Bazar günü günü, 01 noyabr 2026
     

Ermənistan Azərbaycan və onun vətəndaşlarına təzminat verməyə məhkum edilməlidir!

Image


Hazırda Azərbaycanla Ermənistan arasında müzakirə edilən sülh müqaviləsində İrəvanın təzminat ödəməsi ilə bağlı maddənin olub-olmadığı hələ cəmiyyətə bəlli deyil. Çunki müqavilə şərtləri hələlik cəmiyyətə açıqlanmayıb. Əgər sülh müqaviləsində təzminatla bağlı maddə yoxdursa, bu böyük tarixi səhvdir. Çünki Ermənistan 1988-ci ildən bəri Azərbaycana qarşı apardığı aqressiv və işğalçı muharibə heç bir beynəlxalq qaydaları tanımayıb. 

300 min azərbaycanlını öz ərazisindən qovub, 700 min azərbaycanlını isə Azərbaycan ərazisindən didərgin salıb. Üstəgəl, bu qədər əhalini bir ömür boyu topladığı əmlakdan və varidatdan məhrum edib. Erməni ordusu və Ermənistanın nəzarətində olan  separatçı silahlı dəstələr onların əmlakını talan edib.

Bununla yanaşi, şəhərlərin və kəndlərin inzibati binalarını darmadağın edib, söküb, tikinti materialı kimi ya Ermənistana daşıyıb, ya da İran vətəndaşlarına satıblar. Hələ ışğal vaxti iranlılar deyirdi ki, ermənilər onlara kəndin birini 200 dollara satırdı. Bu özbaşınalığın bir bədəli olmalıdır, yoxsa yox?

Azərbaycan hökumətinin Ermənistan dövlətinin başlatdığı müharibədən dolayı qaçqınlara çəkdiyi xərc milyardlarla manatla ölçülür və bu dəqiq hesabatla hökumətə bəllidir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin hələ heç 10 faizi bərpa edilməyib, artıq bu ilin sonuna qədər Azərbaycan dövlət büdcəsindən 19 milyard manat xərc çəkmiş olacaq. Bərpa-quruculuq işləri son kərpicinə qədər hesablanib, proqnozlaşdırılmalı və bu da Ermənistandan tələb edilən təzminatın üzərinə gəlinməlidir.

Bu münaqişə dövründə 4 minə qədər Ermənistana əsir düşmüş Azərbaycan vətəndaşının taleyi bəlli deyil. Ermənistan məhv edərək izini itirdiyi vətəndaşlarımıza görə də onların yaxınlarına kompensasiya ödəməlidir. Düzdür, bu illər ərzində itkin düşmüş vətəndaşlarımızın həyatını, onların ailəsinin çəkdiyi iztirabları kompensasiya etmək mümkün deyil, amma bunu əvəzsiz buraxmaq da ədalətsizlikdir. Məgər bu gün Avropa ölkələrinin və Amerikanin bizim gözümüzə soxduğu Cenevrə Konvensiyası yalnız Azərbaycana aiddir? Əlbəttə, əgər bu Cenevrə Konvensiyası doğrudan da mötəbər beynəlxalq sənəddirsə, ona Ermənistan da əməl etməli idi. Buna əməl etməyibsə, deməli bədəlini ödəməlidir. Dünya tarixində sonuncu ən dəhşətli aqressiv işğalçi qüvvə kimi Almaniya faşizmi sayılır. Lakin alman faşistləri belə işğal etdiyi ərazilərdən mülki əhalini qovmayıb, onların rahat həyatını təmin etməyə çalışıb. Deməli, Ermənistanın Azərbaycana qarşı aqressiyası faşizmi belə kölgədə qoyub. Faşizmə görə dünya birliyinin Almaniyanı hansi vəziyyətə qoyduğunu yaşli nəsillər çöx gözəl bilir. Almaniya iki yerə parçalandı, bütün müharibə cinayətkarları - müharibədə iştirak edən generallar və yüksək rütbəli zabit heyəti Nürnberq məhkəməsində layiqli cəzasını aldı. İndi Amerika və Avropa həyasızcasına Azərbaycanın əlində olan müharibə cinayətkarlarının, Azərbaycan xalqına divan tutmuş şəxslərin azad edilməsini tələb edir. Əslində isə hazırda Ermənistanda vəzifə tutan, deputat kreslosunda oturan müharibə cinayətkarları da həbs edilib cinayət məsuliyyətinə cəlb edilməli, məhz Azərbaycanın ədalət məhkəməsində mühakimə edilməlidir ki, bir daha insanlığa qarşı heç kim bu cür cinayətlər törətməyə cəsarət etməsin.

Azərbaycanın tələb edəcəyi təzminatın həcmi o qədər böyük ola bilər ki, bunu Ermənistan dövlətinin heç min ilə də ödəyə bilməsi mümkün deyil. Ona görə də Azərbaycan tərəfi bunu Ermənistandan torpaq almaqla əvəzləyə bilər. Məsələn, Ermənistan təzminati ödəyib qurtarana qədər şərqi Zəngəzur vilayəti Azərbaycanın idarəçiliyinə verilə və ya təzminatla əvəzləşdirilə bilər. Əgər bu vilayət Ermənistan üçün strateji əhmiyyət kəsb edirsə, sərhədlərimizə bitişik başqa bir ərazini bizə təklif edə bilər.

Bütün yuxarıda deyilənlər havadan ağlımıza gələn fikirlər deyil. Tarixdə buna saysız-hesabsız nümunələr var. Gəlin tarixə bir qısa nəzər salaq.

Dünyada təzminatın yaranması qədim dövrlərə gedib çıxır. Bu anlayış müharibələrin aparıldığı əsrlər boyu mövcud olmuşdur. Qazanan tərəf o dövrdə zəbt etdiyi torpaqlar üzərində öz mülahizəsinə görə sərəncam verirdi. Bu, qələbə faktından irəli gələn qeyd-şərtsiz hüquq idi. Yaşayış məntəqələrinin xarabalıqlarını bərpa etmək üçün kompensasiyanı sakinlərə pul, qiymətli əşyalar və qullarla ödəyirdilər. Qaliblər ödənişlərin ölçüsünü, formasını və şərtlərini özləri müəyyən edirdilər.

Təzminatlardan indi Ermənistanı Azərbaycanla müharibəyə təhrik edən, onu silahlandıran Fransa Napoleonun hakimiyyəti dövründə fəal şəkildə istifadə edirdi. Onun dövründə təzminat tələb etməyən bir sülh müqaviləsi bağlanmayıb. 1795-1808-ci illər arasında Fransa ümumi məbləği 535 milyon frank olan iyirmidən çox təzminat alıb. Bunlardan ən böyük məbləğlər 1795-ci ildə Hollandiya (210 milyon) və 1808-ci ildə Prussiya (120 milyon) tərəfindən verilmişdir. Lakin 1815-ci ildə Yeddinci Anti-Fransa Koalisiyasının iştirakçıları Paris müqaviləsini imzaladılar. Buna görə Fransa 700 milyon frank məbləğində təzminat ödəməli idi. Paris onu beş il ərzində ödəməyə borclu idi. Borc tam ödənilənə qədər Fransa ərazisinin bir hissəsi 150 min nəfərlik Müttəfiq silahlı qüvvələr tərəfindən nəzarətdə saxlanıldı. Qoşunların saxlanması xərcləri da Fransa tərəfindən ödənildi.

Bundan sonra Avropa gücləri arasında sülh müqavilələrində uzun müddət hərbi xərclərdən bəhs edilmədi. Avropada 1853 - 1856, 1859 və 1864-cü illərdəki müharibələr təzminatsız başa çatdı. 1866-cı ildə Avstriya-Prussiya müharibəsinin başlaması ilə Prussiya tərəfindən təzminat ənənəsi bərpa edildi. Belə ki, Avstriya ilə yeddi həftəlik müharibənin sonunda Prussiya, Praqa müqaviləsinə əsasən, Avstriya-Macarıstana 20 milyon Prussiya taleri təzminat təyin etdi.

 

1795-ci ildən bəri 100 il ərzində bütün təzminatların məbləği təqribən 8 milyard frank təşkil edir (1895-ci ildə Çinin Yaponiyaya verdiyi təzminat istisna olmaqla). Onun 51,4%-i Prussiyanın payına düşür. 1877-1878-ci illər müharibəsindən (1879 və 1882-ci il müqavilələri) sonra Rusiyanın Türkiyəyə qoyduğu təzminat 802 milyon frank təşkil edirdi. Bundan əlavə, Türkiyə Bessarabiyanın cənub hissəsini, Qars, Ərdəhan və Batum şəhərlərini Rusiyaya qaytardı.

 

İctimai rəyin təzyiqi altında və sovet diplomatlarının səyləri sayəsində Antanta dövlətləri Versal müqaviləsini hazırlayarkən təzminatlardan formal olaraq imtina etdilər. Lakin 1918-ci ildə Brest-Litovsk müqaviləsinə əlavə olaraq imzalanmış müqaviləyə əsasən Rusiya Almaniyaya 6 milyard marka təzminat ödəməyi öhdəsinə götürdü. Bundan əlavə, Rusiya Polşa, Litva, Kurlandiya, Livoniya və Estlandiyanı itirdi, Qars, Ərdəqan və Batum şəhərləri Türkiyəyə qaytarıldı. Finlandiya müstəqil dövlət kimi tanındı.

Tarixdən də göründüyü kimi, hər bir dövlət törətdiyi beynəlxalq cinayətə görə cəzalandırılır. Fikrimizcə, Ermənistan son 30 ildə törətdiyi beynəlxalq cinayətə görə mütləq ədalət məhkəməsi qarşısında oturdulmalı və Azərbaycan dövlətinə və vətəndaşına vurduğu zərərləri son qəpiyinə qədər təzminat şəklində qaytarmalı, ya da bunun əvəzində ərazisindən Azərbaycana torpaq verməlidir. Bu əslində beynəlxalq birliyin həll etməli olduğu məsələ kimi ortaya qoyulmalıdır. Amma çox təəssüf ki, bu gün dünya düzəni haqq-ədalətin deyil, gücun və maraqların əsirinə çevrilib. Dünya "kim güclüdur, o haqlıdır" prinsipi ilə işləyir. Ona gorə də Azərbaycan hökuməti 30 ildən sonra öz ərazi bütövlüyünü gücü vasitəsilə təmin etdiyi kimi, itkilərinin kompensasiya edilməsini də Ermənistanda ikitərəfli münasibətlər çərçivəsində öz gücünə güvənərək təmin etməlidir. Hətta indiki şəraitdə Ermənistan Azərbaycana dəyən zərəri kompensasiya etmək, bədəlini ödəmək imkanına malik olmasa da, biz o təzminatı Ermənistanın başı üstündən  "Domokl qılıncı" kimi asmalıyıq. Qoy əbədi olaraq yaddaşlarına yazılsın ki, onlar Azərbaycan xalqına borcludurlar.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ