çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Rusiya qazı Ukraynadan hələ də Qərbə axır - amma Avropada Azərbaycan qazı əvəzolunmazdır...

Image


Azərbaycan qazının Ukrayna infrastrukru vasitəsilə Avropaya çatdırılması məsələsi hələ də aktuallığını qoruyur. Bu məsələ Avropada xüsusi diqqət mərkəzində olsa da, hələlik rus qazının Ukrayna ərazisindən keçməklə Qərbə nəqli davam edir.

Savaşın başladılmasından 2 il yarım ötsə və çox ayda sanksiya tətbiq edilsə də, Rusiya təbii qazı hələ də Avropaya Ukrayna ərazisindən keçən boru kəmərləri şəbəkəsi ilə ötürülür. Ukrayna Rusiyanın Kursk vilayətinə daxil olub Suca şəhəri yaxınlığındakı qazölçmə stansiyasını ələ keçirəndən sonra da durum dəyişməyib. Baş verənlə fonunda "The Associated Press" Rusiya qazının Ukraynadan keçərək axıdılmasının əsas məqamlarını göstərən maraqlı məqalə dərc edib. Bildirilir ki, Qərbi Sibir qaz mədənlərindən axan maye qaz Sucadan Ukrayna sərhədini aşaraq həmin ölkənin boru kəmərləri sisteminə ötürülür. Bu boru kəmərləri Ukrayna-Slovakiya sərhədindən Avropa İttifaqı ərazisinə daxil olandan sonra şaxələnir və qazı Avstriya, Slovakiya və Macarıstan müəssisələri arasında paylaşdırır. Təbii qazdan elektrik enerjisi istehsalında, sənaye proseslərinin enerji ilə təminatında və bəzi hallarda evlərin qızdırılmasında yararlanırlar. Qaz əvvəlki qaydada axmağa davam edir. Ukrayna özünün boru kəməri sistemindən axan qazı istənilən vaxt kəsə bilərdi. Hərbi sirlər, eləcə də jurnalist və müşahidəçilərə çıxışın olmaması stansiyaya hazırda kimin nəzarət etdiyini dəqiqləşdirməyi çətinləşdirir. Ukrayna qaz ötürmə sistemi şirkətinin məlumatına görə, avqustun 13-də Sucastansiyasından 42.4 milyon kubmetr qazın keçməsi nəzərdə tutulmuşdu. Bu, təxminən son 30 günün ortalama göstəricisinə uyğundur. Ukrayna və Rusiyanın müharibədən öncə əldə etdiyi beş illik razılaşmaya görə, Rusiya Avropaya Ukraynanın boru kəməri sistemi ilə bəlli həcmdə qaz göndərməyə razılıq verib. Bu boru kəməri sistemi hələ hər iki ölkə SSRİ-nin tərkib hissəsi olduğu dövrdə yaradılıb. "Qazprom" bu qazın satışından pul qazanır, Ukraynaya isə tranzit ödəmələri çatır. Bu razılaşma cari ilin sonunadək sürəcək. Ukraynanın enerji naziri Qerman Qaluşşenko bildirib ki, Ukraynanın bu sazişi uzatmaq, yaxud əvəz etmək niyyəti yoxdur. Müharibədən öncə Rusiya boru kəmərləri vasitəsilə Avropanın təbii qaz ehtiyacının 40 faizə qədərini təchiz edirdi. Qaz dörd boru kəməri sistemi ilə nəql olunurdu. Onlardan biri Baltik dənizinin altından, ikincisi Belarus və Polşadan, üçüncüsü Ukraynadan keçirdi. Dördüncüsü isə Qara dənizin altından və Türkiyədən keçərək Bolqarıstana gedən "Turk axını" kəməri idi. Savaş başlayandan sonra Rusiya ödəmələrin rublla edilməsi ilə bağlı mübahisələri əsas gətirərək Baltik dənizi və Belarus-Polşa boru kəmərləri vasitəsilə axıdılan qazın çox hissəsini kəsib. Baltik kəməri sabotaj aktı nəticəsində partladılıb. Ancaq bu hücumun detalları hələ də tam aydınlaşdırılmayıb. Rusiyanın qaz axınını dayandırması Avropada enerji böhranı doğurub. Almaniya borularla deyil, gəmilərlə daşınan mayeləşdirilmiş təbii qazı idxal edə bilmək üçün üzən terminalların quraşdırlmasına milyardlarla avro xərcləməyə məcbur qalıb. Qiymətlər artdıqca istehlakçılar da daha çox qənaət etməyə başlayıblar. Yaranan boşluğu dolduran Norveç və ABŞ Avropada iki ən iri qaz təchizatçısına çevrilib. Rusiyanın qaz nəqlini dayandırmasını enerji şantajı kimi görən Avropa 2027-ci ilədək Rusiyadan qaz idxalını tam dayandırmaqla bağlı planlarını açıqlayıb.

Təbii qaz ixracından qazanılan pullar Rusiyanın dövlət büdcəsini dəstəkləyir və rublun gücləndirilməsinə kömək edir. Ancaq bununla yanaşı, Rusiya qazı heç vaxt yasaqlanmayıb. Bu, Avropanın keçmişdə və bəlli anlamda indi də Rusiya enerji qaynaqlarından nə dərəcədə asılı olduğunun bariz göstəricisidir. Sucadan keçən qaz nə dərəcədə önəmlidir? Avropanın qaz idxalının 3 faizə qədəri məzh buradan keçir. Ötən il bu göstərici təxminən 15 faiz idi. Enerji idxalatçısı olan və enerji qiymətlərinin artması nəticəsində yüksək inflyasiya ilə üzləşən Avropa narahatdır. Suca axını Avstriya, Slovakiya və Macarıstan üçün vacibdir. Bu axın olmasa, həmin ölkələr yeni təchizat mənbələri tapmağa məcbur qalacaq. Avropa İttifaqı 2027-ci ilədək Rusiya qazıntı yanacağının idxalına son qoymaq planı hazırlayıb. Ancaq son zamanlarda bu istiqamətdə irəliləyiş hamar olmayıb. Avstriya son iki ildə Rusiyadan qaz idxalını 80 faizdən 98 faizə qaldırıb. İtaliya birbaşa idxalı dayandırsa da, hələ də Avstriya vasitəsilə Rusiya qazını almaqdadır. Üstəlik, Avropa mayeləşdirilmiş qaz almağa davam edir. Mayeləşdirilmiş qaz ötənilki qaz ixracının 6 faizi qədərdir. Ticarət rəqəmləri bu ilin ilk yarısında Fransaya göndərilən mayeləşdirilmiş təbii qaz həcminin iki dəfədən çox artdığını göstərir. Avropa İttifaqı üzvü olan Rumıniya və Macarıstanın Rusiyadan qaz idxal edən Türkiyə ilə qaz sövdələşmələri var. Londonda Kral Beynəlxalq Əlaqələr İnstitutunun aparıcı tədqiqatçısı Armida van Riy deyir ki, Rusiya qazı Avropanın davam edən yüksək tələblərinə cavab vermək üçün Azərbaycan və Türkiyə vasitəsilə də ptürülə bilər.  O, bu zamana qədər Avropanın Rusiya qazından istifadəni azaltmaq cəhdlərini heyrətamiz: "Ancaq siyasi gerçəklik belədir ki, çoxu onsuz da yüksək inflyasiya və yaşayış xərcləri böhranı ilə üz-üzə qalan Avropa ölkələri üçün öz enerji təchizatlarını şaxələndirmək son dərəcə çətindir". Bunun üçün isə indi əsas mənbələrdən biri qismində Azərbaycan qəbul olunur. Qeyd edildiyi kimi Avropa Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək istəyir. Avropa rəsmiləri boru kəmərlərinin fəaliyyətsiz qalacağı təqdirdə yararsız hala düşə və ya hərbi hədəfə çevrilə biləcəyindən ehtiyat edirlər. Ukraynanın "Naftoqaz" şirkətinin baş icraçı direktoru Aleksey Çernışovun dediyinə görə, Kiyev Bakıdan qaz almaq təşəbbüsünü müsbət qiymətləndirir və ölkədə yerləşən infrastrukturdan istifadəni davam etdirmək niyyətindədir. Bununla yanaşı, Cənub Qaz Dəhlizi vasitəsilə də Azərbaycan qaz nəqlinin artırılması xüsusi diqqət mərkəzindədir. 

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ