Bazar günü günü, 01 noyabr 2026
     

Dünya QHT-ləri Paşinyanın BMT-də çıxışına jestlə cavab verdilər - "inklüzivliyin prioritetləşdirilməsi" nədir?

Image


Mübariz Göyüşlü: "Hesab edirəm ki, bu bəyanat Paşinyanın sammitdəki ucuz çıxışına bir cavabdır"

Sentyabrın 20-24-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilmiş "Gələcəyin Sammiti"nin iştirakçısı olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri COP29-a ev sahibliyi edəcək Azərbaycanın qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə mühüm töhfəsini vurğulayan, inklüzivliyi müdafiə edən bəyanat yayıb. Bəyanatı 22 ölkədən 44 QHT nümayəndəsi imzalayıb.

"Birlikdə sağlamlaşma: davamlı gələcək üçün inklüziv yollar" adlı bəyanatda deyilir: "COP29-a doğru irəlilədiyimiz bu günlərdə müzakirələrimizdə və fəaliyyətlərimizdə inklüzivliyi prioritetləşdirmək vacibdir. Qərarqəbuletmə proseslərində bütün tərəflərin mənalı iştirakı "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi"nin irəliləməsi üçün əsasdır. İqlim dəyişmələri hamımıza təsir etsə də, onun nəticələri əsasən yerli icmalara və xalqlara, həssas ölkələrə daha çox zərər vurur. Buna görə də bu qrupların səsləri yalnız eşidilməməli, həm də onlar siyasət və nəticələrin formalaşmasında fəal iştiraka cəlb olunmalıdır. Bu, gənclərin, qadınların və öndə olan digər qrupların təmsilçiliyinin artırılmasını da əhatə edir.

Vətəndaş cəmiyyəti təşkilatları bu səslərin gücləndirilməsində mühüm rol oynayır. Biz müzakirə edən tərəfləri COP29-da inklüzivliyi prioritetləşdirməyə və həllərin həm ədalətli, həm də bərabər olmasını təmin etməyə çağırırıq. Sözügedən həllər həm də iqlim böhranının təcili xarakterini əks etdirməklə, təxirəsalınmaz və praktik olmalıdır.

Biz, xüsusilə dünyada iqlim dəyişmələrinin təsirləri ilə mübarizə aparan, uyğunlaşmaq üçün məhdud resurslara malik olan həssas icmalarla həmrəylik nümayiş etdiririk. Vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq təşkilatlar və iqlim ədaləti fəalları kimi biz müxtəlifliyi, inklüzivliyi və gender bərabərliyini təşviq edən gündəmin təbliğində COP29 Sədrliyinə dəstək verməyə hazırıq.

Bundan əlavə, biz qadınlar və qızlar daxil olmaqla, həssas qrupların və digər əsas maraqlı tərəflərin səslərinin iqlim müzakirələrinin mərkəzində olmasını təmin etmək üçün COP29 əvvəl, tədbir zamanı və ondan sonra yerli vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq etməyə hazırıq.

İndi qətiyyətli addımlar atmağın vaxtıdır və biz bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırıq ki, öhdəlikləri konkret nəticələrə çevirək. Gəlin, bütün insanların hüquqlarına hörmət edən və gələcək nəsillər üçün planetimizi qoruyan davamlı bir gələcək inşa edək".

Bu bəyanatda iki məsələ xüsusilə diqqət çəkir.  Birincisi, COP29-da inklüzivliyi prioritetləşdirməyə çağırırıq - bu nə deməkdi? Bunun məzmunu nədir? İkincisi, bu yayılmış bəyanatı "Gələcəyin Sammitində" Ermənistanın Baş naziri Nikol Paşinyanın demarşına bir növ cavab kimi qiymətləndirmək olarmı? Paşinyan orada çıxış etdi, sosial ədalətdən danışdı, dedi ki, xeyirxah olmaq, gələcəyə ümid etmək lazımdır. Burda "sülh müqaviləsi imzalayaq" deyir, o biri yandan müharibəni körükləyir, Ermənistan silahlanır, sonra da gedib Nyu-Yorkda sülh çağırışı edir və gələcəyə inandığını bildirir. 

Xarici QHT-lərin bu bəyanatı əslində Paşinyanın BMT tribunasındakı ucuz demarşına dolayı cavab sayıla bilərmi?

"Bu öhdəliklərdən biri də insanların fiziki imkanları, sosial mənsubiyyəti və iqtisadi vəziyyətindən asılı olmayaraq..." 

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü "Bakı-Xəbər"ə şərhində bildirdi ki, dünyada ictimai rəyin formalaşmasında bir neçə institut çox fəal iştirak edir, bunların biri media institutudursa, o biri qeyri-hökumət təşkilatları institutudur. M.Göyüşlü bu baxımdan hesab edir ki, beynəlxalq QHT-lərin belə bir bəyanat imzalayıb tərəfdaş ölkələrə çağırış etməsi COP29 kimi önəmli bir tədbirə beynəlxalq ictimai dəstəyin bariz göstəricisidir. Dünyadakı proseslərə dövlət qurumlarının müdaxiləsinin o qədər də xoş qarşılanmadığını deyən M.Göyüşlü vurğuladı ki, bu, dövlətin ideoloji təbliğatına xidmət etdiyinə, yəni siyasi mahiyyət daşıdığına görə müsbət qəbul edilmir. "Amma qeyri-hökumət təşkilatlarının hər hansı bir prosesdə aktiv iştirakı o məsələyə beynəlxalq ictimaiyyətin diqqət göstərməsinə səbəb olur. Bu mənada hesab edirəm ki. xarici QHT-lərin COP29 kimi önəmli tədbirə diqqət göstərməsi, dəstək verməsi, bu prosesin inklüzivliyi ilə, digər istiqamətlərilə, dayanıqlı inkişaf məsələsilə və sairlə əlaqədar məsələləri diqqətdə saxlaması çox vacibdir. Bu məqamlar bizim üçün çox böyük əhəmiyyət kəsb edir"-deyə müsahibimiz vurğuladı. "Biz müzakirə edən tərəfləri COP29-da inklüzivliyi prioritetləşdirməyə və həllərin həm ədalətli, həm də bərabər olmasını təmin etməyə çağırırıq" fikrinə şərh verən M.Göyüşlü bildirdi ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) özündə bir sıra istiqamətləri birləşdirir. M.Göyüşlü qeyd etdi ki, dayanıqlıqla bağlı üzərimizə götürdüyümüz öhtəliklər var. "Bu öhtəliklərdən biri də insanların fiziki imkanları, sosial mənsubiyyəti və iqtisadi vəziyyətindən asılı olmayaraq, COP29 tədbirinin hər kəs, xüsusən də gənclər, qadınlar və az təmsil olunan qruplar üçün əlçatan olmasını təmin etməkdən ibarətdir. COP29 tədbirlərində hər bir iştirakçı üçün əlçatanlıq və inklüzivlik təmin olunacaq". 

Qeyd edək ki, COP29-da müyəssərliyin təmin olunması inklüzivlik üzrə öhdəliyin ayrılmaz tərkib hissəsidir. COP tədbirləri zamanı bütün iştirakçılar üçün rahat mühit təmin olunacaq. Məlumatlara əsasən, gözlə görülə bilinməyən əlilliyi olan şəxslərin tədbirdə rahat hərəkəti və iştirakını təmin etmək üçün xüsusi günəbaxan simvollu lentlər və qolbaqlar mövcud olacaq. Fiziki imkanları məhdud olan iştirakçılara dəstək göstəriləcək.
 M.Göyüşlü qeyd etdi ki, sosial vəziyyətindən, fiziki imkanlarından asılı olmayaraq, bütün iştirakçılara bərabər iştirak imkanı yaradılacaq. Məsələnin digər tərəfinə gəlincə, M.Göyüşlünün sözlərinə görə, nəzərə alaq ki, Ermənistan, onun Fransa kimi havadarı COP29 tədbirləri ərəfəsində Azərbaycan əleyhinə  kampaniyalarına ara vermirlər. "Biz bu bəyanatı Azərbaycana qarşı qaralama kampaniyasına qarşı  mübarizənin tərkib  hissəsi sayırıq. Paşinyan özünü dünyada sülhpərvər kimi göstərsə də, əməldə Ermənistanı durmadan silahlandırır. Bu ölkənin fəal şəkildə silahlanmasını, aqressivliyinin artdığını ifşa etməliyik. Bu baxımdan hesab edirəm ki, bu bəyanat Paşinyanın sammitdəki ucuz çıxışına bir cavabdır. Çünki Paşinyan orda sülhdən danışıb, amma daxildə  sosial ədaləti hər zaman tapdayıb. Ermənistan dünyada sosial ədaləti pozan dövlətdir və bu dövlətin əməlləri dünayaya məlumdur"-deyə M.Göyüşlü bildirdi.  

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ