çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Rusiya-Ukrayna savaşı fonunda KTMT-nin sonu çatır...

Image


Rusiya və Ukrayna arasında cərəyan edən son proseslər, savaşın Kursk vilayətində davam etməsi dünyanın xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Bu arada Rusiya Kursk vilayətində Ukrayna silahlı qüvvələrinin hücumunu dayandırmaq məqsədilə işğal olunmuş ərazilərdəki bir neçə birləşməsini oradan çıxarıb. Bu birləşmələrin briqada ölçüsündə olduğu deyilir. 

CNN telekanalın kəşfiyyata yaxın mənbələrə istinadla yaydığı xəbərdə deyilir ki, bununla belə, Rusiya əsas qüvvələrini Ukrayna ərazisində saxlayır. Mənbələrdən biri bunu belə şərh edib: "Hesab olunur ki, Rusiyanın Ukrayna cəbhəsində yüz minlərlə əsgəri var. Odur ki, rəsmilərin dediyi kimi, bir neçə min əsgərin başqa istiqamətə keçirilməsi qısa müddətdə elə də ciddi nəticələrə səbəb olmaya bilər". CNN-nin adı çəkilməyən mənbəsi əlavə edib: "Biz hələ ki, əsaslı qoşun köçürülməsini görmürük və bunun səbəbini deyə bilmirik: çünki onlar qoşunları ya təzəlikcə hərəkətə gətiriblər, ya da yerini dəyişmək üçün qüvvələri yoxdur". Digər mənbə isə bu qənaətdədir ki, Rusiya Kurskun müdafiəsini, daha çox, müddətli hərbi qulluqçuların hesabına möhkəmləndirməyə çalışır. Yüksək vəzifəli ABŞ məmuru telekanala deyib ki, kəşfiyyatın məlumatına görə, Rusiya Ukraynadakı birləşmələrdən başqa, Kursk vilayətinə Leninqrad hərbi dairəsinin şəxsi heyətini və Kalininqraddakı hərbçilərini göndərib. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar koordinatoru Con Kirbi kanala deyib ki, Rusiya bəzi resurslarını Kursk vilayətinə, ehtimal ki, Ukrayna qüvvələrinin qarşısını almaq məqsədilə keçirir. Lakin Kirbinin sözlərinə görə, qoşunların Ukrayna ərazisindən aparılması, hələ Kremlin Donbas və Zaporojyedəki hərbi əməliyyatlardan əl çəkməsi kimi qiymətləndirilməməlidir. CNN-in mənbələrindən biri deyib ki, Ukrayna ordusunun Kurskda apardığı əməliyyat diqqətəlayiqdir, lakin Ukrayna ora itirilməsini istəmədiyi təcrübəli döyüşçülərini göndərib. Telekanalın mənbələri bildirirlər ki, onların fikrincə, Ukrayna Kursk vilayətindəki əraziləri uzun müddət saxlaya bilməyəcək və buna görə də bu əməliyyatın müharibənin ümumi gedişini necə təsirləndirəcəyini söyləmək çətindir. Bundan başqa, CNN telekanalının bir neçə mənbəsi bildirir ki, ABŞ Ukrayna ordusuna Amerikanın uzaqvuran silahlarından istifadə icazəsi vermək istəmir. Lakin bu, Vaşinqtonun eskalasiyadan çəkinməsi ilə yox, ABŞ-ın Ukraynaya çox sayda ATACMS raketi verə bilməməsi ilə bağlıdır. ABŞ hərbçilərinin fikrincə, qənaət üçün bu raketlərlə Krımdakı obyektlərin vurulması daha məqsədəuyğundur. Belə vəziyyətdə Rusyanın "EADaily" nəşri yazır ki, Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətinə daxil olmasından xeyli vaxt keçsə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hələ də heç bir reaksiya yoxdur: "Söhbət Ukraynanın müdaxiləsinə siyasi qiymət verilməsindən gedir, çünki indiki şəraitdə KTMT-nin hərbi cavab tədbirləri qəbul etməsi tamamilə qeyri-real görünür. Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, təşkilata üzv ölkələr Rusiyaya yardım etməli idilər. Lakin bu yoxdur. Lazımi hərbi yardımın göstərilməsi təcavüzə məruz qalmış KTMT dövlətinin onun üçün rəsmi müraciəti ilə bağlıdır. Rusiya təbii ki, müttəfiqlərini çətin vəziyyətə salmamaq üçün belə bir xahişlə çıxış etməyəcək. Lakin bu, Kiyevin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması ilə bağlı KTMT üzvlərinin kollektiv siyasi mövqe bildirmə zərurətini inkar etmir".

Daha sonra nəşr yazır ki, hazırda təşkilata sədrlik edən Qazaxıstan Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının çağırılması və Kiyevi qınayan müvafiq sənədin qəbulu təşəbbüsü ilə çıxış edə bilərdi: "Bu o qədər də sadə deyil. Məsələn, "erməni məsələsi"ni götürək. Bu, artıq KTMT-ni faktiki məhdud fəaliyyətinə gətirib çıxarıb. Bu ilin əvvəlində İrəvan hərbi-siyasi blokda iştirakın dondurulduğunu elan edib, büdcəsini maliyyələşdirməkdən imtina edib və KTMT-dən çıxmaq məsələsini qaldırıb. Kurskdan sonra Ermənistan paytaxtında hökumətyönlü şərhçilər istehzalarını ört-basdır etməyə cəhd belə göstərmədən qeyd etməyə başladılar ki, Cənubi Qafqaz respublikası Moskvaya heç bir şəkildə kömək edə bilməz, hətta Kiyevin addımına siyasi qiymət verilsə belə: "Çünki Rusiya-Ukrayna sərhədi delimitasiya edilməyib".  Nəşr yazır ki, təkcə Ermənistan deyil, Moskvanın KTMT-dəki digər tərəfdaşları da aydın və birmənalı mövqe bildirməyə həvəsli deyillər: "Bu arada, İrəvanın həm KTMT-yə, həm də Rusiyanın Kiyevə qarşı siyasətinə antaqonizmi təkcə emosiyalarla bağlı deyil. Burada son vaxtlar Ermənistan-Rusiya münasibətlərində daha bir xoşagəlməz epizodu xatırlamaq olar. Rusiya Xarici İşlər Nazirliyi iyunda Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça vilayətinə səfərindən sonra İrəvana etiraz notası göndərib. Moskva Ermənistan nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini qeyri-dost addım, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatlar və Kiyevə humanitar yardımın göstərilməsi kimi qiymətləndirir. Ermənistanın hazırkı rəhbərliyi əslində özünü təkcə Ukraynada deyil, Rusiyanın müttəfiqləri sırasında görmür. İrəvanın Qərb meyli artıq ona gətirib çıxarıb ki, BMT Baş Assambleyasında səsvermə zamanı o, başqa mövqe tutmağa başlayıb, xüsusən də Gürcüstanla bağlı ən yüksək siyasi səviyyədə onun ərazi bütövlüyünün "tam tanınmasını" vurğulayır. Maraqlıdır ki, Kiyevin hücumundan təxminən bir ay əvvəl Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiyanın iki sərhəd bölgəsinə - Belqorod və Kursk vilayətlərinə səfər edib. İyulun 1-də erməni diplomat, xüsusən də Belqorodda 2024-cü il mayın 12-də Ukrayna Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində dağılmış yaşayış binasına gəlib. Ertəsi gün o, Kurskda işgüzar səfərdə olarkən "1941-1945" abidəsi önünə gül dəstələri qoyub". Hesab olunur ki, baş verənlər KTMT-nin bir qurum kimi tükənməsinin göstəricisi də ola bilər. Digər tərəfdən, təşkilata üzv ölkələr arasında yeganə nəzərəçarpacaq hərbi qüvvəsi olan ölkə Rusiyadır. Düzdür, Qazaxıstan böyük dövlətdir, Özbəkistanın güclü ordusu var, amma Türkmənistanın, Tacikistanın və Qırğızıstanın orduları çox zəifdir. Bu fonda təşkilatın üzvü olan Belarus, Qazaxıstan, Tacikistan, Ermənistan və Qırğızıstan susqunluq nümayiş etdirir. Bununla da KTMT-nin  işlək bir qurum olmadığı bir daha ortaya çıxır. 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ