çərşənbə günü, 04 noyabr 2026
     

Paşinyanın London görüşündən imtinasının səbəbi açıldı - dəhliz...

Image


Sülh prosesini əngəlləyən Ermənistan bunu Avropa Siyasi Birliyinin Lodonda keçirilən növbəti sammitində bir daha nümayiş etdirdi. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyada Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən imtina edib. Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu xüsusda bildirib: 

"Avropa Siyasi Birliyinə ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklif olunmuşdu... Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk". 

İndi maraq doğuran məqam hansı səbəblərdən Ermənistanın sülh prosesini pozmağa çalışmasıdır. Bu fonda erməni politoloq Stepan Danielyan maraqlı bir iddia səsləndirib. O deyib ki, Londonun əsas diqqət etdiyi məqam Orta Dəhlizdir: "Təbii ki, detalları bilmirik, amma məntiqi anlamağa çalışaq. Görüşə Britaniya tərəfi təşəbbüs göstərib və təbii ki, Britaniyanın gündəliyinə uyğun görüş keçirilməli idi. Böyük Britaniyanın Azərbaycanda və Mərkəzi Asiyada, xüsusən də mədən sektorunda on, hətta yüz milyardlarla investisiyası var. O, Orta Dəhliz məsələsi ilə məşğul olmalıdır, yəni Ermənistan Zəngəzur bölgəsində nəzarətindən əl çəkməlidir. Azərbaycanın da bununla bağlı tələbi var. Ehtimal etmək olar ki, Ermənistan nümayəndə heyəti bu gündəliyi rədd edərək fərqli gündəmlə görüş təklif edib, Azərbaycan isə gündəmi dəyişməkdən imtina edib". Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra Avropa İttifaqı Şurası tərəfindən yaradılmış Avropa Siyasi Birliyi indiyədək dörd sammit keçirib. Bu sammitlərin çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında iki dəfə görüş olub. 2022-ci ildə Praqada keçirilən ilk sammitdə tərəflər 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Onlar ikinci dəfə Kişinyov sammiti çərçivəsində görüşüblər. Lakin Azərbaycan ötən ilin oktyabrında Qranadada keçirilən sammiti boykot edib. Praqada keçirilən sammit zamanı prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və son dəqiqədə danışıqlar masasına "özünü yetirən" Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə qeyri-rəsmi görüş baş tutdu. Moldovada isə, görüş daha geniş tərkibdə keçirildi və Praqadakı görüş iştirakçıları ilə yanaşı, həmin tədbirdə Almaniyanın Federal Kansleri Olaf Şolts da iştirak etdi. Amma sonradan Makronun birtərəfli mövqeyi və əsassız iddiaları bu formatda görüşün keçirilməsinə imkan vermədi. Paşinyanın gözlənilmədən Fransa liderinin iştirakı ilə bağlı öz şərtlərini irəli sürməsi, faktiki olaraq, Qranada görüşünün baş tutmamasına gətirib çıxardı. İndi eyni hal Londonda da müşahidə olunur. 

Erməni siyasi şərhçi Hakob Badalyanın fikrincə, məhz Bakının xahişi ilə Böyük Britaniyanın baş naziri Londonla Bakının sıx iqtisadi əlaqələri və onilliklər boyu davam edən əməkdaşlığı nəzərə alaraq görüşün təşəbbüskarı olmağa cəhd edib. Badalyan hesab edir ki, Bakı bu addımı ilə göstərməyə çalışıb ki, ikitərəfli görüşü rədd etmir, İrəvan isə Londonun vasitəçiliyi ilə üçtərəfli görüş təklifini rədd edir. Bununla İrəvan sülhə xələl gətirir və burada geosiyasi faktorlar da var. Bu xüsusda keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, Paşinyanın görüşdən imtinası başqa mənbədən gələn tapşırıqla olub: "Əminəm ki, bu tapşırığı Rusiya verib. Bu dəqiqə Rusiyadan Paşinyana Qərb istiqamətində olan siyasi addımlarına görə güclü təzyiqlər var. Ermənilər bu addımla Rusiyaya göstərmək istəyirlər ki, ona sadiqdirlər. Bu imtinanın sonrasını gözləmək lazımdır, çünki tədbirlər davam edir. Aydındır ki, görüşün təşəbbüskarı Böyük Britaniya tərəfidir. Bəzi mənbələr bildirir ki, ermənilər Böyük Britaniyanın vasitəçilik etməsini istəmirlər. Həmçinin Ermənistan mühitində müxtəlif versiyalar səslənir ki, noyabrda onlar Qərbə yönələn siyasətdən imtina etməlidir. Çünki hazırda Baydenin qalib gəlmə şansı çox azdır və İrəvanın Qərbə yönəlik siyasətində ermənilərə təkcə Fransanın dəstəyi bəs eləməz. Ona görə də Qərblə hansısa inteqrasiya prosedurlarına ehtiyat edirlər". Erməni politoloq Beniamin Matevosyan isə qeyd edir ki, Britaniyanı və Qərbi Zəngəzur dəhlizinin açılması maraqlandırır: "Bu fonda Ermənistan nə vaxtsa Zəngəzur dəhlizi ilə bağlı problemlə üzləşəcək. Qərb dəhlizin açəılmasını tələb edir". Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan da bu fikirdədir: "Vaxtilə Ermənistanın çəkməli olduğu Mehri dəmir yolunun açılmasından danışılırdı. Vaxtilə 4-ü Türkiyəyə, 3-ü Azərbaycana olmaqla, 7 qovşaqdan bəhs edilirdi. Hakimiyyət ictimai müzakirə təşkil etmədiyi üçün bu gün nədən söhbət getdiyini bilmirəm. Bircə onu bilirəm ki, Zəngəzur dəhlizi Çindən Avropaya gedən Orta Dəhlizin bir hissəsidir. Əgər Şimal-Cənub marşrutunda benefisiarlar Ermənistandan keçə bilən Hindistan və Rusiyadırsa, Orta Dəhlizin benefisiarı Türk dünyası və Çindir. Zəngəzur dəhlizi Rusiya və İrana qarşı yönəlmiş geosiyasi problemi də həll edəcək". Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qərblə əməkdaşlıq edərək, əslində, Zəngəzur dəhlizinin açılması layihəsini həyata keçirmək yolu ilə gedir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 11:28
Ermənistanda Samvel Karapetyan və qardaşı oğlunun evində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ