çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Ermənistan Ukrayna tərəfdə Rusiyaya qarşı daha açıq oyuna keçdi…

Image


Ermənistan və Rusiya arasında gərginləşən münasibətlər fonunda İrəvanın Ukrayna ilə bağlı növbəti addımı Moskva üçün yeni şok hesab edilir. Söhbət İrəvanın Ukraynaya silah ötürməsindən gedir. Belə ki, "avia.pro" hərbi-siyasi portalının məlumatına görə, son həftələr Ukraynada gözlənilmədən xeyli sayda köhnəlmiş sovet silahları peyda olub.

Söhbət ilk növbədə S-125 "Peçora" zenit-raket komplekslərindən və "Toçka-U" taktiki raket sistemlərindən gedir. Gələcəkdə Ermənistan ordusunun xidmətində olan S-300 və 9K33 Osa-K zenit-raket kompleksləri üçün Ukraynaya raketlərin tədarükü də gözlənilir. Rusiya saytının verdiyi məlumata görə, bunu Ermənistanın ehtiyatlarını Kiyevə ötürməsi ilə izah etmək olar. Belə ki, mənbələrə istinadən yazılır ki,   daxili və xarici problemlərlə üzləşən Ermənistan Vaşinqtondan dəstək və müdafiə qazanmaq üçün köhnəlmiş hava hücumundan müdafiə sistemlərini və raket sistemlərini Ukraynaya təhvil vermək qərarına gəlməsi istisna deyil. O da iddia edilir ki, "geosiyasi qeyri-sabitlik və regional oyunçuların təhdidləri şəraitində İrəvan öz təhlükəsizliyini möhkəmləndirmək yollarını, o cümlədən Qərb tərəfdaşları ilə daha sıx əlaqələr qurmaq yolu axtarır. Bu da İrəvanın Ukrayna ilə bağlı siyasətinə təsir edir. Bildirilir ki, S-125 sistemləri və "Toçka-U" kompleksləri müasir silahlı qüvvələr üçün əhəmiyyətsiz hesab edilirdi, lakin Ukraynadakı hazırkı münaqişə kontekstində onlar kifayət qədər faydalı ola bilər. "Toçka-U" raket komplekslərinin Ukraynaya verilməsi barədə qərarın Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak arasında keçirilən görüşdə verilə bilməsi də istisna olunmur."Bloknot.ru" saytı isə bir qədər də irəli gedərək yazır ki, Kiyev "Toçka-U" zərbə raketləri və S-125 zenit-raket komplekslərini əldə edərək Kurskda istifadə edib. Saytın məqaləsində vurğulanır ki, Ukraynanın Kurs istiqamətində bu silahları kütləvi şəkildə istifadə etməsi bir çox şübhələrə əsas verib: "Silahlar köhnəlmiş silahlardır, SSRİ dövründə hazırlanıb. Və bir sıra hərbi müxbir və analitik Teleqram kanallarında yazır ki, Ermənistan ABŞ-ın tövsiyəsi ilə Ukraynaya öz hava hücumundan müdafiə sistemlərini və raketlər verib. Bu məlumat yalan ola bilərmi? Nəzəri olaraq, bəli. Ancaq burada faktlar var. Avqustun 16-da Rusiya Fövqəladə Hallar Nazirliyi öz Teleqram kanalında Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə zərbələr endirmək üçün istifadə etdiyi sursatların videolarını yayıb. Videoda energetika kompleksi obyektinin yaxınlığından tapılan "Toçka-U" raketinin fraqmentləri, həmçinin Amerika istehsalı olan döyüş sursatları əks olunub. Dörd gün əvvəl Kiyev rejimi eyni raketlərlə Kursk və xüsusən də dəmiryol stansiyasına hücum edib".

Nəşrin yazdığına görə, Ukrayna bu silahlardan müharibənin əvvəlində, yalnız ehtiyac olduqda istifadə edirdi. İndi isə SSRİ dövründən qalan bu silahlarla kütləvi şəkildə hücum edir və məntiqlə Kiyevin bu növ silah-sursatı tükənmiş olmalı idi: "Ukrayna Silahlı Qüvvələri SSRİ-də hazırlanıb 1989-cu ildə istifadəyə verilmiş raketləri indi haradan alıb? Məntiqi cavab: onları keçmiş SSRİ respublikalarından biri təhvil verib. Xain kimdir? Bütün faktları nəzərə alsaq, Ermənistan ən münasibidir. Birincisi, onlar ABŞ-ın əlaltısına çevriliblər. Rusiyanın "Mir" kartlarından imtina ediblər. Fransadan qoşun göndərməyi və hərbi baza açmağı xahiş ediblər. Daha sonra onların baş naziri Nikol Paşinyan Ermənistan-ABŞ münasibtlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazır olduğunu bildirib. Görünür, Paşinyana seçim təklif olunub: dəstəyimizi istəyirsənsə, Ukrayna Silahlı Qüvvələrinə yardım etməyə başla. Və Ermənistanın baş naziri də öz seçimini edib". Burada onu da xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı erməni hava hücumundan müdafiə sistemləri Azərbaycan ordusunun, o cümlədən hücum pilotsuz uçan aparatlarının və yüksək dəqiqlikli raketlərin məhv edilməsi ilə sıradan çıxarılıb. Müharibə başa çatdıqdan sonra Ermənistan ilk növbədə hava hücumundan müdafiə sistemini daha müasir zenit-raket kompleksləri və Rusiya istehsalı olmayan radarlarla yeniləyərək hərbi potensialını sürətlə bərpa etməyə başladı. Bununla belə, köhnəlmiş sovet zenit-raket kompleksləri hələ də Ermənistan ordusunun arsenalında qalır. İndi onlar Ukraynaya ötürülür. Onu da qeyd edək ki, Ermənistan Hindistandan Sovet S-125 zenit-raket komplekslərinin bazasında istehsal olunan daha müasir "Akaş 1S" zenit-raket komplekslərinin böyük partiyasını sifariş edib. Hindistan bu ilin sonunda Ermənistana özünün "Akaş 1S" zenit-raket komplekslərini tədarük etməyə başlamaq niyyətindədir. Onlar  döyüş təyyarələri, qanadlı raketlər və pilotsuz təyyarələr kimi hava təhdidləri ilə mübarizə aparmaq üçün komanda rəhbərliyi və aktiv hədəfləmə birləşməsindən istifadə edir. Xatırladaq ki, Ermənistan ümumi dəyəri təxminən 720 milyon dollar olan 15 Akash kompleksini 2022-ci ildə sifariş edib. 2020-ci il müharibəsindən sonra Hindistanla Ermənistan arasında ikitərəfli hərbi əməkdaşlıq xeyli genişlənib. Hindistan Ermənistanı təkcə "Akaş 1S" zenit-raket kompleksləri ilə deyil, "Pinaka" raket sistemləri, həm də haubitsalar, tank əleyhinə raketlər və antidron qurğuları ilə təchiz etməlidir. İrəvanla Nyu Delhi arasında hərbi əməkdaşlığa təkcə silah təchizatı deyil, habelə hərbi təlimlər, o cümlədən "taktiki məşqlər" və "təcrübə mübadiləsi" daxildir. Bu fonda hesab olunur ki, Paşinyan Moskvaya qarşı son dərəcə qeyri-dost jest edir. Çox güman ki, Kreml hakimiyyəti İrəvanın hazırkı rəhbərliyinə qarşı hansısa diplomatik və digər cavab tədbirləri görəcək. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ