Bazar günü günü, 01 noyabr 2026
     

Dünya erməni sammitindəki çıxış erməniləri hiddətləndirib...

Image


Paşinyan xəstə erməni təfəkkürünü müalicə etmək, revanşist müxalifət və erməni lobbisi isə buna mane olmaq istəyir

Paşinyanın sentiyabrın 18-də Dünya Erməni Sammitində çıxışı bütün dünyaya səpələnmiş erməni diasporunu və revanşist müxalif qüvvələri hiddətləndirib.

"The California Courier" qəzetinin naşiri və redaktoru Harut Sasunyan öz məqaləsində yazır: "Paşinyan məntiqsiz şəkildə tamaşaçılara dedi ki, "bu vətənpərvərlik modelinin əsas problemi Ermənistan Respublikasının müstəqil və suveren dövlət kimi mövcudluğunu dayandırmasıdır... Bu vətənpərvərlik modeli ona görə lazımdır ki, bizim Vətənimiz olmasın, onu ancaq nəzəri cəhətdən sevək, yalnız divardan nəzəri Ermənistan xəritəsi asılsın, sırf tostlar üçün, tortların üzərində yazı şəklində olsun, amma reallıqda olmasın. Bu, son bir neçə əsrdə başımıza gələnlərdir", - deyən Sasunyan qeyd edib ki, bundan sonra Paşinyan erməniləri və "başqalarını" günahlandırıb, erməni xalqının erməni soyqırımını unutdurmamaq cəhdlərini Sovet hakimiyyətinin manipulyasiyaları ilə izah edib və deyir ki, məqsəd birlikdə Türkiyə və NATO-ya qarşı durmaq idi". 

"Paşinyan yalandan iddia edirdi ki, Sovet İttifaqı və ABŞ-ın nüvə müharibəsi astanasında olduğu bir vaxtda Sovet İttifaqı İrəvanda "Soyqırım Memorialı"nın tikintisinə icazə verib. Belə ki, o, erməni soyqırımını biabırçı şəkildə sovet təbliğatının aləti adlandırıb" deyə, o, yazır. 

"Paşinyanın dediklərinin əksəriyyəti yalan, hörmətsizlik və anti-erməni idi. Paşinyan bu bəyanatları vətənpərvərliyin "dağıdıcı" və yadellilərdən qaynaqlanmış ideya olduğunu söyləmək üçün dünyanın hər yerindən İrəvana gələn və vətənlərinə dəstək ifadə edən yüzlərlə vətənpərvər erməni qarşısında deyib... Bu, Paşinyan rejiminin düşünülmüş siyasətidir, Ermənistan və diaspor arasında parçalanma yaratmaq, Ermənistan əhalisini keçmiş və indiki liderlərin tərəfdarlarına bölmək məqsədi daşıyır", - Sasunyan yazıb.

Əslində erməni muxalifətini və erməni lobbisinin əsas simalarından olan amerikalı jurnalist Sasunyanın narahatlıqlarını anlamaq o qədər də çətin deyil. Çünki illərdir Rusiya və dünyaya səpələnmiş erməni lobbisi vasitəsi ilə Qərb və ABŞ Ermənistanda yaşayan etnik ermənilərin "beynini yumaq"la məşğuldur. Bu qüvvələr erməni etnosunun beyninə yeridib ki, sənin "Qədim Ermənistan" dövlətinin sərhədləri Qara dənizdən Xəzər dənizinə qədər uzanıb, lakin türklər sənin torpaqlarını zəbt edərək orada özünə iki türk dövləti (Azərbaycan və Türkiyə) qurub. Hətta ermənilərin beynində bu düşmənçilik ideyası o qədər dərinə yerləşdirilib ki, hazırda da ermənilərin bir tanımadığı, şübhəli şəxs görəndə ona ilk sualı bu olur ki, "qardaş, ermənisən, yoxsa turk" ("axper, hayes, turkes?"). Yəni türksənsə, işimi bilim ki, sən mənim düşmənimsən. Bu ideya son iki əsirdə bəlkə də milyondan çox insanın məhvinə səbəb olub. Məhv edilənlərin böyük əksəriyyəti sözsüz ki, türk əsilli millətlər olub.

Belə ki, Cənubi Qafqaz 1828-ci ildə bağlanmış bədnam Gülüstan sülh müqaviləsi ilə tam olaraq çar Rusiyasının əsarətinə keçir. Bundan sonra indiki Ermənistandan oğuz türklərinin kütləvi şəkildə qovulması və qırılması - əsl amansız etnik təmizlənməsi prosesi çar Rusiyasının dəstəyi və təşkilatçılığı ilə başlayıb. Bu, sovetlər donəmində də bir neçə mərhələdə davam edib və hər mərhələdə ermənilərin yasadığı areal genişlənib. Bir tərəfdən də görülən işə haqq qazandırmaq üçün ruslar təbliğ edirdilər ki, siz bu torpaqları işğal etməmisiniz, tarixi erməni torpaqlarıni geri qaytarmısınız, azad etmisiniz. Etnik ermənilər isə buna inanıb, fantaziyalarını genişləndirərək özlərı üçün "çar Tiqran" uydurublar. Daha sonra ermənilərin Türkiyədən etnik təmizləmə əsnasında Qafqaza köçürülməsini təsdiqləmək üçün erməni lobbisi "erməni soyqırımı" ideyasıni uydurub. Bütün bu ideyalarla erməni cəmiyyətində xəstə təfəkkür formalaşdirılib. Tarixin müəyyən mərhələsində bu xəstə təfəkkürdən həm dünya gücləri, hən də ermənilər qazanırdı. Dünya gücləri Cənubi Qafqazda öz maraqlarını təmin edirdi, ermənilər isə özləri üçün "tarixi vətən" düzəldir və onun ərazilərini genişləndirirdilər. Artıq Azərbaycanın və Türkiyənin gücə çevrilməsi bu tarixi şəraiti dəyişdi - işğal edilmiş torpaqların azad edilməsi prosesi başladı. İndiki mərhələdə Paşinyan başa düşür ki, keçmiş ritorikanı saxlamaqla uğur qazanmaq mümkün deyil. O anlayir ki, ermənilərdən oyuncaq kimi istifadə edənlər artır, Azərbaycana və Türkiyəyə meydan oxuya bilmirlər. Ona görə də Paşinyan düşünür ki, cəmiyyəti ayıldıb, bu xəstə təfəkkürdən azad etmək lazımdir. Bu, müasir Ermənistanın bir dövlət kimi yaşaya bilməsi üçün həyati vacib bir prosesdir. Ermənilərin xəstə təfəkküründən istifadə etməklə onları bütün qonşuları ilə düşmən etmək bu gün həm Rusiyanın, həm də Qərb və Amerikanın işinə yarayır. Lakin Ermənistan özu bundan əziyyət cəkir, məhrumiyyətlər yaşamağa məcbur olur. Ona görə də Paşinyan vaxtaşırı olaraq "soyqırıma məruz qalmış 1,5 milyon erməninin" siyahısını istəyir, "Böyük Ermənistan"ın hüdudlarının tarixi mənbəyini tələb edir və s. Bununla Paşinyan cəmiyyətə mesaj verir ki, ey ermənilər, ulduzlardan əl çəkib, reallıqlarla yaşayın! Hətta Paşinyan Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin 100 il əvvəl Azərbaycan ərazisi olduğunu xatirladaraq deyir ki, biz tarixi inkar edə bilmərik.

Bəli, bütün bunlar erməni cəmiyyətinin xəstə təfəkkürünü müalicə etmək üçün atılan addımlardır. Paşinyan erməni cəmiyyətinə şirin yalanlardansa, acı həqiqətə inanmağı təklif edir.

Bu proses isə Rusiyaya işləyən müxalifətin və Qərblə Amerikaya işləyən erməni lobbisinin maraqlarına uyğun deyil. Məhz ona görə də bu iki qəbildən olan liderlər narazıdir, erməni etnosunun xəstə təfəkkürünün müalicə edilməsini istəmirlər.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ