Bazar ertəsi günü, 02 noyabr 2026
     

Rusiya və Ermənistan arasında Ruben Vardanyana görə qalmaqal yarandı...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi son mətbuat konfransında erməni əsilli rus oliqarx Ruben Vardanyanı Qarabağ dələduzluğuna sürükləyənlərin onun müdafiəsinə qalxmaq istəməyərək bu şəxsdən istifadə edildiyinə və sonradan taleyin ümidinə buraxıldığına açıq eyham vurdu: 

"Bu mövzuda vacib suallar var: nə baş verdi? Necə oldu ki, Rusiya vətəndaşlığı olan Ruben Vardanyan vətəndaşlıqdan imtina etdi? Bu addımı atmağı ona kim məsləhət görüb və ya göstəriş verib? Onu kim Qarabağa göndərdi? Onu kim, hansı məqsədlə, hansı zəmanətlə, hansı vədlərlə Qarabağa göndərib? Və axırda kim dedi ki, biz onu başqa ölkənin vətəndaşı olduğu üçün o qədər də yaxşı tanımırıq? Biz bu suallara cavab istəyirik, yoxsa yox?". Baş nazir qeyd etdi ki, bu, həqiqətən də həll edilməli olan və artıq həll olunmaqda olan ciddi məsələdir: "İndi əlavə çətinliklərdən danışmaq və təfərrüatları açıqlamaq istəməzdim, lakin qeyd etmək istərdim ki, sülh gündəliyinin uğurla həyata keçirilməsi bu məsələdə də vacibdir. Önəmli olan uğurlu proses, normal iş mühiti və qarşılıqlı etimadın tədricən formalaşmasıdır. Yəni bu mürəkkəb mexanizmdə hər hansı məsələni ayırmağa və ayrıca baxmağa ehtiyac yoxdur, çünki bütün məsələlər bir-biri ilə bağlıdır".

Xatırladaq ki, 2022-ci ilin payızında rusiyalı oliqarx Ruben Vardanyan qəfildən Rusiya vətəndaşlığından imtina edərək 2020-ci ildə 44 günlük müharibədən sonra separatçı rejimdən qalanların nəzarətində olan Qarabağa köçmək niyyətini açıqlamışdı. Qeyri-qanuni rejimin rəhbərləri daha sonra Vardanyana "dövlət naziri" vəzifəsi verdilər və o, Qarabağın erməni əhalisini Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərini sabotaj etməyə təhrik etməyə başladı. Eyni zamanda, Azərbaycan hakimiyyəti dəfələrlə ona Qarabağı tez bir zamanda tərk etməyi təklif edib. Lakin Vardanyan bu çağırışlara məhəl qoymayıb və ötən ilin sentyabrında Qarabağda məskunlaşmış separatçıların qalıqlarına qarşı apardığı antiterror əməliyyatından sonra Azərbaycan hakimiyyəti tərəfindən həbs olunub. O vaxtdan bəri Vardanyanın ailə üzvləri, onun tərəfdaşları və dostları beynəlxalq ictimaiyyəti bu cinayətkar oliqarxı müdafiə etmək və mövcud olan güclərin, ilk növbədə isə Rusiyanın dəstəyini almaq üçün çalışırlar. Amma Rusiya hakimiyyətinin haqlı cavab verdiyi kimi, onların Rusiya vətəndaşlığından könüllü imtina etmiş şəxsi müdafiə etmək üçün heç bir əsası yoxdur. Elə Paşinyan da buna işarə edir. Baş verənləri şərh edən erməni "azərbaycanşünas" Tatev Ayrapetyan isə qeyd edir ki, Nikol Paşinyan son brifinqində Ruben Vardanyanla bağlı açıqlaması ilə Bakının mövqeyini birbaşa dəstəklədi. O, Paşinyanın Vardanyanın həbsini dəstəklədiyini bildirib: "Paşinyan soruşur ki, Vardanyan Rusiya vətəndaşı idi, sonra birdən bundan imtina etdi və Qarabağa getdi. Onu Qarabağa kim göndərib? Arxasında kim var? Bu, əslində onun birbaşa Bakının Vardanyanla bağlı mövqeyini dəstəklədiyi deməkdir. O, demək olar ki, Azərbaycan prezidenti İlham Əliyevin bu mövzuda sözlərini cümlə-cümlə təkrarladı". Xatırladaq ki, prezident İlham Əliyev hələ 2022-ci ilin 17 noyabrında Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Qarabağda olan separatçı Ruben Vardanyan haqda danışıb:   "Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Digər politoloq Armen Badalyan isə qeyd edir ki, Paşinyanın Ruben Vardanyanı sərt tənqid etməsi Rusiyaya yönəlib: "Qərbin təyin etdiyi Ermənistan hakimiyyəti Rusiyanın regionda təsirinin tədricən neytrallaşdırılmasına çalışır.  Bütün bunları birdən etmək mümkün deyil. Paşinyanın siyasəti günün axarı ilə ayaqlaşmağa hesablanıb. Yəni Paşinyan düşünür ki, Rusiya müharibədə qalib gəlsə, Ermənistan hakimiyyəti Moskvanın yanında olacaq. Ancaq Rusiya uduzsa, Zəngəzur dəhlizinə nəzarət edə bilməyəcək. Üstəlik, Zəngəzur dəhlizi açılmadan Paşinyan sülh müqaviləsi bağlaya bilməz. Çünki Qərb bunu tələb edir. Bu dəhliz Qərbin nəzarətində olmalıdır ki, bütün marşrut xətti Rusiyanın nəzarəti olmadan işləyə bilsin. Bunlar fonunda Paşinyan dedi: Rusiya! Ruben Vardanyanı siz gətirdiniz, onu siz də azad etməlisiniz. Ancaq Ruben Vardanyan Ermənistana gəlib heç nə edə bilmədi. O, sadəcə bir partiya yaratmağa nail oldu ki, o da heç İrəvan Ağsaqqallar Şurasına belə girməyi bacarmadı". Badalyanın sözlərinə görə,  Paşinyana elə gəlir ki, hiyləgərlik edir və bunu  ancaq özü başa düşür: "Onun siyasəti günün axarı ilə yaşamaqdır".  Ermənistanın sosial şəbəkələrində də Paşinyanın Vardanyan haqda dedikləri ciddi narazılıq yaradıb. Bu xüsusda əsas şərhlər və Paşinyana ünvanlanan suallar belədir: "Onun Rusiya vətəndaşlığından necə imtina etməsinin nə fərqi var? O, 2021-ci ildən Ermənistan vətəndaşıdır və Nikol Paşinyan onu ölkə vətəndaşı kimi qorumağa borcludur. Hər bir vətəndaş kimi. Amma o, məsuliyyəti üzərindən atmaq üçün cəfəngiyatla məşğuldur". Görünən odur ki, Paşinyan Vardanyana qarşı müxalif mövqedədir və bu şəxsin Ermənistanda da peyda olmasını istəmir. Eyni zamanda onun Vardanyanla bağlı verdiyi açıqlamalar Ermənistan-Rusiya münasibətlərində də əlavə gərginlik mənbəyi kimi çıxış edir.  

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ