Cümə axşamı günü, 05 noyabr 2026
     

Təhlükəsizlik ehtiyacı Ermənistanı Azərbaycan və Türkiyənin qapılarına salıb...

Image


Bu gün Ermənistan üçün müstəsna önəm kəsb edən məsələlərdən biri də Türkiyə ilə normal münasibətlərin qurulmasıdır. Bunun həm siyasi, həm də olduqca mühüm iqtisadi səbəbi var. Həmin səbəblər haqqında danışmazdan öncə qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tiflisdə gürcü həmkarı İlya Darçiaşvili ilə birgə keçirdiyi brifinqdə yenidən Türkiyə ilə sərhəd məsələsinə toxunub. 

O qeyd edib ki, Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və dövlət sərhədinin açılmasına hazırdır. Onun sözlərinə görə, ölkələr artıq sağlam dialoq qurublar: "İrəvanla Ankara arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin vaxtı çatıb". Mirzoyan bildirib ki, Ermənistan qonşuları ilə münasibətlərin tənzimlənməsində maraqlıdır və bu istiqamətdə praktiki addımlar atır. Bu kontekstdə o, Bakı ilə sülh sazişinin imzalanması ilə bağlı İrəvanın mövqeyini təqdim edib. Mirzoyan qeyd edib ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişini imzalamağı real hesab edir. Ekspertlər   hesab edir ki, Ermənistanın bu tələskənliyi təsadüfi deyil. Əvvəla, Ermənistan Qərb və Rusiyanın yeni poliqonuna çevrilə bilər. bundan xilas olmağın yeganə yolu isə məhz Azərbaycanla, Türkiyə ilə normal münasibətlərin qurulmasıdır. Hazırda Ermənistan yaxşı bilir ki, Azərbaycanla münasibətlərin normallaşması müəyyən vaxt aparacaq, amma Türkiyə ilə bu proses daha tez reallaşa bilər. Bu fonda qeyd edək ki, iyunun 18-də Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan telefon danışığında münasibətlərin normallaşmasını da müzakirə ediblər. Paşinyan   bu xüsusda bildirib: "Ermənistan və Türkiyə arasında münasibətlərin heç bir ilkin şərt olmadan tam nizamlanması ilə bağlı siyasi iradələrin olduğunu vurğuladıq". Liderlər, həmçinin, öz ölkələrinin xüsusi nümayəndələri səviyyəsində təmasları davam etdirmək barədə razılığa gəliblər, lakin o vaxtdan bəri heç bir görüş olmayıb. Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin edib. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, yüklərin birbaşa hava daşımalarının həyata keçirilməsi və bu istiqamətdə zəruri proseslərin başlanması barədə razılıq əldə olunub. Lakin məsələ hələ də həllini tapmayıb.

2023-cü ilin yanvarında Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib. Eyni zamanda, həmin ilin yayında Ermənistanın İqtisadiyyat Nazirliyi bəyan edib ki, Türkiyə mallarının 99,9%-i Gürcüstandan keçməklə respublikaya quru, cəmi 0,01%-i isə hava yolu ilə çatdırılır. Asiya İnkişaf Bankının fikrincə, Ermənistan-Türkiyə sərhədinin açılması Ermənistanın xarici ticarət kəsirinin 30-50% azalmasına səbəb olacaq. 2023-cü ilin sonunda bu, 3,9 milyard dollara bərabər olub. Ermənistan hakimiyyəti iddia edir ki, Türkiyə ilə münasibətləri Azərbaycanla münasibətdən asılı olmayaraq qururlar. Ankara isə dəfələrlə vurğulayıb ki, yaxınlaşmağa hazırdır, lakin bunu yalnız İrəvan Bakı ilə bütün məsələləri həll etdikdən sonra edəcək. Bunun fonunda Mirzoyan vurğulayıb ki, İrəvan bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalaya bilər. Amma  Azərbaycan prezidenti İlham Əliyev Kanadanın səfiri Kevin Hamiltonu qəbul edərkən bildirib ki, Ermənistanla sülh sazişinin bağlanmasının əsas şərti Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Ermənistanın əsas qanununun preambulasında Ermənistan və Qarabağın birləşməsini tələb edən Müstəqillik Bəyannaməsinə istinad edilir. Bu fonda İlham Əliyev qeyd edib: "Biz danışıqlar prosesində kifayət qədər sürətlə irəliləyirik. Düşünürəm ki, bir neçə ay ərzində biz sülh sazişinin mətnini, ən azı onun əsas prinsiplərini yekunlaşdıra biləcəyik. Biz əsas prinsiplər üzərində razılaşa və onları ilkinləşdirə biləcəyik. Əsas mətn üzərində iş də davam edəcək, ancaq Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra". Erməni ekspert Conni Melikyan məsələ ilə bağlı qeyd edir: "İndiki mərhələdə Ermənistanla Türkiyə arasında belə bir münasibət yoxdur. İki ölkənin xüsusi nümayəndələri səviyyəsində dialoq formatı var. Onun çərçivəsində iki ölkə sərhədində yerləşən Ani körpüsünün yenidən qurulması, sərhədin üçüncü ölkə vətəndaşlarına açılması və diplomatik pasportlara malik vətəndaşların sərbəst gediş-gəlişi ilə bağlı razılaşmalar əldə etmək mümkün olub. Amma Türkiyə Ermənistanın gündəmini Azərbaycandan ayıra bilmir, ona görə də növbəti addımı atmır". Öz növbəsində, politoloq İlqar Vəlizadə Bakı ilə Ankara arasında İrəvanla bağlı bütün məsələlərin qarşılıqlı razılaşma əsasında həll edilməli olduğu barədə razılaşmanın olduğunu qeyd edib. Xüsusən də Ermənistanla Türkiyə arasında yolların açılması Ermənistanla Azərbaycan arasında oxşar proses fonunda baş verməlidir: "Ermənistan Konstitusiyasına gəlincə, o, hazırkı formada sülh müqaviləsinə yenidən baxılması üçün əsas ola bilər. Bu hüquqi boşluq aradan qaldırılmalıdır. Bunun üçün əsas qanunun preambulasından Müstəqillik Bəyannaməsinə istinadı silmək kifayətdir". Ermənistan Azərbaycanla normal dialoq qurmadan Türkiyə ilə əlaqələr qurmaqla öz təhlükəsizliyini möhkəmləndirməyə çalışır. Bununla belə, Ankara və Bakı İrəvanla bağlı ortaq siyasət yürüdürlər. Ermənistan bunu nəzərə almalıdır. Həm də qəbul etməlidir ki, Bakı və Ankaranın əsas istəklərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ