çərşənbə günü, 04 noyabr 2026
     

Qərb Ukraynanı ərazi güzəştlərinə çağırır - Kiyev yarı yolda buraxıla bilər

Image


Dünya nizamında mühüm dəyişikliyə səbəb olan Rusiya-Ukrayna müharibəsinin hələ də yaxın tezlikdə sona çatması gözlənilmir. Hətta indiki halda NATO Ukraynada müharibənin daha 3-4 il davam edəcəyini proqnozlaşdırır, çünki Rusiya müharibə iqtisadiyyatında yaşamağa hazırdır.

Vaşinqtonda keçirilən NATO sammiti zamanı qurumun yüksək rütbəli rəsmisi deyib ki, Rusiya ən azı 3-4 il müharibə iqtisadiyyatında həyatı davam etdirə biləcək, ona görə də Ukraynanın müttəfiqləri uzunmüddətli perspektivdə Kiyevi nə ilə təmin etməli olacaqlarına diqqət yetirməlidirlər. Anonimlik şərti ilə danışan mənbə deyib: "Biz 2025-ci ildən sonra da Ukraynanı dəstəkləməyə hazır olmalıyıq. Biz hamımız çox yaxşı başa düşürük ki, bu, tezliklə bitəcək münaqişə deyil. Bu, illərlə diqqət mərkəzində olan səylər tələb edəcək". Rusiyanın hökumətin iqtisadiyyatı müharibə vəziyyətinə gətirmək qərarını qəbul etmək qabiliyyətini qiymətləndirən NATO rəsmisi qeyd edib ki, uzunmüddətli nəticələr Rusiya iqtisadiyyatı üçün nəzərəçarpacaq və əhəmiyyətli olacaq. Ancaq hələlik Rusiya cəmiyyəti ona təklif olunan həyat tərzinə hazırdır. NATO-nun yüksək rütbəli rəsmisi qurumun Ukraynanı dəstəkləmək niyyətini də şərh edib. Xüsusilə, Almaniyanın Visbaden şəhərində komanda qərargahının yaradılmasını yüksək qiymətləndiib. Onun sözlərinə görə, bu, müdafiə və sənaye öhdəlikləri ilə yanaşı, Ukraynaya sabit dəstək mənbəyini təmin edir: "Bu, Ukraynanın ehtiyac duyduğu şeyi almasına və müəyyən məsuliyyət daşımasına əmin olmaq üçün bir koordinasiya mexanizmidir, çünki hamımız bilirik ki, vədlərin uzun bir siyahısı var və əslində döyüş meydanında görünənlər çox vaxt fərqlidir". Amma maraqlıdır ki, məhz belə bir vaxtda ABŞ-ın və Britaniyanın Moskvadakı iki keçmiş səfiri Ukraynada onun 1991-ci il sərhədlərinə qayıdılmadan dərhal sülh təklif edib. "The Financial Times" qəzetində dərc olunmuş məktubda deyilir ki, ərazi güzəştləri Ukraynanın müstəqilliyi üçün "kiçik bədəl" olardı. Müraciətə Şərqi Avropa üzrə bir neçə ekspert də imza atıb. Məktub müəllifləri hesab edirlər ki, vəziyyətin ciddi eskalasiyası olmadan Rusiyanı Donbas və Krımdan çıxarmaq mümkün olmayacaq. Məktubda deyilir ki, əgər sülh hazırda Ukraynada yaranmış qüvvələr nisbəti əsasında qaçılmazdırsa, buna məhz indi nail olmamaq mənəviyyatsızlıq olardı: "Qərbin sülhün danışıqlar yolu ilə həllinə razılaşmaması belə bir inama əsaslanır ki, Ukraynanın tam qələbəsini təmin etmək mümkün olmasa, bu, Putinə sudan quru çıxmaq imkanı verəcək. Amma bu zaman müharibənin ən mühüm nəticəsi nəzərə alınmır: Ukrayna da, Finlandiya 1939-40-cı illərdə etdiyi kimi, öz müstəqilliyi uğrunda mübarizə aparıb və onu əldə edib. Bəzi ərazi güzəştləri reallıq üçün çox da baha olmayan qiymət kimi görünür, nəinki müstəqilliyin görüntüsü".

Müəlliflər hesab edirlər ki, Vaşinqton Moskva ilə Rusiya və Ukraynanın maraqlarını nəzərə alan təhlükəsizlik müqaviləsi üçün danışıqlar aparmalıdır. Təklifə görə, danışıqlar Ukraynada atəşin müvəqqəti dayandırılması elan edildikdən sonra başlanmalıdır. Məktubu Birləşmiş Ştatların 1987-1991-ci illərdə Ronald Reyqan və ata Buş tərəfindən SSRİ-yə təyin edilmiş keçmiş səfiri Cek Metlok, Böyük Britaniyanın 2004-2008-ci illərdə Rusiyadakı səfiri Entoni Brenton, Lordlar Palatasının üzvü, sosioloq Robert Skidelski, britaniyalı jurnalist və politoloqlar - Anatol Liven, Riçard Sakva, Tomas Fazi, Britaniyanın iki keçmiş diplomatı - Kristofer Qrinvil və İen Praud imzalayıb. Elə Rusiya prezidenti Vladimir Putin də bu yaxınlarda demişdi ki, Moskva indi sülh üçün təkcə Krım, Donetsk və Luqansk vilayətlərini deyil, Zaporojye və Xerson vilayətlərini də tələb edir: "Ukrayna qoşunları Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmalıdır. Kiyevdə belə bir qərara hazır olduqlarını, qoşunlarını bu bölgələrdən real şəkildə çıxarmağa başladıqlarını, həmçinin NATO-ya qoşulmaqdan imtina etdiklərini rəsmi bildirdikləri anda dərhal atəşin dayandırılması və danışıqlara başlamaq əmri veriləcək". Putin, sülh müqaviləsinin şərtləri kimi, Krım da əlavə olunmaqla həmin dörd bölgəni Rusiyanın ilhaq etməsinin beynəlxalq səviyyədə tanınmasını, Ukraynanın neytral və nüvəsiz status almasını irəli sürüb. Sülh yolu ilə həll prosesində Qərb ölkələri, Rusiya prezidentinin fikrincə, Moskvaya qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etməlidir. Onun sözlərinə görə, bu, münaqişənin dondurulması deyil, onun yekunlaşması ilə bağlı təkliflərdir. Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya dövlət başçısı Vladimir Putinin açıqladığı şərtləri rədd edib. Podolyak deyib ki, Putinin səsləndirdiyi müddəalarda həqiqi dinc təkliflər, müharibəni bitirmək istəyi yoxdur: "Ancaq müharibənin bədəlini ödəməmək və yeni formatlarda davam etdirmək istəyi var". Moskva hazırda Zaporojye və Xerson şəhərlərinə nəzarət etmir. Ukrayna onu da  dəfələrlə bəyan edib ki, Rusiya qoşunları onun 1991-ci il sərhədlərindən tamamilə çıxarılmalıdır. Hazırda görünən odur ki, Qərbdə Rusiya-Ukrayna savaşından yorğunluq var. Düzdür, NATO-ya üzv ölkələrin liderləri Vaşinqtonda keçirilən sammitdə 2025-ci ildə Ukraynaya 40 milyard avroluq hərbi yardım göstərmək barədə razılığa gəliblər. Amma belə yardımlar hissə-hissə verilir və daha çox Qərb şirkətlərinin varlanmasına xidmət edir. Bu səbəbdən Ukrayna üçün istənilən effekti vermir. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ