çərşənbə günü, 04 noyabr 2026
     

London siyasi sammitində Paşinyanın yalanını kim təkzib etməlidir?..

Image


Abutalıb Səmədov: "Əgər ortada vasitəçilər olubsa və söhbət kiminsə şahidliyi ilə aparılıbsa, onlar da bu yalanı təkzib etməlidirlər"

Məlum olduğu kimi, Avropa Siyasi Birliyi (İcması) sammiti çərçivəsində Böyük Britaniyanın baş nazirinin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş  keçirilməsi nəzərdə tutulsa da, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezideni İlham Əliyevlə görüşdən imtina edib. 

Bununla bağlı Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mətbuata açıqlamasında "Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münhen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi" - deyə bildirib. 

H.Hacıyev, həmçinin bildirib ki, mətbuatın "Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bu baş tutacaqmı?", - sualını cavablandırarkən "Görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk..."-deyib. 

Bütün həqiqətlər ortada olduğu halda, Ermənistan tərəf bu dəfə də məsələni saxtalaşdırıb, təhrif edib. 

Belə ki, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan mətbuata açıqlamasında iddia edib ki, Ermənistan tərəfi Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında ikitərəfli görüşün keçirilməsini təklif edib, lakin Azərbaycan tərəfi bu təklifi rədd edib.

O iddia edib ki, guya London görüşündən Azərbaycan tərəfi imtina edib. "Ermənistan tərəfinin təklifi etibarlıdır. Erməni tərəfi də ən yüksək səviyyədə danışıqların intensivləşdirilməsi və bir ay ərzində sülh müqaviləsinin imzalanmasına nail olmaq təklifini təsdiqləyir" – deyə Badalyan deyib. 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də, xarici işlər naziri Ceyhun Bayramov da bəyan ediblər ki, London görüşündən Ermənistan imtina edib. Amma Ermənistan tərəf yenə də faktları təhrif etməklə məşğuldur və belə rəy yaratmağa çalışırlar ki, guya görüşü Azərbaycan tərəf istəməyib. 

London siyasi sammitində Paşinyanın yalanını kim təkzib etməlidir? 

"Ancaq çox güman ki, ortada vasitəçi, şahid olmadığına görə Ermənistan tərəf belə asanlıqla yalan danışmağa cəhd edir" 

 "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə  şərhində  "Əgər ortada vasitəçilər olubsa və söhbət kiminsə şahidliyi ilə aparılıbsa onlar da bu yalanı təkzib etməlidirlər. Ancaq çox güman ki, ortada vasitəçi, şahid olmadığına görə Ermənistan tərəf belə asanlıqla yalan danışmağa cəhd edir. Yəni bunu, çox güman ki, heç kim təkzib edə bilməyəcək. Ona görə, fikrimcə, belə rahatlıqla yalan danışmağın kökündə duran da budur ki, şahid yoxdur. Çox güman ki, bu belədir. Olsaydı, yəqin ki, indiyə qədər təkzib edərdilər. Bu səbəbdən yeganə çıxış yolu ya indi, ya da yaxın müddətdə görüş təşkil etməkdir"-deyə bildirdi.   

A.Səmədovun sözlərinə görə, Ermənistan rəsmiləri yalan danışmağı artıq öz həyat tərzlərinə çeviriblər. "Ermənistanın rəsmi şəxslərinin yalan danışması birinci dəfə deyil. Onlar dəfələrlə bu cür davranış sərgiləyiblər. Yəqin bundan sonra da eyni xətti davam etdirəcəklər. Azərbaycan tərəfinin görüş təklifini əvvəlcə rədd edirlər, sonra da günahı qarşı tərəfin üstünə yıxmağa çalışırlar və iddia edirlər ki, görüşdən Azərbaycan nümayəndələri imtina edib. Bununla da sülh sazişinin imzalanmasının ləngidilməsinin əsas günahkarı olduqlarını ört-basdır etməyə cəhd göstərirlər. Ancaq prosesi izləyənlər yaxşı bilir ki, sülh sazişinin bu qədər ləngiməsinin əsas günahkarı Ermənistan tərəfidir. Onu artıq gizlətmək mümkünsüzdür. Azərbaycanın haqlı tələblərinə daim qeyri-ciddi arqumentlərlə qarşılıq verən tərəf də Ermənistandır. Sonuncu dəfə xarici işlər nazirlərinin Almatıda keçirilən görüşü ərəfəsində üç tələbi ortaya atıb danışıqları pozmağa çalışan da Ermənistandır. Iki xarici işlər naziri nəhayət neytral bir ölkədə görüşürlər və görüş başlayan kimi, Ermənistan xarici işlər naziri öz tələblərini ortaya qoyub. Bu, demək olar ki, danışıqları mənasız vəziyyətə gətirib çıxarır. Əgər sən öz tələblərindən imtina etməyəcəksənsə, onda danışıqlar aparmağa nə ehtiyac var? Üstəlik, bu tələblər açıq-aşkar sülh sazişinin imzalanmasını pozmağa yönəlibsə. Söhbət üç məşhur Qranada prinsipindən gedir. O prinsipdən ki, Ermənistan təklif etdi, Avropa Birliyi, Fransa və Almaniya dəstək verdi. Ermənistan sülh sazişi layihəsində mütləq əraziləri rəqəmlə göstərməyi tələb edir, delimitasiya və demarkasiya prosesi bitmədən. Hansı xəritərdən istifadə etmək tələbini ortaya qoyur və kommunikasiyaların açılmasını da bərabərlik və qarşılıqlılıq prinsipi əsasında reallaşdırmağı istəyir ki, bu da mümkünsüzdür. Azərbaycan dəfələrlə izah edib ki, Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn kommunikasiya ilə Ermənistandan Çinə gedən kommunikasiyanın statusu eyni ola bilməz, burada bərabərlik və qarşılıqlılıq gözlənilə bilməz. Üstəlik, Ermənistan 10 niyabr 2020-ci il bəyanatına qol çəkib və Naxçıvandan Azərbaycanın əsas hissəsinə açılacaq dəhlizin fərqli statusu qeyd olunub. Tələb olunub ki, həmin yoldan maneəsiz hərəkət təmin olunsun. Digər məsələlər də var ki, Ermənistan, imza atmasına baxmayaraq, onlardan da imtina edib. Nəhayət, konstitusiyanın dəyişdirilməsi məsələsi. Ermənistan konstitusiyanı dəyişdirmədən sülh sazişinin imzalanmasını təklif edir. Yəni sülh sazişi imzalanır, orda Qarabağ Azərbaycan ərazisidir, Ermənistan konstitusiyasına, onun preambulasına  görə Qarabağ Ermənistan ərazisidir. Bu vəziyyətdə, təbiidir ki, Ermənistanın Konstitusiya Məhkəməsi rəy verərkən imzalanmış müqavilənin konstitusiyaya zidd olduğunu göstərməli və o sülh sazişi parlamnetdə təsdiq olunmamalıdır. Bütün bunları nəzərə alan Azərbaycan hakimiyyəti konstitusiyanı dəyişdirməyi, preambuladan həmin hissənin çıxarılmasını təklif edir. Ermənistan da iddia edir ki, indiki halda referendum keçirilsə, erməni xalqı bu müddəanı qəbul etməyəcək. Halbuki, Ermənistan konstitusiyasına görə, referemdumla dəyişdiriləcək maddələrin siyahısı dəqiq göstərilib. Orda preambula yoxdur. Yəni preambulanı parlament özü 3-də 2 səs çoxluğu ilə dəyişdirə bilər və Ermənistandakı hakim partiya parlamentdə 3-də 2 səs çoxluğuna malikdir. Yəni parlamentdə 71 nümayəndəsi var. Bu səbəbdən konstitutsiyadan həmin preambulanın çıxarılması da heç bir problem deyil. Ancaq Ermənistan bunu etmək istəmir"-deyə A.Səmədov bildirdi.

A.Səmədovun sözlərinə görə, bu da sülh sazişini düyünə salır və digər tərəfdən də görüşlərdən qaçır, əvvəlcə görüşlərdən imtina edir, sonra qarşı tərəfin görüşdən imtina etdiyini bəyan edir. "Ancaq anlamır ki, bu cür bəyanatlar verməklə uzağa getmək mümkün deyil. Birincisi, Avropa Siyası Birliyinin sammitini təşkil edən təşkilatçılar dəqiq bilirlər ki, görüşdən kim imtina edib. İkincisi, əgər imtina etməyibsə görüş təşkil etmək problem deyil, bu təşəbbüslə də çıxış etmək tamamilə mümkündür. Əgər imtina etməyibsənsə görüş, müzakirə edin. Hətta tədbirdən sonra da, yəqin ki, bir az Londonda ləngiyib görüş keçirmək mümkündür. Ümumiyyətlə, çox təəssüf ki, siyasətdə yalançılığı özünə oeşə etmiş şəxslər bu gün də kifayət qədər geniş yayılıb. Onlar qırmızı yalanlar danışmaqdan utanmırlar, daim yalanlar söyləyirlər, həqiqəti təhrif edirlər və nə utanırlar, nə də xəcalət çəkirlər. Günümüzün reallığı budur. Çox təəssüf ki, biz belə bir şəraitdə yaşamaq məcburiyyətindəyik. Ancaq yalanın ömrü uzun deyil. Ona görə hesab edirəm ki, yalan danışanların bu davranışını ifşa etmək və Azərbaycanla Ermənistan arasında görüşü qısa müddətdə təşkil etmək lazımdır ki, heç kim əlavə bəhanələr gətirə bilməsin"-deyə A.Səmədov vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 11:28
Ermənistanda Samvel Karapetyan və qardaşı oğlunun evində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ