çərşənbə günü, 04 noyabr 2026
     

Kreml deyəsən tərpəndi – İrəvanda hərəkət başladı…

Image


Çoxsaylı xəbərdarlıqlardan sonra Rusiya Ermənistana qarşı artıq daha konkret addımlar atmağa başlayıb. Belə ki, Rusiyanın ərzaq təhlükəsizliyi ilə bağlı Ermənistandan meyvə-tərəvəz idxalını qadağan etdiyi bildirilir. Bunun iki müttəfiqin bir-birindən uzaqlaşdığı, münasibətlərindən gərginliyin artdığı bir dönəmdə baş verdiyi diqqətdən yayınmır.

Məsələ burasındadır ki, Rusiyanın "Rosselxoznadzor" kənd təsərrüfatına nəzarət qurumu Ermənistan hökumətinin Ərzaq Təhlükəsizlik Müfəttişliyinə bu barədə məktub göndərib. Məktubda deyilir ki, apreldən iyunun əvvəlinədək Rusiya orqanları ölkəyə Ermənistandan idxal edilən pomidor və almada Rusiya və Avrasiya İqtisadi İttifaqının digər üzvlərində icazə verilən normadan artıq pestisidin olduğu səkkiz hal aşkarlayıblar. "Rosselxoznadzor"un rəis müavini Anton Karmazinin imzaladığı məktubda deyilir ki, iyunun 5-də Ermənistan tərəfə bu pozuntularla bağlı məlumat verilib, ancaq sonuncu uyğun araşdırmaya boyun olmayıb. Bu səbəbdən Ermənistan iyulun 15-dən kənd təsərrüfatı məhsullarının ixracını dayandırmalı, Rusiyanı narahat edən məsələlərlə bağlı məqsədli tədbirlər görməlidir. Karmazin qadağanın aid edildiyi Ermənistan ixracatçılarının 18 səhifəlik siyahısının da məktuba əlavə olunduğunu yazıb. Ermənistan  Ərzaq Təhlükəsizlik Müfəttişliyi Rusiyanın qadağasına reaksiya verməyib. Amma bu qadağa Rusiya bazarından asılı on minlərlə ermənistanlı fermerə və istixana sahibinə təsir göstərəcək. Müvəqqəti ola biləcək bu qadağanı yerli şərhçilər Rusiyanın Ermənistan hökumətinin Qərbə davamlı meyllənməsinə cavab sayırlar. Moskva son aylar İrəvana sərt xəbərdarlıqlar edir. Xatırladaq ki, ötən ilin noyabrında da Rusiya Ermənistandan bir çox ərzaq məhsullarının idxalını blokladı. Onda "Rosselxoznadzor" həmin məhsullarda zərərli karantinli orqanizmlərin sayında kəskin artımın olduğunu əsas gətirirdi. O vaxtdan bəri Rusiya-Ermənistan münasibətləri daha da pisləşib. Baş nazir Nikol Paşinyan ölkəsinin Rusiyanın rəhbəri olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov martda deyirdi ki, Paşinyan KTMT-dən çıxarsa, Ermənistan Rusiya ilə davamlı azad ticarətə bel bağlaya bilməz. Onun müavinlərindən biri Mixail Qaluzin ötən ay bu xəbərdarlığı bir daha dilə gətirib. Rəsmi statistikaya görə, 2023-cü ildə Ermənistandan 182.5 milyon dollarlıq meyvə-tərəvəz ixrac edib, 2024-cü ilin yanvar-mayında isə bu rəqəm 70 milyon olub. İxracın 90 faizi Rusiyaya gedib. Erməni iqtisadçı Suren Parsyan qeyd edir: "Bu qadağalar qüvvəyə minərsə, bizim fermerlər üçün çətin olacaq. Onlar məhsullarını yerli bazarda, daha aşağı qiymətə satmalı olacaqlar". Ermənistanda istehlakçı hüquqları qrupuna başçılıq edən Babken Pipoyan isə Ermənistan hökumətini "Rosselxoznadzor"un iyun xəbərdarlığından sonra tədbir görmədiyinə görə tənqid edib: "Ərzaq təhlükəsizliyi risqlərini qiymətləndirən mexanizm var. Hökumət bu sistemi işlədə bilməyəndə başımıza gələn də bu olur".

Onu da qeyd edək ki, Moskva Ermənistana qarşı diplomatik ritorikasını da getdikcə sərtləşdirir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dedikləri də bunun təsdiqidir: "Ermənistanda NATO ilə qarşılıqlı əlaqəni artırmağa üstünlük verirlər - təbii ki, bu qəribə hadisədir. Onlar Vaşinqtonda keçirilən alyans sammitində iştirak ediblər, birgə hərbi manevrlər keçiriblər. Bunun bariz nümunəsi kimi ölkə ərazisində keçirilən "Eagle Partner 2024" birgə ABŞ-Ermənistan təlimlərini misal çəkmək olar. Ermənistan Qərblə əməkdaşlıq edərək öz təhlükəsizliyini riskə atır". O xüsusi vurğulayıb ki, Ermənistanda Vaşinqton və İrəvan arasında keçirilən "Eagle Partners" hərbi təlimləri bu ölkənin gələcəyi ilə bağlı narahatlıq yaradır: "Bu təlim nəinki təəssüf, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur. Çünki ABŞ və Avropa İttifaqı dəfələrlə belə maxinasiyalar həyata keçiriblər. Yaxşı bilirsiniz ki, bu "qartal tərəfdaşlığı" adlanan işin sonu necədir. İstifadə edildikdən sonra lazımsız əşya kimi kənara atılır. ABŞ-ı prinsipcə sülhsevər siyasət qane eləmir. Regionda sülhün və sabitliyin əldə olunması, yalnız Cənubi Qafqaz regionunda ölkələr arasında münasibətlərin hərtərəfli normallaşması və bilavasitə qonşuların - İran, Türkiyə və Rusiyanın iştirakı ilə mümkün olması Vaşinqtonun məqsəd və vəzifələrinə daxil deyil. Üstəlik, bunun qarşısını almağa çalışırlar. ABŞ rəsmilərinin sonsuz sıra ilə İrəvana necə axışdığını da izləyirik. Bu, onların ölkənin və onun xalqının rifahının qayğısına qaldıqları barədə illüziya yaradır. Reallıqda onlar postsovet məkanı ölkələrini anti-Rusiya kampaniyalarına cəlb edirlər. Bu isə bizə deyil, bu dövlətlərin özlərinə, iqtisadi fəaliyyətlərinə, humanitar siyasətlərinə ziyan vurur". Bütün bunlar fonunda Rusiya və Ermənistan arasında iqtisadi sferada da münasibətlərin kəskinləşəcəyini gözləmək olar. Hər halda, Moskva təzyiq rıçaqlarını tədricən işə salır. 

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 11:28
Ermənistanda Samvel Karapetyan və qardaşı oğlunun evində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ