Bazar günü günü, 01 noyabr 2026
     

Paşinyanın arvadı Putin üçün ən ağrılı məsələnin beynəlxalq müzakirəsinə qatıldı...

Image


Xəyal Bəşirov: "Anna Akopyanın da Ukraynanın birinci xanımı  Zelenskayanın dəvətilə o tədbirə getməsi və orada Rusiya əleyhinə fikirlər səsləndirməsi kifayət qədər əsas verir ki, Rusiya Ermənistana qarşı real addım atsın"

Ermənistanın baş naziri Anna Akopyanın həyat yoldaşı Facebook səhifəsində Nyu-Yorka səfərinin gündəmindən video yayımlayıb.

O, videonu belə təqdim edib: "Ukraynanın birinci xanımı Olena Zelenskayanın dəvəti ilə BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində "Uşaqların gələcəyini təmin etmək: yumşaq güc üçün yeni çağırışların həlli" adlı sammitdə iştirak etdim".

Qeyd edək ki, A.Akopyan ilk dəfə deyil Olena Zelenskinin dəvətilə tədbirə qatılır. Ukrayna-Rusiya müharibəsinin yeni başladığı dövrlərdə A.Akopyan Ukraynaya getmişdi və orada çıxış etmişdi, bu da Rusiyanın ciddi narazılığına səbəb olmuşdu. 

İndi də Rusiya prezidenti Vladimir Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsində həbs qərarı  ukraynalı uşaqlara görə çıxarılıb. İttiham edirlər ki, Putin Ukraynadan minlərlə uşağı oğurlatdırıb, deportasiya edib naməlum bir yerə apartdırıb. Buna görə Putinə cinayət işi açıblar. Zelenskinin həyat yoldaşının da qatıldığı BMT tədbirində mövzu əsasən Ukraynadan Rusiyanın deportasiya etdiyi uşaqlarla bağlı olub. Həmin konfransda Anna Akopyan da iştirak edib. Bu fakt, təəssüf ki, Rusiyanın nəzərindən qaçıb. Rusiya məsələyə reaksiya verməyib. Rusiya üçün ən həssas olan bir məsələyə reaksiya verilməməsi maraq doğurur.   

"Biz Rusiyanın addımlarını görmürük, ona görə ki, bunun bir oyun olduğunu görmək mümkündür" 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinynanın arvadı Anna Akopyanın Ukraynanın birinci xanımı tərəfindən BMT-dəki Rusiya əleyhinə tədbirə dəvət edilməsini əslində Ukraynanın hazırda Rusiyaya qarşı cəbhəsini gücləndirmək addımı kimi qiymətləndirmək olar. "Hazırda Ermənistanın yürütdüyü siyasəti nəzərə alsaq Ukrayna tərəfinin niyyətini anlamaq mümkündür, amma biz də çox gözəl bilirik, Ukraynanın birinci xanımı da çox yaxşı anlayır ki, Ermənistan heç də səmimi olaraq antirusiya siyasəti yürütmür. Ermənistan Qərbə doğru addım atacağı təhdidi ilə Rusiyadan nə isə qoparır, paralel şəkildə Qərbdən həm yardımlar, həm silah, hərbi texnika, həm də digər dəstəklər alır. Ermənistanın yürütdüyü siyasət birmənalı siyasət deyil, bu konkret və yaxud birqütblü siyasət deyil. Ermənistan eyni zamanda KTMT-ya üzv dövlət olmaqla yanaşı, Avrasiya İqtisadi İttifaqına üzv olan dövlətdir. Bu təşkilatlarda fəaliyyətini dondurmaq iddiasını ortaya qoysa da, o təşkilatlardan çıxmaq kimi real addımlar atmır. 

Əgər Ukrayna da həqiqətən Rusiyameylli siyasət yürüdən dövlətlərlə münasibətlərini kəsmək, yaxud onlarla analoji siyasət qurmaq niyyətini ortaya qoymaq istəyirsə, Ermənistanın atdığı addımların mahiyyətinə nəzər yetirib bu ölkə ilə siyasətini o şəkildə qurmalıdır. Ermənistan həmin o dövlət deyil ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra özünün Rusiyadam aldığı sınıq-salxaq qırıcı təyyarələrini Ukraynanı bombalamaq üçün Rusiyaya vermişdi. Ermənistan hələ də KTMT-yə üzv olmaqla, faktiki olaraq, Rusiyanın orbitində olan dövlətdir. Bu ölkə Avrasiya İqtisadi İttifaqına üzv olmaqla, ordan dvidendlər əldə etməklə, əslində bu gün Rusiyanın satelliti olmaq siyasətini davam etdirir. Bu şəkildə siyasət yürüdən bir dövlətin başçısının arvadının o konfransa dəvət edilməsi əslində  bir daha ondan xəbər verir ki, heç də görünən hadisələr, atılan addınlar deyildiyi kimi həyata keçirilmir. Təbii ki, Anna Akopyan BMT kürsüsündə görüntü üçün  Rusiyanın ünvanına pafoslu və populist çıxış edib, fikir səsləndirib. Amma bu səsləndirilən fikirlərə uyğun hər hansı bir addım atılacaqmı? Təbii ki, əsas məsələ budur. 

Düşünürəm ki, işğala məruz qalmış və öz ərazi bütövlüyü uğrunda mübarizə aparan Ukrayna dövləti, onun rəsmiləri, o cümlədən birinci xanımı 30 ilə yaxın bir müddət ərzində Azərbaycana qarşı işğalçı siyasət yürüdən, bu gün də o siyasətindən əl çəkmək istəməyən, konstitusion əsasda, beynəlxalq səviyyədə, o cümlədən də Ukrayna tərəfindən tanınmış ərazilərimizə iddia edən Ermənistan dövlətinə bu yanaşma tərzi əslində səmimi yanaşma deyil. Bu, işğal siyasəti yürüdən dövlətin addımlarına göz yummaq, həm də dolayı yolla ona dəstək olmaq   deməkdir. Düşünürəm ki, Ukrayna tərəfinin bu addımı yanlışdır. Çünki hazırkı mərhələdə Ukrayna öz ərazi bütövlüyü, torpaqlarının işğaldan azad olunması uğrunda mübarizə aparırsa, bütün addımlarında, siyasətində işğalçı dövlətlərlə mübarizə aparmalıdır. Ermənistan kimi bir dövlətlə birgə addım atılması həm də dolayısı yollarla işğala haqq qazandırmaq, işğalçı siyasət yürüdən dövlətə dəstək göstərmək deməkdir ki, bu da faktiki olaraq Ukrayna dövlətinin və xalqının maraqlarına ziddir"-deyə bildirən X.Bəşirov Rusiyanın hələ də A.Akopyanın səfərinə münasibət bildirməməsinin səbəblərinə də toxundu. 

X.Bəşirov bildirdi ki, 44 günlük müharibədən sonra Rusiya və Ermənistan arasında baş verən proseslər bir çox hallarda oyun kimi görsənir: "Hazırda Rusiya və Ermənistan arasında gedən proseslər bir oyun təsiri bağışlayır. ABŞ başda olmaqla, Qərbin Rusiyanın Cənubi Qafqaz regionundan tam çıxarılması ilə bağlı siyasət yürütməsi fikirləri səsləndirlir. Düşünürəm ki, ABŞ Rusiyanın Cənubi Qafqazdan çıxmasını deyil, bu regionda onların yazdıqları ssenariyə uyğun fəaliyyət göstərməsini istəyir. Yəni bu gün Cənubi Qafqazda Rusiyanın Ermənistan vasitəsilə sıxışdırılıb çıxarılması ilə əlaqədar atılan addımların hamısı bu məqsədə xidmət edir. Ermənistan da, təbii ki, alət rolunu çox böyük məharətlə oynayır. Məsələn, indiyə kimi Rusiyaya qarşı atılan addımların, səsləndirilən fikirlərin mahiyyətinə nəzər yetirdikdə görürük ki, bu bir oyunun tərkib hissəsidir. Nikol Paşinyanın arvadı Anna Akopyanın da Ukraynanın birinci xanımı Zelenskayanın dəvəti ilə o tədbirə getməsi

və orada Rusiya əleyhinə fikirlər səsləndirməsi kifayət qədər əsas verir ki, Rusiya Ermənistana qarşı real addım atsın. Yəni Anna Akopyanın o tədbirə qatılması və Rusyanın əleyhinə danışması Rusiyanın Ermənistana qarşı gerçək addım atmasını şərtləndirən amildir. Bugünə qədər atılan addımlar da onu göstərir ki, əslində Rusiyanın əlində kifayət qədər əsaslar var ki, Ermənistana qarşı lazımı addımlar atsın. Buna qarşı olan hər hansı bir məsələ yoxdur. Sadəcə olaraq, düşünürəm ki, hazırkı mərhələdə Ermənistan bir oyunun alətidir və o oyunu oynayır. Əgər o oyundan kənara çıxacaqsa və həqiqərən də Rusiyaya qarşı ona yazılan ssenaridən kənar oyunlar oynamağa cəhd göstərəcəksə o halda biz Rusiyadan ona təpki görəcəyik. Akopyanın bu davranışına qarşı, təbii ki, Rusiya tərəfindən fikirlər səsləndiriləcək, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü, yaxud digər şəxslər səviyyəsində buna qarşı mövqe bildiriləcək. Amma bu heç də hansısa real, ciddi addımın atılmasına gətirib çıxarmayacaq. Nə üçün? Çünki bugünə qədər Ermənistanın Baş naziri, onun arvadı, rəsmi şəxslər bu addımı atıblar. Hətta keçən dövrdə Anna Akopyan Ukraynaya səfər də etmişdi, yardım adı altında nələrsə aparmışdı. Rusiyadan buna qarşı da ciddi bir reaksiya görmədik. Düşünürəm ki, Ermənistanın Baş naziri və digər rəsmi şəxsləri Rusiyaya qarşı kifayət qədər sərt görünən çıxışlar ediblər. Amma  biz Rusiyanın addımlarını görmürük, ona görə ki, bunun bir oyun olduğunu görmək mümkündür".

X.Bəşirov hesab edir ki, gələcəkdə Ermənistan bu oyunun şərtlərindən kənara çıxacaqsa, yaxud Ermənistanın addımı ssenaridənkənar bir addım olarsa Rusiyanın təpkisini görəcəyik. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ