Bazar günü günü, 01 noyabr 2026
     

Rusiya ABŞ-ın özünü nüvə zərbəsilə hədələdi - "5 milyard insan öləcək"...

Image


Bu günlərdə yayılan məlumata əsasən, Britaniya Ukraynaya Rusiya ərazisinin dərinliklərinin vurulması üçün "Storm Shadow" qanadlı raketlərindən istifadə icazəsi verib. Bundan əvvəl Fransa eyni adımı atıb. ABŞ  da eyni addımı atmağa hazırlaşır.

Xatırladaq ki, bundan öncə məsələyə Rusiya tərəfindən sərt reaksiya verilib. Rusiya prezidenti Vladimir Putin deyib ki, Kiyevə uzaqvuran silahlarla Rusiya ərazisinə zərbələr endirilməsinə icazə verilməsi NATO və Avropa dövlətlərinin müharibədə birbaşa iştirakı kimi qiymətləndiriləcək. Putin deyib ki, NATO ölkələri hazırda sadəcə olaraq uzaqvuran silahlardan istifadə edilməsinə icazə verilməsini deyil, həm də əslində münaqişəyə özlərinin birbaşa qoşulub-qoşulmaması məsələsini müzakirə edirlər. Rusiya prezidentinin sözlərinə görə, bu raket sistemlərinə uçuş tapşırıqları texniki baxımdan yalnız NATO ölkələrinin hərbi qulluqçuları tərəfindən verilə bilər. Putin onu da qeyd edib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun xarakterini dəyişmiş olur: "Beləliklə, Rusiya yaranmış təhdidlərdən çıxış edərək qərarlar qəbul etməli olacaq". Bütün bunlardan sonra Rusiya prezidenti ölkə Təhlükəsizlik Şurasının iclasında dövlət nüvə çəkindirməsi doktrinasına dəyişikliklər təklif edib. Putin hesab edir ki, Moskvaya nüvə silahından istifadədə haqq qazandıracaq hərbi təhdidlərin siyahısı genişləndirilməlidir. Nüvə silahından istifadə doktrinasının yeni versiyasına görə, Rusiya onun üzərinə adi silahlarla edilən kütləvi hücuma cavab olaraq təkcə adi silahlardan deyil, nüvə silahından da istifadə edəcək. Putin bu xüsusda strateji və taktiki aviasiyadan, qanadlı raketlərdən, dronlardan, səsdən iti uçan raket və başqa silahlardan danışıb. O bildirib ki, Rusiya üzərinə hərbi hava-kosmik vasitələrindən hücumun başlanmasına dair etibarlı informasiya da nüvə cavabı ilə nəticələnəcək. Yeni doktrinaya görə, ümumilikdə ölkənin suverenliyinə kritik hədə yarandığı bütün hallarda Rusiya nüvə zərbəsindən istifadə haqqına malik olacaq. Putin bunu da deyib ki, Rusiya nüvə silahından onun müttəfiqi olan Belarus da belə təhlükə ilə üzləşərsə istifadə edə bilər. Bundan başqa, Putin təklif edib ki, Rusiyaya qarşı istənilən qeyri-nüvə ölkəsinin hərbi hərəkətləri nüvə ölkəsi tərəfindən dəstəklənərsə, bu, onların Rusiyaya qarşı birgə hücumu kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, nüvə çəkindiricisinin tətbiq oluncağı dövlət və hərbi ittifaqların siyahısı genişləndirilməlidir. Putin siyahıya hansı ölkələrin əlavə ediləcəyini deməyib.

Hesab olunur ki, bütün bunlar Rusiyaya Ukraynada nüvə silahından istifadə imkanı yaradacaq. Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak Putinin bəyanatlarını belə şərh edib: "Nüvə şantajından başqa Rusiyanın dünyanı qorxutmaq üçün heç nəyi, heç bir aləti yoxdur. Bu alətlər isə işləməyəcək".  Artıq dünya miqyasında da nüvə müharibəsinin baş verə biləcəyinə dair xəbərdarlıqlar artır. Birləşmiş Millətlər Təşkilatı da bu fonda Ukrayna və Rusiya arasında nüvə müharibəsi iddiaları ilə bağlı açıqlama verib. Qeyd edilib ki, artan ritorika narahatlıq doğurur. Ukrayna-Rusiya müharibəsi xaricində belə dünyanın təhlükəli bir dövr yaşadığına dair bir çox işarələrin olduğunu bildirən BMT ölkələrin tərksilah və nüvə silahının istifadəsinin məhdudlaşdırılması ilə bağlı öhdəliklərinin artmalı olduğunu bəyan edib. Serbiya prezidenti Aleksandr Vuçiç də BMT-də çıxışında bildirib ki, dünya nüvə fəlakətinin astanasındadır. O, hazırda dünyada baş verən münaqişələri faciəvi hadisələr adlandırıb: "Tamamilə inanılmaz kimi görsənsə də, hazırda dünya nüvə fəlakətinin astanasındadır". Bu arada Rusiya açıq mətnlə xəbərdarlıq edir ki, Qərb, o cümlədən ABŞ  mümkün nüvə savaşından kənarda qalmayacaq. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib ki, Avropada nüvə münaqişəsi baş verəcəyi təqdirdə ABŞ kənarda "otura" bilməyəcək. Onun sözlərinə görə, Rusiya hakimiyyəti nüvə dövlətləri arasında, xüsusən də ABŞ və Rusiya arasında nüvə müharibəsi ola bilməyəcəyini yüz dəfə bildirib. O qeyd edib ki, belə münaqişədə qalib olmayacaq: "Ancaq ABŞ-da bir növ illüziya var ki, əgər münaqişə baş versə, o, Amerika Birləşmiş Ştatlarının ərazisinə yayılmayacaq. Mən daim onlara bir tezisi çatdırmağa çalışıram ki, amerikalılar okean sularının o tayında otura bilməyəcəklər, bu müharibə hamıya təsir edəcək. Buna görə də biz daim deyirik: bu ritorika ilə oynamayın". Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Qərb ölkələri Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırsalar, NATO nüvə gücünə qarşı hərbi əməliyyatların birbaşa tərəfinə çevriləcək. Bu arada "Time" jurnalı mümkün nüvə qarşıdurmasını simulyasiya edib. Bildirilir ki, Rusiya ilə ABŞ arasında baş verəcək nüvə müharibəsində 5 milyard insan öləcək. Qeyd olunur ki, Rusiya, ABŞ və Çin əhalisinin 99%-i belə müharibənin qurbanı olacaq. Qərbdə hazırda hesab edirlər ki, Rusiyanın cavab reaksiyası ilk mərhələdə Şərqi Avropa ölkələrinin hədəfə alınması ilə nəticələnə bilər. Yəni Kreml cavab zərbələri ilə Ukrayna savaşının yayılma arealını daha da genişləndirmək təhlükəsi vəd edir. Bura nüvə silahının daxil olması isə vəziyyəti daha mürəkkəb hala gətirir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ