çərşənbə axşamı günü, 25 avqust 2026
     

Bu da müsəlman İordaniya - erməninin "Arsax filmini" "Oskara" təqdim etdi...

Image


Mətləb Salahov: "İordaniyalı rejissor humanizm dəyərlərinə belə bağlıdırsa, niyə Qarabağda ermənilərin dəmir borulara doldurub öldürdükləri azərbaycanlı körpələr barədə film çəkmir?"

Çox təəssüflər olsun ki, erməni yalanlarının toruna bəzən müsəlman ölkələri də düşə bilir. Ermənilərin saxtakarlıq, şər şəbəkəsi İordaniya kimi ölkələrə qədər uzanır. 

Ermənistan mediası belə bir məlumat yayıb ki, İordaniya "Oskar"a təqdim etmək üçün "Artsax" haqqında sənədli film seçib. 

Yazırlar ki, İordaniya 97-ci Akademiya Mükafatlarında "Ən Yaxşı Beynəlxalq Film" kateqoriyasında təqdim edilmək üçün erməni-iordaniyalı rejissor Sareen Hairabedianın "Mənim şirin torpağım" sənədli filmini seçib.

Sənədli film "amansız müharibənin" ortasında olan "Artsaxda" diş həkimi olmaq arzusunda olan 11 yaşlı Vrejedən bəhs edir. Separatçılığı alovlandırmağa xidmət edən və erməni terroruna haqq qazandırmağa çalışılan sənədli filmin qəhrəmanı kimi 11 yaşlı uşağın seçilməsi təsadüfi deyil. Bu, Azərbaycanı qaralamaq, "işğalda" suçlamaq üçün seçilən bir vasitədir ki, guya Azərbaycan erməniləri Qarabağdan zorla çıxarıb, onlara hansısa "zorakılıq" edib. Siz bir ifadəyə baxın, "münaqişə yenidən başlayanda Vrej, ailəsi və xalqı müharibədə məğlub olduqdan sonra viran olmuş vətənlərinə qayıtmaq üçün qaçır. Vrej yeni sərt reallıqla qarşılaşarkən və gələcək döyüşlərə hazırlaşarkən ümidlərinin və aldığı travmaların ağırlığı ilə mübarizə aparır". Görün, bunlar nə qədər uydurma məsələlər düzüb-qoşurlar. Elə qələmə verirlər ki, guya Qarabağ bunların dədə-baba torpağıdır. 

Yazırlar ki, film Nyu-Yorkda yaşayan erməni əsilli erməni rejissor Hairabedianın debüt filmidir və onun HBO kanalı üçün bir neçə mükafat qazanmış 40 dəqiqəlik "Biz hələ bitməmişik" sənədli filmindən sonra çəkilir.

"Mənim şirin torpağım" filminin premyerası bu ilin əvvəlində Sheffield DocFest-də baş tutub və daha sonra bir neçə festivalda, o cümlədən iyul ayında Əmman Beynəlxalq Film Festivalında nümayiş olunub və burada "Ən Yaxşı Sənədli Film" Münsiflər Heyəti Mükafatını və Ən Yaxşı Bədii Ərəb sənədli filmi üçün "FIPRESCI" Mükafatını qazanıb. Müsəlman ölkəsi saxta erməni iddiası əsasında çəkilən filmə bu qədər mükafat verib və indi də onu "Oskar" mükafatına təqdim etməyə hazırlaşır. 

Bu da müsəlman ölkəsinin erməni təəssübkeşliyidir.  İordaniya "Arsax" haqda çəkilən düzməcə filmi "Oskar"a təqdim etməkdənsə,  erməni yalanlarına heyran olmaqdansa gözlərini açıb hadisələrə baxsın, reallığın nə olduğunu bilsin. Bu necə müsəlman ölkəsidir ki, müsəlman qardaşının haqlı davasının əleyhinə çəkilən filmi bu qədər dəyərləndirir? Müsəlman həmrəyliyi harda qaldı? 30 il torpaqlarımızı işğalda saxlayıb məscidlərimizdə donuz saxlayan ermənilərin əməllərini niyə görmək istəmir? 

Ekspertlər hesab edirlər ki, Azərbaycanın Mədəniyyət Nazirliyi, Kino qurumları İordaniyaya müraciət etməli və gerçəklik barədə məlumat verməlidir, eyni zamanda da filmin yığışdırılmasını, "Oskar"a təqdim edilməsini dayandırmağı tələb etməlidir. 

"Həqiqət ondan ibarətdir ki, onları şüara çevirdikləri "İslam dəyərləri" deyil, öz maraqları düşündürür" 

Jurnalist-ekspert  Mətləb Salahov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, İordaniyanın bu addımı təəssüf doğurur və ermənipərəstliyin bir nümunəsidir. M.Salahov bildirdi ki, erməni dostluğu müsəlman həmrəyliyini üstələyirsə, hansı din qardaşlığından danışmaq olar? "Öncə diqqəti bir məsələyə yönəltmək istərdim. Dünyada hər kəs, xüsusilə İslam dövlətlərində yaxşı bilirlər ki, Azərbaycan İslam Həmrəyliyi üçün ən çox səy göstərən, bu istiqamətdə mühüm addımlar atan ölkədir. Xüsusilə İslam dövlətləri arasında mədəni əlaqələr baxımından Azərbaycan dövlətinin gördüyü işlər daha effektli və nəticə gətirəndir. Amma min dəfə təəsüflər olsun ki, bəzi İslam dövlətləri təcavüzkar Ermənistanla "mehriban dostluq diplomatiyası" adı altında əlaqələr qurur, hətta bunu əndazəsini aşmaq şəklində reallaşdırırlar. Diqqət edək: ən yaxın qonşuluğumuzdakı islam dövlətindən başlamış ən uzaq müsəlman ölkəsinə qədər bəzi ölkələr təcavüzkar Ermənistanı bağrına basıb əməkdaşlıq edir"-deyə bildirdi.

M.Salahov qeyd etdi ki, hətta rəsmi İrəvanın daima Avropa institutlarında İslam əleyhinə kəskin mövqe sərgilədiyini bilə-bilə bunu edirlər. "Sual olunur: 30 illik işğal dövründə işğal altında qalan Azərbaycan torpaqlarındakı məscidləri, ibadət yerlərini, İslam mədəniyyətinə aid olan tarixi abidələri vəhşicəsinə məhv edən Ermənistan deyilmi? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayıblar? Bu, müsəlman aləminə edilən təhqir deyilmi? - Əlbəttə gözəl bilirlər. Sadəcə həqiqət ondan ibarətdir ki, onları şüara çevirdikləri "İslam dəyərləri" deyil, öz maraqları düşündürür.

 Gələk iordaniyalı rejissorun qondarma "artsax"da müharibə ortasında qalan, "əzabkeş" obrazında təqdim etdiyi 11 yaşlı Vrej barədə çəkdiyi 40 dəqiqəlik filmə. Əgər iordaniyalı rejissor humanizm dəyərlərinə bu şəkildə bağlıdırsa, niyə Xocalıda ermənilər tərəfindən dəmir boruların içinə doldurularaq öldürülən, anasının gözü qarşısında şişə çəkilən, tonqalda yandırılan azərbaycanlı körpələr barədə cəmi 10 dəqiqəlik film çəkmir? 11 yaşlı Vrejdən fərqli olaraq, ana qucağındakı 5-6 aylıq südəmər azərbaycanlı körpələr öz doğma yurd yerində, isti ocaqlarında erməni vəhşiləri tərəfindən analarının gözləri qarşısında qətlə yetiriliblər. Guya İordaniya Film Festivallarında əyləşənlərin, "erməni humanizminə" göz yaşı tökən yaradıcı müsəlman rejissorların bütün bunlar barədə məlumatları yoxdur? Əlbəttə var. Erməni diasporunun və öz içlərindəki erməni sevdasının diqtəsi ilə müsəlman məscidlərini heyvan yaylağına çevirmiş bir ölkəyə əl uzadanların imanı olmur"-deyə müsahibimiz bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 13:26
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ