çərşənbə axşamı günü, 25 avqust 2026
     

2005-ci ilin İsrail - “Hizbullah” müharibəsində də İran belə etmişdi - İsrailə böyük tələ...

Image


İsrail ordusu Livandakı "Hizbullah" hərəkatının hərbi hədəflərinə qarşı yeni irimiqyaslı zərbə dalğasının başladığını elan edib. Bu fonda isə Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi, savaş miqyasının genişlənməsi müşahidə olunur. İsrailin baş naziri Benyamin Netanyahu ordunun "Hizbullah"a zərbələr endirməyə davam edəcəyini bildirir.

Hazırda İsrail ordusu oktyabrın 7-dən bəri Livandakı "Hizbullah" hədəflərinə ən əhatəli hava hücumlarını həyata keçirir. Ordunun sözçüsü kontr-admiral Daniel Hagari bildirir ki, İsrail hərbiyyəsi "Hizbullah"a qarşı hücumları sistemli şəkildə genişləndirir. Ölkənin cənubundakı hədəflərlə yanaşı, Şərqdə Beka vadisi və Şimalda Suriya sərhədindəki bəzi bölgələr havadan vurulur. Beləliklə, İsrail "Hizbullah"ın mövqelərinə 2006-cı ildən bəri ən ölümcül zərbələrini endirir. Artıq yüzlərlə insanın həyatına son qoymuş bu zərbələr həm də İsraillə "Hizbullah" arasında yeni müharibənin başlanğıcı deməkdir. Qeyd edək ki, İsrail oktyabr ayında Qəzza zolağında müharibəyə başlayandan bəri "Hizbullah" ABŞ və başqa ölkələr tərəfindən terrorçu təşkilat kimi tanınan HƏMAS-a dəstək olaraq İsrail üzərinə raket zərbələri endirib.

Amma "Hizbullah" üzvlərinin üstündə kütləvi şəkildə baş verən peycer partlayışlarının ardınca İsrailin bu təşkilata birbaşa raket zərbələri yeni münaqişənin başlanğıcına çevrilib. Bəhreyndəki Le Beck beynəlxalq konsaltinqinin kəşfiyyat bölümünün başçısı Maykl Horovits deyir ki, yeni münaqişəni zorakılığına görə 2006-ci il İkinci Livan müharibəsi ilə müqayisə etmək olar. Burada bir daha qeyd edək ki, İran tərəfindən dəstəklənən "Hizbullah" son aylarda bir sıra uğursuzluqlarla üzləşib. Belə ki, İsrail "Hizbullah"ın rəhbərliyinə və komandanlığına qarşı bir sıra sui-qəsdlər həyata keçirib. Lakin bəzi ekspertlərin fikrincə, bu uğursuzluqlara baxmayaraq, "Hizbullah"ı sıradan çıxarmaq mümkün olmayıb. Maykl Horovits isə deyir ki, on minlərlə silahlıdan ibarət ordusu və böyük silah cəbbəxanası nəzərə alınarsa, "Hizbullah"ı tamamilə oyundan çıxarmaq real hədəf kimi görünmür.

Qeyd edək ki, "Hizbullah" hava bombardmanlarına cavab olaraq İsrailin şimalını raket atəşinə tutub. Amma qrup hələ ki, İsrail ərazisinin dərinlikləri vura bilən orta və uzaqmənzilli raketərindən və dronlardan istifadə etməyib. "Hizbullah" israr edir ki, Qəzza müharibəsinə son qoyacaq atəşkəs razılaşması əldə edilməyənədək İsrail ərazisini vurmaqda davam edəcək. İsrail isə bəyan edir ki, məqsədi şimal sərhədlərinə nəzarətini bərpa etmək və buradan didərgin düşmüş minlərlə israillini evlərinə qaytarmaqdır. Horovitsin sözlərinə görə, İsrail düşünür ki, səylərini artırmaqla Livan cəbhəsini Qəzza cəbhəsindən ayıra bilər: "Hizbullah" buna mane olmağa çalışarsa, elə ağır itkilər verəcək ki, 11 aydır İsrailə qarşı davam edən hücumlarını zəiflətməli olacaq". Lakin ekspertlərin fikrincə, İsrail "Hizbullah"a qarşı hücumlarını intensivləşdirməklə çox təhlükəli strategiya qəbul edib. Horovits bu barədə deyib: "Nəticə bu ola bilər ki, İsrail "Hizbullah" hələ cəbbəxanasının əhəmiyyətli hissəsindən istifadəyə macal tapmamış onu neytrallaşdıra bilər. İran və "Hizbullah"ı eskalasiyadan çəkindirmək də mümkündür. Amma bu, risqli oyundur". "Hizbullah"ın əsas dəstəkçisi İran hələ ki, bu münaqişəyə birbaşa müdaxilədən çəkinib. Londonda mənzillənmiş politoloq Cəlali Haşemi bildirir ki, "Hizbullah"ın son hücumlara zəif reaksiyası və İranın münaqişəyə müdaxilədən çəkinməsi baş nazir Benyamin Netanyahunu daha da ürəkləndirib. İran və İsrail HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda qətli də daxil son aylarda bir neçə dəfə müharibə vəziyyətinə çatıblar. Tehran bu qətlə görə İsraili ittiham etsə də, birbaşa hərbi cavaba əl atmayıb. Britaniyada mənzillənmiş regional ekspert Əli Möhtadi deyir ki, İran 2006-cı il "Hizbullah"-İsrail müharibəsinə də birbaşa müdaxilədən çəkinmişdi və müttəfiqinə yalnız logistika və silah dəstəyi verirdi. Ekspertin fikrincə, Tehran bu dəfə də yalnız bu qədər dəstəklə kifayətlənəcək.   Onu da xatırladaq ki, "Hizbullah" Livanda 1975-ci ildə başlayan və 15 il davam edən vətəndaş müharibəsi zamanı yaranıb. Livandakı bir qrup şiə İrandakı teokratik idarəçilikdən ilhamlanaraq İsrail işğalına qarşı silahlı müqavimətə başlayıb. Ərəb ölkələrində nüfuzunu artırmaq niyyətində olan İran bu qrupa hər cür kömək edir.  Qruplaşma İran İnqilab Keşikçiləri Korpusunun dəstəyi ilə silahlı təşkilata çevrilərək "Hizbullah" adını götürüb. 1985-ci ildə nəşr olunan manifestdə "Hizbullah" məqsədini Qərb güclərini Livandan çıxarmaq və İsrail dövlətini məhv etmək olduğunu bəyan edib. O, İranın dini liderinə sadiqliyini bəyan edib. Bu arada İsrail mediasının məlumatına görə, ölkənin hökumət təhlükəsizlik kabineti Livana qurudan müdaxilə ehtimalını müzakirə edib. Amma bununla bağlı hələlik konkret qərar verilməyib. Hər halda, İsrailin təkcə uzaqdan zərbələrlə siyasətçilərin bəyan etdiyi məqsədə - "Hizbullah"ın hərbi imkanlarını yəhudi dövləti üçün məqbul olan son dərəcə aşağı səviyyəyə endirməklə ölkənin şimalında təhlükəsizliyi təmin etmək məqsədinə necə nail olacağı çox aydın deyil. Öz növbəsində ərəb mediası xəbər verir ki, Livan hərəkatı öz strategiyasını İsrail hərbçilərini Livan ərazisinin dərinliklərinə çəkmək üçün qurur, burada istehkam sistemi, yeraltı kommunikasiyalar və zirehli texnikanın atəşlə məhv edilməsi vasitələri onları gözləyir. Bunlar fonunda G7 ölkələrinin xarici işlər nazirləri İsraillə "Hizbullah" arasındakı müharibənin daha qlobal bir savaşa çevrilə biləcəyindən danışıblar. Onlar xəbərdarlıq ediblər ki, təhlükəli zorakılıq spiralı" güclənə və bütün Yaxın Şərqi ağlasığmaz nəticələrlə daha geniş regional münaqişəyə sürükləyə bilər. Böyük bir müharibənin baş verməsi, təkcə "Hizbullah" və İsrailin deyil, digər iştirakçıların da bu müharibəyə cəlb olunması ehtimalı getdikcə artır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ