çərşənbə axşamı günü, 25 avqust 2026
     

Ermənistan Fransa Universitetində ermənilərə genosid dərslərini fransızlar öyrədir...

Image


Məhərrəm Zülfüqarlı: "Bu seminarın məqsədi erməni gənclərin beynini yeni faşist, genosid nağılı ilə zəhərləməkdir"

Fransanın erməni separatizminin əsas "ilhamverici" qüvvəsi olduğunu bilməyən yoxdur. Saxta erməni "soyqırımı" layihəsinin də hazırlanıb ortaya atılmasında bu ölkənin "rolu əvəzsizdir".   Fransa  uzun illərdir ki, erməni terroruna, erməni təcüvüzünə, erməni separatizminə açıq dəstək verir və bütün gücü ilə separatimzin səhnədən silinməməsinə çalışır. 

İrəvanda fəaliyyət göstərən Ermənistanın Fransa Universitetində fransız alimlər, mütəxəssislər təxribatla məşğul olurlar. Qondarma "soyqırımın" təbliği ilə bağlı fransızlar həmin universitetdə seminarlar təşkil edir, tələbələrə saxta genosidi tədris edirlər. Fransa Universiteti İrəvanda tələbələrə "genosid" dərsi öyrədir. Orda ermənilərin guya Qarabağdan deportasiya olunması, "genosidə" məruz qalması, 1915-ci ilin "genosidi" və sair tədris edilir. Saxta genosid tarixinin ermənilərə aşılanmasıda Fransa universitetləri, fransız alimləri aktiv şəkildə iştirak edirlər. 

Ermənistan mətbuatı yazır ki, İrəvanda Fransa Universitetinin və Paris Şoa Memorial Kompleksinin (Holokost Muzeyi) birgə təşəbbüsü və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə "Bir daha heç vaxt" adlı iki günlük seminar keçirilir. Seminar "kütləvi cinayətlərə və onların tarix və hüquq baxımından pislənməsinə həsr olunub".

Fransa Universitetinin rektoru Salva Nakuzi deyib ki, "erməniləri bilavasitə maraqlandıran soyqırımla bağlı məsələlərin müvafiq elmi və tarixi araşdırmasıdır". 

"Mövzu ona görə vacibdir ki, Paris və İrəvandakı Soyqırım Memorialları arxivləri və tarixi yaddaşı saxlayır. Mən istərdim ki, tələbələr bu arxivlərdən geniş istifadə etsinlər, xüsusən də Birinci Dünya müharibəsi zamanı Şoa arxivləri toplandığından, onlarda hər şey vaxtında sənədləşdirilib.

Kurslar zamanı iştirakçılar tanınmış tarixçilər, eləcə də kifayət qədər müddət ərzində soyqırımla bağlı məsələləri işləmiş və öyrənmiş insanlarla ünsiyyət qurmaq imkanı əldə edəcəklər"-deyə rektor bildirib. 

Maraqlıdır ki, bunlar tələbələri saxta, qondarama "soyqırım" tarixini öyrənməyə məcbur edirlər. 

"Bu gün biz inkar siyasətinin şahidiyik, bəziləri ermənilərin başına gələnləri sadəcə olaraq rədd edir. 

Seminarda Fransanın bəzi mütəxəssiləri, eləcə də bu ölkənin Ermənistandakı səfiri çıxış edib, guya müxtəlif arxivlərdə  "soyqırımlar" haqda məlumatlar olduğunu, gənclərin onları öyrənib tədqiq etməli olduğunu deyib. Özləri deyirlər ki, artıq genosid məsələsini, bu ifadəni qəbul edənlərin sayı azalır, o ifadənin sıradan çıxmasını istəyənlər çoxdur, onlar da "genosid" nağılının silinib aradan çıxamaması üçün əl-ayğa düşüblər. Yəni məqsədləri bu cür qondarma seminarlar keçirməklə "genosid" layihəsini gündəmdə saxlamaqdır. Çünki müasir erməni gəncliyi qondarma "erməni soyqırımı" nağılını inkar edir, onu qəbul etmək istəmir. Fransızlar da çalışır ki, bu nağılı gənc nəslin beyninə yeritsin. 

Fransızların erməni gənclərə saxta "genosid" tarixini öyrətməsi, üstəlik Almaniyanın da bu işə dəstək verməsi Qərbin antitürk, antiazərbaycan siyasətinin açıq təzahürüdür. 

"Fransanın əsas məqsədi faşist ideologiyasına xidmət edən yeni nəsil formalaşdırmaqdır, ona görə də bu universitetdə qondarma soyqırım dərsləri keçirlər"    

Professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu cür təxribatçı seminarların, dərslərin təşkil edilməsi ilk hadisə deyil, dəfələrlə keçirilib. "Çox təəssüf ki, biz bu cür məsələlərə gec reaksiya veririk. Məsələ burasındadır ki, belə hallara mətbuat və alimlər, tarixçilər cavab verir, amma bizim rəsmilər seyrçi mövqe tutur, sanki kimisə, nəyisə gözləyirlər. Yəni ermənilərin, fransızların, başqa bu qəbildən olan antiazərbaycan, antitürk qüvvələrin cavabını vermək rəsmilərin səlahiyyətində olan məsələlərdir, onlar sözlərini cəsarətlə deməlidir. Amma demirlər. Mənə elə gəlir ki, bütün məsələlərdə bütün yükü ölkənin birinci şəxsi öz üzərinə götürüb. Prezident çıxış edir, bunları tənqid edir, ondan sonra o barədə söz deməli olan qurumlar danışmağa başlayırlar və Prezidentin dediklərini təkrar edirlər. Fikrimcə, bu məsələdə mövqe dəyişikliyi etməliyik. Yəni hər şeyi Prezidentin üstünə atmaq lazım deyil. Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, AMEA-nın ayrı-ayrı institutları, eləcə də digər aidiyyəti qurumlar bu işlə məşğul olmalıdır. Onda bəli, biz erməni yalanlarına, onların havadarlarına layiqli cavab verə bilərik. Buna baxmayaraq, Azərbaycan dövləti olaraq qardaş Türkiyə ilə birlikdə erməni yalanlarının ifşasında həmişə obyektiv mövqelərindən çıxış etməklə onların saxtalarlıqlarını faş edə bilərik. Fikrimcə, bu məsələ sistemli olmalıdır, davamlı xarakter daşımalıdır. 

İndi isə əsas məsələyə keçək. Fransa və Ermənistan nə istəyir? 44 günlük müharibədə qazandığımız qələbədən sonra Ermənistan rəhbərliyinin verdiyi bəyanatlar nisbətən müsbət qarşılanmalı idi. Paşinyan deyirdi ki, reallıqla barışmaq lazımdır, nağıllara qulaq asmaq lazım deyil, mifik "Böyük Ermənistan" xülyasından əl çəkin və sair. Ümid yaranırdı ki, nəhayət, Ermənistanın yeni rəhbərliyi uzun illər davam edən nağıllara, miflərə, düşmənçiliyə son qoyacaq, Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşacaq, bu da Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasına yol açacaq, sülh bərqərar olacaq. Belə bir deyim var:"İlana zəhər verən kərtənkələ". Fransa uzun illərdir ilana zəhər verən kərtənkələ rolunu oynayıb. Yəni Ermənistana birbaşa millətçilik, şovinistlik, revanş, separatçılıq zəhərini transfer edən, o zəhərlə qidalandıranın Fransa olması deyilən seminarın keçirilməsində də özünü göstərir. 

Birinci Holokost məsələsinə diqqət yetirək. Bu, İkinci Dünya müharibəsi ərəfəsində və dövründə alman faşistlərinin yəhudilərə qarşı soyqımıdır ki, bunu dünya tanıyır. Bundan sonra ermənilər özlərini yəhudilərə oxşatmağa və dünyada "yazıq xalq", "genosidə məruz qalmış xalq" kimi qələmə vermək üçün bu məsələdən istifadə etməyə başladılar, Fransa da burda "böyük rol oyandı". Hətta bilirsiz ki, Türkiyəyə qarşı qondarma erməni "soyqırımı" iddiası irəli sürülməsi üçün Fransada qanun qəbul olunub, bu qanuna əməl etməyənlər cinayət məsuliyyətinə cəlb olunur. Elə bil ki, fransızlar ermənidən çox erməni olublar. Nəyə görə? Bunlarda Türkiyəyə qarşı ifrat dərəcədə nifrət var"-deyə bildirən M.Zülfüqarlı qeyd etdi ki, Fransa özünü demokratik, insan haqlarını müdafiəçisi kimi qələmə versə də, amma qardaş Türkiyənin inkişafını, yüksəlişini, orda normal cəmiyyətin qurulmasını qəbul etməmələri fəaliyyətlərindən görsənir, Osmanlıya bəslədikləri nifdrəti Türkiyəyə qarşı davam etdirirlər. "Məqsəd isə Türkiyəni zəiflətmək, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürmək, ərazi əldə etmək, təzminat almaq və sairdir. Belə bir misal var: Avropa Birliyi Türkiyəyə nəyisə vermək istəməyəndə, yaxud Türkiyədən nəisə almaq istəyəndə bu qondarma, saxta erməni "soyqırımını" ortaya atır. Özü də bunlar demokratik don geyərək bunu edirlər. Fikir verin. Saxta məsələlərə həsr etdikləri seminarda, dərslərdə məqsədin nə olduğunu özləri deyirlər. Bildirirlər ki, artıq genosid, faşist sözü əvvəlki kimi qəbul olunmur, ona görə də onlara yeni məna verməklə bunu gənclərin beyninə yeritmək lazımdır. Bu seminarın məqsədi erməni gənclərin beynini yeni faşist, genosid nağılı ilə zəhərləməkdir. Çünki ermənilər arasında kifayət qədər insan var ki, qondarma "soyqırımı" qəbul etmirlər, onu inkar edirlər, fransızlar da bundan narahat olurlar.   Fransanın bu universiteti 1915-ci ildə guya erməni "soyqırımı"nın baş verdiyini, Qarabağdan köçüb gedən ermənilərin "etnik təmizləməyə məruz qaldığını" uydurmalar əsasında yenidən  erməni cəmiyyətinə yeritmək istəyir. Bilirsiz, Ermənistandakı qondarma soyqırım muzeyləri, abidələr, yazılan qalaq-qalaq kitablar erməni gəncliyi üçün maraqlı deyil. Ona görə də bunlar əl-ayağa düşürlər ki, ermənilər bu iddialardan çəkilməsinlər. Bu uydurma genosidlərin ssenarisini elə fransızlar özləri hazırlayıblar və bu nağıla da erməniləri əsir ediblər. İndi də görürlər ki, ssenariləri iflasa uğrayır, ona görə də univcersiet səviyyəsində bunu tədris edirlər"-deyə M.Zülfüqarlı bildirdi.  

M.Zülfüqarlının sözlərinə görə, fransızlar erməni gənclərinin beynini bu cür faşist, millətçilik təlimləri ilə zəhərləyirlər. 

M.Zülfüqarlı sual edir ki, Türkiyədə bu cür qatı millətçilik güclüdür, yoxsa Fransada? M.Zülfüqarlının sözlərinə görə, bunu müəyyən etmək üçün Fransada və qardaş Türkiyədə keçirilən seçkilərə baxmaq kifayətdir. "Qardaş Türkiyədə keçirilən bələdiyyə seçkilərində müxalifətçi, cumhuriyyətçi Xalq partiyası üstünlük qazandı, bunlar sol mərkəzçi partiyadır. Fransada keçirilən seçkilərdə isə qatı sağçı  faşist partiyasının rəhbəri Li Pen uğurlar qazanıb az qala qələbə çalsın. Yəni Türkiyə seçkilərində iştirak edən partiyalar sağ mərkəzçi, sol mərkəzçi olduğu halda Fransada hakimiyyətə iddia edən və çox səs qazanan partiyalardan biri faşist parrtiyasıdır. Bunlar deyirlər ki, Fransa fransızlar üçündür, bütün miqrantlar ölkədən qovulmalıdır. Öz gözlərində tiri görmür, başqasının gözündə çöp axtarırlar, buna deyirlər.

Fransanın, eləcə də digər mərkəzlərin dəstəyi ilə keçirilən bu cür dərslər, seminarlar, tədbirlər  Ermənistanı yeni bəlalara düçar etmək, nağıllardan, düşmənçilik təbliğ edən fikirlərdən usanmış nisbətən yaşlı erməniləri əvəz edəcək yeni ekstremist, faşist ideologiyasına məxsus gənclər yetişdirmək məqsədi güdür. Yəni Fransanın əsas məqsədi faşist ideologiyasına xidmət edən yeni nəsil formalaşdırmaqdır, ona görə də bu universitetdə qondarma soyqırım dərsləri keçirlər. Bu, erməni xalqının ziyanınadır, onlar bundan çox əziyyət çəkiblər, bunun qarşısı alınmasa bundan sonra da əziyyət çəkəcəklər. 

Fransada erməni diasporu güclüdür. Dediyim kimi, "ilana zəhər verən" həmin diaspordur, Fransanın özüdür. Yadda saxlayın ki, ermənilərin qatı faşist təfəkkürlü şəxslərindən biri olan Andranikə Fransada heykəl qoyulub. Fransızlar həmin seminarda kimlərinsə "memuarlarından" danışırlar ki, erməni gənclər onları oxusunlar. Bunlar hamısı tarixi yaddaşı saxtalaşdırmaq, tarixi həqiqətləri inkar etməkdir. 

Fikir verin, 1915-ci ildə ermənilər yaşadıqları Osmanlı imperiyasına xəyanət edib, rusların xeyrinə qiyam qaldırıb türkləri qırıblar. Türk ordusu əməliyyat keçirib bu qiyamın qarşısını alıb, erməniləri cəbhə bölgəsindən köçürüb. Bu adi bir prosesdir. Görün, bunu necə öz xeyrlərinə saxtalaşdıraraq, təbliğ edərək Türkiyənin əleyhinə çeviriblər. Qardaş Türkiyə rəhbərləri, o cümlədən Rəcəb Tayyib Ərdoğan dəfələrlə deyib ki, bunu araşdırmaq tarixçilərin işidir, arxivlər açılsın. Bu seminarda da onlar arxivlərdən çox danışırlar. Nə üçün Ermənistan arxivi açılmır? Türkiyə arxivləri açmağa hazırdır. Gəlsin, neytral tarixçilər bu məsələni aydınlaşdırsınlar. Çünki yalan üzərində qurulmuş təbliğat o dəqiqə ifşa olunacaq. Amma yalan  üzərində qurulan siyasətlə hələ də Fransa və onun kimi ölkələr Ermənistandan bir alət kimi istifadə etməklə qardaş Türkiyəyə qarşı təbliğat aparırlar. Bu təbliğatın da bir ucu gəlib Azərbaycana yönəlir. Əgər biz fəal olmasaq, Azərbaycan strukturları öz  vəzifələrini icra etməsələr onların təxribatı davam edəcək. Həmişə deyirəm ki, Azərbaycana qarşı təxribat varsa hər bir Azərbaycan vətəndaşı buna qarşı mübarizə aparmalıdır"-deyə M.Zülfüqarlı əlavə etdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ