Bazar günü günü, 01 noyabr 2026
     

Azərbaycançılıq ideyası dövlətin və cəmiyyətin mənafelərini eyni ruhda ifadə edə bilir...

Image


Bəllidir ki, ideologiya ictimai quruluşun tərkib hissəsi və dövlətin fəaliyyətinin mühüm elementidir. 

Dünya təcrübəsi göstərir ki, heç bir dövlət ideoloji prosesdən imtina etməyib, çünki bir ölkədə transformasiyalar yaratmaq və həyata keçirmək üçün hər zaman irəli sürülən konsepsiyaya, ideala, ideyaya, baxışa sadiq insanlar lazımdır.

İdeologiya güclü birləşdirici vasitədir

Yuxarıda qeyd edilənlər fonunda ideologiyanın dəyər mənasının yüksək olduğunu görmək olar. Birincisi, o, əhaliyə cəmiyyətin və dövlətin hərəkət istiqamətini göstərir. Bu, həm də dövlətin mövcudluğunun ümumi prinsiplərinin formalaşmasını, əksəriyyət tərəfindən paylaşılan siyasətini nəzərdə tutur.

Beləliklə, ideologiya ictimai inkişafın hərəkətverici qüvvəsinə çevrilir və cəmiyyətin siyasi səfərbərliyi aləti kimi çıxış edir. Bu, onun əsas tətbiqi tərəfidir. Müəyyən dəyərlərin kifayət qədər uzun müddət ərzində milli həyatın həm səfərbər, həm də inteqrasiya prinsipinə çevrildiyinə dair çoxlu nümunələr var. Onların nə dərəcədə bütün xalq tərəfindən qəbul edildiyi başqa sualdır. Lakin ideologiya ların səfərbərlik gücü tarixən sübut edilib. İkincisi, dövlət ideologiyası hakimiyyətin qanuniliyi ilə bağlıdır. Əhali arasında dəstək tapan ideyalar onun legitimliyini artırır, dövlət hakimiyyətini gücləndirir və müvafiq olaraq sosial və hökumət islahatlarının səmərəsini artırır. Ona görə də dövlət, seçdiyi ideologiyanı gücləndirmək üçün bu və ya digər təbliğat maşınına, kütləyə və kütləvi şüura bu və ya digər təsir alətinə malik olmasaydı, dövlət olmazdı. İdeologiya güclü birləşdirici vasitədir, onsuz hər hansı dövlət dağılır və möhkəmliyini itirir, ona görə də heç bir dövlət uzun müddət qeyri-ideoloji ola bilməz. Bu mənada azərbaycançılıq ideyası müasir Azərbaycanın mövcudluğunun əsas təməl sütunlarından biridir. Qeyd edək ki, Azərbaycan dövlətçilik irsinin araşdırılması və təbliği, öz tarixinə və gələcəyinə, milli və mənəvi dəyərlərinə hörməti özündə əks etdirən azərbaycançılıq ideoliogiyası həm də milli dövlətçilik strategiyamızın təməl prinsiplərini təşkil edir. Onu da nəzərə almaq lazımdır ki, ideologiya təkcə dövlətə deyil, əhaliyə də lazımdır. İdeologiya sadəcə müəyyən ideyaların məcmusundan ibarət deyil. Bu, dünyaya, cəmiyyətə və insana, dövlətə və insana baxış sistemi, bu və ya digər dəyər oriyentasiyasını  müəyyən edən sistem və davranış xəttidir. Onun olmaması insanın cəmiyyətdə naviqasiyasına imkan verən koordinatların itirilməsinə gətirib çıxarır və nəticədə bəziləri üçün sosial reallıq mənasız olur və gələcək qeyri-müəyyən görünür. İdeologiya, ilkin olaraq hansı ictimai-mənəvi yükü daşımasından asılı olmayaraq, dövlət ideologiyasının qanunları əsasında inkişaf edir.

Plüralizm prinsiplərinə əsaslanan, Azərbaycanın dinamik tərəqqisinə xidmət edən ideologiya...

İdeologiya müxtəlif yollarla formalaşır ki, bu da siyasi rejim tərəfindən müəyyən edilir. Normal, demokratik rejimlərdə hər bir ictimai qüvvə bir-biri ilə rəqabət aparan, öz haqlılığını siyasi arenada sübut edən öz baxış və ideyalar sistemini inkişaf etdirir. İdeologiyanın özü ictimai həyatın yalnız bir hissəsidir, onun əsas hissəsi sosial qrupların, siniflərin, mülklərin sosial, iqtisadi, siyasi və digər baxışlarından ibarətdir.

Siyasi mübarizə zamanı müəyyən cəmiyyətin inkişafının müəyyən mərhələsində öz vədini, mütərəqqiliyini sübut edən qüvvə hakimiyyətə gəlir və onun ideologiyası da rəsmi ideologiyaya çevrilir və dövlətin fəaliyyətinə rəhbərlik edir. Bu, o deməkdir ki, cəmiyyətdə iqtisadi və sosial proqramlar onun postulatları əsasında qəbul edilir və həyata keçirilir. Adətən cəmiyyətdə müxtəlif partiyalar fəaliyyət göstərir, mübarizə aparır və hakimiyyətə gələrək hökumət qururlar. Hakimiyyətin uğursuzluğu o deməkdir ki, ideoloji postulatlar situasiyaya uyğun gəlmir, onları islah etmək, təkmilləşdirmək, ideologiyanı vəziyyətə uyğunlaşdırmaq lazımdır. Əgər bu kifayət etmirsə və ya mümkün deyilsə, məsələ köklü şəkildə həll olunur,   başqa ideologiyanı təcəssüm etdirən, cəmiyyətin fərqli hissəsinin maraqlarını təmsil edən ictimai xadimlər hakimiyyətə gəlir. Bunlar fonunda ən perspektivlisi milli ideyadır. Azərbaycançılıq ideyası məhz bu qəbildən olan haldır. O, xalqımızın, dövlətimizin ruhunu ifadə edən bir ideya kimi bu gün də, sabah da bizim yolumuzda yanan əbədi mayak rolunu oynayır. Burada nəzərə almaq lazımdır ki, yaşadığımız dünya yalnız iqtisadi, sosial-siyasi münasibətlər dünyası deyil, həm də etnik münasibətlər dünyasıdır. Odur ki, bu və ya digər xalqın ön sıralarda getməsi üçün tarixən qazandığı etnik potensialdan tələb olunan səviyyədə istifadə etməsi lazım gəlir. Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr vardır: Bu, ana dilidir, Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir. Müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji siyasi köməyi böyük rol oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən biri həm həmrəyliyi gücləndirməkdən, həmin köməyin daha ardıcıl, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Azərbaycançılıq ideyası  məzh buna xidmət edir. Azərbaycanda vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin edən   azərbaycançılığın digər tarixi missiyası müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. Bunlar fonunda bir daha dəqiq görünür ki, müasir Azərbaycana  sözügedən   ideologiya mütləq şəkildə lazımdır. Siyasi və ideoloji plüralizm prinsiplərinə əsaslanan ideologiya Azərbaycanın dinamik tərəqqisinə xidmət edir. O, dövlətçiliyin bünövrəsidir. Bütövlükdə cəmiyyət üçün məqbul olan vahid ideologiya bu gün həyati əhəmiyyət kəsb edir. Onsuz cəmiyyət təbəqələşir və birliyi itirir. Və belə bir vəziyyətdə hər hansı irəliləyişdən, o cümlədən demokratik inkişaf yolundan söhbət gedə bilməz. Azərbaycançılıq ideyası  bu mənada sürətli inkişafın əsas zəminlərindən biri kimi ölkəmizin yüksəlişinə xidmət edir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ