətin, bu vətənin övladlarından, onun zərrələrindən biriyəm.

Müstəqil Azərbaycanın qurucusu və yaradıcısı, təşkilatçısı və aparıcı qüvvəsi olan Heydər Əliyev ideyaları ölkəmizin bütün sahələrində, o cümlədən ictimai və iqtisadi-siyasi, milli-ənənəvi və mədəni-kütləvi, elmi-maarifləndirici və sosial-müdafiə sahələrində əsaslı dönüş yaranmasının başlıca istiqamətverici qüvvəsi kimi öz xoşməramlı avanqardlığını hər zaman saxlamaqdadır. XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq, yeni dinamik inkişaf mərhələsinə qədəm qoyması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla ilk təməl daşlarını qoyduğu uzaqgörən siyasətin, dərin islahatlar strategiyasının nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ulu öndər xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurub, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürübdür. Ümummilli lider qlobal proseslər fonunda tam fərqli – xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçiribdir. Ümummilli lider 1993-cü ildən dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstəribdir. Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə uğurlu daxili və xarici siyasət yeridib, dünyanın güc sahibliyi ilə fərqlənən dövlətlərini Azərbaycanla hesablaşmaq, onun konsepsiyasına hörmətlə yanaşmaq faktı qarşısında qoyubdur. Yeni dünya sistemində meydan sulamaq cəhdində olan güc mərkəzləri arasında gedən çəkişmələrin pərdəarxası mahiyyətinə müvafiq şəkildə məntiqli xarici siyasət həyata keçirən müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrildi, ölkəmizin regionda icra edilən bütün transmilli layihələrdə iştirakı təmin olundu. Azərbaycanın Heydər Əliyev siyasi kursuna əsaslanmaqla həyata keçirdiyi daxili siyasət də ümumən bu prinsiplərə əsaslanıb, respublikanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sistemində layiqli mövqeyinin təmin olunması, ikitərəfli əlaqələrdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi milli diplomatiyanın əsas hədəflərinə çevrilibdir. Respublikamız ötən illərdə təkcə səmərəli iqtisadi təşəbbüslərlə, konkret enerji-kommunikasiya layihələri, əlverişli tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda demokratikləşmə xəttinə, Avroatlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə də Qərbin diqqətini cəlb edib, Avropa məkanında etibarlı tərəfdaş imici qazanıbdır. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində saxlayan ümummilli lider bu istiqamətdə mühüm islahatların həyata keçiril­məsini təmin edibdir. Böyük rəhbər hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulayıb, vətəndaşlara göstərilən hüquqi yardı­mın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış edibdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoyubdur ki, bu da ölkəmizdə mövcud olan milli ideologiyanın təsir gücünün möhkəmliyinə dəlalət edən amillərdəndir. Aqillərin dediyi kimi, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi ola bilməz. İdeologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Ümummilli liderin şəxsiyyət kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olması ilə fəxr edib qürur duymasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün zəngin və mənalı ömrü Azərbaycan üçün yaşanıb, bu dahi şəxsiyyət həyatını Azər­baycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf edibdir.

Ümummilli lider müstəqil Azərbaycana rəhbərliyi dövründə məhz bu zəngin potensiala, elmi və maddi-texniki bazaya istinad edərək səhiyyə islahatlarını da uğurla həyata keçiribdir. 1993-2003-cü illərdə yenidən ölkəyə rəhbərlik edən Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” və s. qanunların, eləcə də “Dövlət sığortası haqqında” əsasnamənin qəbulu bu baxımdan xüsusi vurğulana bilər. Bundan başqa, 1993-cü ildə Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının poliomielitə qarşı mübarizə, 1995-ci ildə “MEKAKAR” proqramlarına qoşulmuşdur. 1998-ci il martın 13-də isə Heydər Əliyev “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalamaqla, bu sahənin inkişafına böyük töhfə vermişdir. 1993-2001-ci illərdə elmi-tədqiqat institutlarının işində və elmi araşdırılmaların təşkilində də müsbət dəyişikliklər olmuşdur. Ulu öndər tibbi kadrların hazırlanması sahəsində ixtisaslaşmış təhsil və elm məbədi olan Azərbaycan Tibb Universitetinə diqqət və qayğısını da onun ruhuna böyük ehtiramla xatırlatmaq istərdim. Nəticədə ölkəmizin bütün sahələrində olduğu kimi Azərbaycan səhiyyə sistemi, o cümlədən Azərbaycan Tibb Universiteti müstəqilliyin ilk illərindən dövlət rəhbərinin dəstəyi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il sentyabrın 28-də ulu öndərin ATU-nun yeni tədris binasının açılışında şəxsən iştirak etməsi isə bu elm ocağının tarixində ən unudulmaz hadisələrdən biri kimi qalmışdır. Böyük rəhbər 2000-ci ildə Azərbaycan Tibb Universitetinin 400 yerlik akt zalının açılışında, eləcə də universitetin yaradılmasının 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak edibdir. Yeni istifadəyə verilmiş unikal akt zalının tribunasından çıxış edən Heydər Əliyev yeni dövrdə tibb təhsilinin qarşısında duran vəzifələrdən söz açıbdır. Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alan umummilli liderin göstərişi ilə 2000-ci ildə ATU-nun nəzdində strateji əhəmiyyətli hərbi-tibb fakültəsi yaradılıbdır. Həmin illərdə Azərbaycan Tibb Universiteti Qara dəniz hövzəsiətrafı Ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilibdir. Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində 2002-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində ilk klinika - Stomatoloji klinika təşkil edilib, bununla da universitetin klinikalarının yaradılması ənənəsinin bünövrəsi qoyulubdur. Bu gün həmin klinika istər təcrübəli kadr potensialına, istərsə də müasir maddi-texniki bazasına görə Azərbaycanda aparıcı tibb müəssisələri sırasındadır. Tibb Universitetinin stomatoloji kafedraları məhz həmin klinikada yerləşir, orada ən müasir aparat və alətlərdən istifadə edilməklə, müxtəlif əməliyyatlar icra olunur. Əminliklə demək olar ki, maddi-texniki bazasına görə bu klinika MDB məkanında öncül yerlərdən birini tutur. Ümummilli Lider müstəqil və sabit inkişaf edən müasir Azərbaycan dövlətini yaratmaqla yanaşı xalqımız və dövlətimiz qarşısında daha bir əvəzsiz xidmət göstərib – milli dövlətçilik məktəbi formalaşdıraraq xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi varis yetişdirib. Bu Heydər Əliyev dühasının zirvəsi idi. 2003-cü ildə Ulu Öndər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün tam əminliklə söyləyə bilərik ki, möhtərəm Prezidentimiz bu inamı xalqın dəstəyi ilə uğurla gerçəkləşdirdi, Azərbaycanı dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevirdi. Xüsusilə hər bir azərbaycanlının ən ümdə arzusunu reallığa çevirərək müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. Prezidentliyin ilk dövründə cənab İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, yeni iş yerlərinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artırılacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi.

Ölkəmizdə üçün milli transformasiyanın zamanın çağırışlarına adekvat olan yeni dövrü başlanıb, Azərbaycan öz tərəqqisinin daha sürətli mərhələsinə çıxıb, iqtisadi strukturun intensiv formalaşması prosesinə start verilibdir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqil Azərbaycanın iqtisadi-sosial inkişafına, əhalinin sosial müdafiəsi sahəsində tarixi nailiyyətlər əldə etməsinə gətirib çıxarıbdır. Fəaliyyətində ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvü vəhdətinə nail olan cənab İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd və vəzifələr sırasında əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsi, ölkədə yoxsulluq probleminin birdəfəlik həllinə nail olunması, insanların layiqli həyat tərzinin təmin edilməsi, sağlamlıqlarının qorunması prioritetlik təşkil edən məsələlərdəndir. Bu problemlərin həll edilməsi və həyata keçirilməsi ölkə Prezidentinin qayğısı sayəsində ölkəmizin Milli Məclisinin Səhiyyə Komitəsinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, eləcə də digər tibb müəssisələrinin birgə fəaliyyətləri ilə yerinə yetirilir. Məhz bunun nəticəsidir ki, sürətli inkişaf hər bir ölkə vətəndaşının, ailənin həyatında özünü qabarıq şəkildə büruzə verir. Beynəlxlaq miqyasda da, açıq etiraf olunduğu kimi, ölkəmizdə son bir neçə ildə əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlib, insanların maddi gəlirləri mütəmadi olaraq artırılıb, sosial və digər xidmətlər əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyi ilə müşayiət edilibdir. Prezident İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə diqqət yetirilir və bu səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur. Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin qarşısını alır. İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, bunların konkret dövlət proqramları ilə təminatı da Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin vacib məqamlarındandır. Dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin son illər sosial müdafiə, elm, təhsil, səhiyyə və sair sahələrdə qəbul edilmiş məqsədli dövlət proqramlarının icrasına yönəldilməsi bunun real təsdiqidir. Ölkə rəhbərliyinin milli səhiyyə sisteminə xüsusi diqqət və qayğısı daim yaxından hiss edilir. Bu siyasətin nəticəsidir ki, son illərdə ölkəmizin bütün səhiyyə obyektlərinin, tibb elmi və tibb təhsili müəssisələrinin maddi-texniki bazası, infrastrukturu müasirləşib, elmi potensialı daha da güclənibdir. Bu istiqamətdə aparılan işlərə müvafiq olaraq cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2007-ci ildə ATU-da daha bir möhtəşəm klinikanın - Onkoloji Klinikanın açılışı olub. Bu da ölkəmizdə onkoloji xidmətin, eləcə də tibb elmi və tibb təhsilinin inkişafına güclü təkan verdi. Möhtərəm İlham Əliyevin 11 sentyabr 2007-ci il tarixində imzaladığı «Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının yaradılması haqqında» sərəncamı da dövlət başçısının təhsil və səhiyyə məsələlərinə necə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Universitetin cəmiyyətdəki yerini yüksək dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev hələ 2010-cu il aprelin 28-də «Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında» sərəncam imzalamışdır.Universitetin 80 ilik yubileyi ilə əlaqədar ölkə başçısının və ölkəmizin birinci vitse prezidenti Mehriban xanım Əlieyvanın iştirakı ilə 2010-cu ilin oktyabr ayında bu ali təhsil ocağının ən müasir standartlara cavab verən Tədris-Terapevtik Klinikasının təntənəli açılışı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli sərəncamı əsasında universitetin Cərrahiyyə Klinikası da inşa edilib və 2013-cü il sentyabrın 12-də klinikanın təntənəli açılış mərasimi keçirilibdir. 500 çarpayılıq Tədris-Cərrahiyyə Klinikasının müasir səviyyədə inşası dövlətimizin təkcə bu ali təhsil ocağının deyil, bütövlükdə Azərbaycan Respublikasının səhiyyə sisteminin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmiş diqqət və qayğısının əyani göstəricisidir. 2011-2012-ci tədris ilində ulu öndər Heydər Əliyevin ideyalarının yaşaması və çiçəklənməsi sayəsində Azərbaycan Tibb Universiteti kollektivin həyatında daha bir yenilik baş verdi - yolunu səbirsizliklə gözlədiyimiz daha bir arzumuz yerinə yetdi. Belə ki, ATU-da diplomdansonrakı hazırlığın rezidentura sisteminə keçidi baş tutdu.

Bütün bunlar bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının doğma vətənimizin, müstəqil Azərbaycan Respublikasının həyatında yaratdığı uğurlu dəyişikliklər hazırda da böyük müvəffəqiyyətlə davam etdirilir.

Anadan olmasının 102-ci ildönümünü qeyd etdiyimiz dahi şəxsiyyət xalqımızın ümummilli lideri, müstəqil dövlətçiliyimizin qurucusu və memarı Heydər Əliyev Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.

Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət mükafatı laureatı,
Milli Məclisin Səhiyyə Komitəsinin sədri



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Biləsuvarlı fermerlərin həyatını "qara günə" qoyublar..

Az xarici borc, yüksək valyuta ehtiyatı, Qarabağın bərpası - ölkənin güclü “kozırları”...

Məzunlarına iş verilməyən universitetlər niyə “yaşayır”?

SON XƏBƏRLƏR

14.01.2026 / 23:52
ABŞ 24 saat ərzində İranı vura bilər - ŞOK İDDİA…

14.01.2026 / 23:23
SON XƏBƏR - Danimarka Qrenlandiyaya qoşun çıxardı...

14.01.2026 / 21:51
Trampın almaq istədiyi Qrenlandiyaya qiymət qoyuldu - 700 milyard…

14.01.2026 / 21:17
Son 80 ilin dünya tarixində ilk fakt Azərbaycanda baş verdi...

14.01.2026 / 20:44
Konqres Trampa külli-ixtiyar verir - “dünyada hər yeri ilhaq edə bilərsən”...

14.01.2026 / 20:21
Türk dünyası xalqlarının Mifik-Dünyəvi fəlsəfəsində-At/Kəhər kultu… (I yazı)

14.01.2026 / 20:07
Tramp bunu da etdi- adi vətəndaşa nifrətlə baş barmaq işarəsi göstərdi...

14.01.2026 / 20:06
Tramp İran hakimiyyəti ilə bütün danışıqları ləğv etdi...

14.01.2026 / 19:42
Yaxın Şərqdə gərginlik artır - Qətərdəki ABŞ əsgərlərinə “bazanı dərhal boşaldın” əmri gəldi...

14.01.2026 / 19:34
Biləsuvarlı fermerlərin həyatını "qara günə" qoyublar..

14.01.2026 / 19:24
Tramp Qrenlandiyanın baş nazirini hədələdi - "bu ona çox böyük problem olacaq"...

14.01.2026 / 19:21
Deripaska Rusiyanın İran rejimini "Trampın əlindən xilas etdiyinə" əmindir...

14.01.2026 / 18:58
İranın yük gəmisi qəzaya uğradı... Xəzərdə olay...

14.01.2026 / 18:27
Hikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə etdi

14.01.2026 / 18:23
Xarici dövlətlər Bakıda böyük sutəmizləyici zavod tikəcəklər....

14.01.2026 / 18:14
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirdi...

14.01.2026 / 18:09
Özbəklər ABŞ-a axışır....

14.01.2026 / 18:02
“Hədəf” liseyi qabağa düşdü - rus dilində tədrislə mübarizə başladı…

14.01.2026 / 17:45
Nazirlik 4500 baş malı və 5 milyon manatı havaya sovurub...

14.01.2026 / 17:39
İrandakı proseslər Şimal-Cənub marşrutunu iflic edə bilər...

14.01.2026 / 17:22
"Şuşa Otel-Konqres Mərkəzi Kompleksi" müqavilə əsasında idarəetməyə verilir

14.01.2026 / 17:15
ABŞ İranı cəzalandırır, arada Ermənistan qurban gedir....

14.01.2026 / 17:14
İrandan ABŞ-ın Yaxın Şərq müttəfiqlərinə xəbərdarlıq - Sizi vuracağıq...

14.01.2026 / 17:11
Rusiya mediası Ukrayna müharibəsində Avropanın itirdiklərinin "hesabını çəkir"...

14.01.2026 / 17:08
Tramp Xamneyini hakimiyyətdən salmaq üçün hərəkətə keçdi...

14.01.2026 / 17:04
Trampın 25 faizlik təzyiq rüsumu Azərbaycana da aid edilə bilər(?)..

14.01.2026 / 17:00
Paşinyan Azərbaycan benzininin hesabına inhisarçıların belini qırır....

14.01.2026 / 16:57
“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası təsdiq edildi

14.01.2026 / 16:53
Müxalifətçi Venesuela lideri Moçado usta bir gedişlə Trampı " yumşaltdı "....

14.01.2026 / 16:42
Vaqif Xaçatryan, Gevorg Sujyan, David Davtyan və Viken Eulcekcian Ermənistana təhvil verildi

14.01.2026 / 16:32
Rəqs müəllimlərinin fəaliyyəti araşdırılacaq - uşaqlara nə öyrədilir?

14.01.2026 / 16:17
Qusarda narkotiklərin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olundu

14.01.2026 / 16:01
Medvedyev Trampı "əməlli-başlı" ələ saldı...

14.01.2026 / 15:55
"Əfsanəvi "Yuliya Timoşenkoya da korrupsiya ittihamı növbəsi çatdı...

14.01.2026 / 15:46
Metropoliten həm nöqsanlara yol verib, həm də tövsiyələri icra etməyib...

14.01.2026 / 15:41
Azərbaycanlılar da Gürcüstandan deportasiya olundu - cəmi 27 nəfər...

14.01.2026 / 15:34
Sabiq icra başçısından “Şərurlu İsfəndiyar”a cavab - Nə İsfəndiyar, nə 300 min?...

14.01.2026 / 15:27
Az xarici borc, yüksək valyuta ehtiyatı, Qarabağın bərpası - ölkənin güclü “kozırları”...

14.01.2026 / 15:10
ABŞ-la Ermənistan Zəngəzur dəhlizini 74:26 faiz gəlir nisbətində böldülər...

14.01.2026 / 15:01
Sirr indi açılır - Azərbaycan 2020-ci ildə hərbi əməliyyatı niyə dayandırdı...

14.01.2026 / 14:47
Etirazlarla İran rejimini yıxmaq variantları ortaya qoyuldu....

14.01.2026 / 14:27
Məzunlarına iş verilməyən universitetlər niyə “yaşayır”?

14.01.2026 / 14:18
Sosial şəbəkələrdə 150-dən artıq profilə müdaxilə edən haker yaxalandı

14.01.2026 / 14:13
"Paşinyan seçkidə qalib gəlsə, Kreml ölkənin yarısını işğal edəcək. "...

14.01.2026 / 14:10
Körfəz ölkələri Trampı İrana hücumdan çəkindirmək üçün hərəkətə keçdi - Səudiyyə hava məkanını ABŞ-ın üzünə bağladı…

14.01.2026 / 13:56
Paytaxtda silsilə oğurluqlar edən 2 nəfər saxlandı

14.01.2026 / 13:51
ABŞ-AB münasibətlərində böyük çat - Avropanın Ukraynada xüsusi nümayəndəsi kim olacaq?...

14.01.2026 / 13:39
Avropa Birliyi Ukrayna müharibəsi üzrə xüsusi nümayəndə təyin edir...

14.01.2026 / 13:32
İranda etirazlarda ölənlərin sayı 2500-ü aşdı - Tramp Tehrana yeni mesaj göndərdi…

14.01.2026 / 13:22
Moldova ilə Rumıniya birləşir?... Buxarestdən açıqlama - biz hazırıq…

14.01.2026 / 13:10
У Гранта Багратяна появилась шизофрения. Жаль конечно... - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.01.2026 / 13:04
AZƏRBAYCAN-ABŞ MÜNASİBƏTLƏRİ YENİ SƏVİYYƏDƏ

14.01.2026 / 12:50
Paşinyan Avropa İttifaqını da TRIPP layihəsinə qoşmaq istəyr...

14.01.2026 / 12:10
“Trampın Yolu Cənubi Qafqazın potensialını açacaq, regionda təhlükəsizliyi artıracaq” - Rubio

14.01.2026 / 11:47
İsrail və ərəb ölkəsi ABŞ-dan hələlik İrana zərbə endirməməsini istədi

14.01.2026 / 11:33
“Düzünü desəm, üzvlük haqqı ödəmək barədə heç düşünməmişəm” - Afiq Muxtaroğlu

14.01.2026 / 11:11
Moldova müxalifəti ölkə prezidentini xəyanətdə suçladı... Partiyalar bəyanat yaydı

14.01.2026 / 11:05
Putinin həbsi haqqında suala Trampın şok cavabı - CANLI

14.01.2026 / 10:50
Ahıl və tənha vətəndaşlar dələduzların hədəfində – DİN xəbərdarlıq etdi...

14.01.2026 / 10:37
Zəngəzur dəhlizinin tranzit, maneəsiz və multimodal rejimdə işləyəcəyi ABŞ-da bir daha təsdiqləndi... Aydın QULİYEV yazır…

14.01.2026 / 10:21
ABŞ “Tramp marşrutu”nu 49 illik icarəyə götürür – DETALLAR...

14.01.2026 / 10:07
Azərbaycan neftinin qiyməti 71 dolları keçdi

14.01.2026 / 09:45
ABŞ Departamenti TRIPP layihəsinin icra çərçivəsininin qəbul edildiyini açıqladı

14.01.2026 / 09:31
Qara dənizdə gərginlik artır - bir gündə dörd tanker vuruldu…

14.01.2026 / 09:10
Prezident İlham Əliyevin Ağdərə sakinləri ilə görüşündən paylaşım etdi - VİDEO

14.01.2026 / 08:51
İranda iğtişaşlarda ölü sayı 2000-ə çatdı - Tramp "kömək yoldadır" dedi...

14.01.2026 / 08:31
ABŞ-ın İran siyasətində yeni xəbər... Trampın xüsusi elçisi oğul Pəhləvi ilə niyə görüşüb?

14.01.2026 / 08:17
ABŞ-ın ardınca İsrail də bir neçə beynəlxalq təşkilatı tərk etdi

14.01.2026 / 08:07
ABŞ-ın İran yaxınlığında hərbi əməliyyat aparmaq üçün qoşunu yoxdur – Politico

14.01.2026 / 07:58
Fidan və Əraqçi İrandakı vəziyyəti müzakirə etdi

14.01.2026 / 07:50
Xəzər neftinin daşınma xərcləri arta bilər… Tankerlərə PUA hücumları üzündən…

13.01.2026 / 23:11
"Ağçiçəyim"dən qopardığı 200 min manatın güdazına getdi...

13.01.2026 / 22:43
Azərbaycan tarixinin öyrənilməmiş səhifəsi - Sovet rejiminin səhv siyasətinə qarşı Zərdab üsyanı (1963-1965-ci illər)

13.01.2026 / 22:28
Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizliyi müzakirə edib

13.01.2026 / 21:22
1418 gündə Stalin Avropanın yarısını aldı, Putin illərdir “Ukraynada sayır”...

13.01.2026 / 20:37
Məhkəmə Adnan Əhmədzadə ilə bağlı yeni qərar verdi...

13.01.2026 / 20:24
Tramp İrandakı etirazçılara açıq çağırış etdi - hökumət qurumlarını ələ keçirin...

13.01.2026 / 20:11
İrandan Azərbaycana “təhlükə gəlir” deyənlərin əsasları var...

13.01.2026 / 19:53
Ceyhun Bayramov Venesueladakı ən son hadisələrlə bağl məlumatlandırıldı...

13.01.2026 / 19:40
İş tapan universitet məzunları "Araz"da satıcıdır - nazir və rektorların birinin səsi çıxmadı...

13.01.2026 / 19:22
Ermənistanda benzin Azərbaycanın hesabına ucuzlaşdı - Paşinyan açıqladı...

Dövlət idarəçiliyində irəli çəkilən gənc kadrların sayı artır...

XƏBƏR ARXİVİ