Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakı türməsində saxlanan Vardanyan üçün ermənilərin saxta göz yaşları davam edir...

Image


Akif Nağı: "Ermənilər müxtəlif səviyyələrdə Vardanyanlarla bağlı manipulyasiyaları davam etdirirlər"

Ermənistan mətbuatı vaxtilə Qarabağdakı separatçılara yaxından dəstək verən, onları bəsləyən, sonra isə qanunsuz olaraq Azərbaycana gəlib artıq tarixdən silinmiş "rejim"in "dövlət naziri" olan və hazırda Bakıda həbsxana həyatı yaşayan quldur Ruben Vardanyanı "günahsız" donunda təqdim etməkdən bezib usanmır. 

Quldurun, separatçının, revanşistin "qəhrəman" kimi qələmə verildiyi erməni mediasından bundan artığını gözləmək də absurddur. Hər gün quldur Vardanyan barədə yeni bir hekayə uydururlar. İndi də özlərindən icad ediblər ki, guya Bakı türməsində Vardanyana işgənclər verilir və sair.

ABŞ-ın Atlantik Şurasında keçirilən müzakirələr zamanı Azərbaycanı təmsil edən Esmira Cəfərovanın Azərbaycanda həbsdə olan separatçı R.Vardanyan haqqında verdiyi gerçək məlumat erməniləri yaman qıcıqlandırıb. Esmira Cəfərovanın "Beynəlxalq Qırmızı Xaç Komitəsi Ruben Vardanyana baş çəkərək, Vardanyanın saxlanma şəraitinin beynəlxalq standartlara cavab verdiyi qənaətinə gəlib" fikri bunları qıcıqlandırıb. 

İddia edirlər ki, guya siyasətə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi məhbusun məzmununun beynəlxalq standartlara uyğun olub-olmamasına qərar vermir. 

Erməni mediası yazır ki,  Rubenin hüquq qrupu bu yaxınlarda BMT-nin İşgəncələr üzrə Xüsusi Məruzəçisinə təcili müraciət ünvanlayıb. Guya Bakıda Vardanyanın "işgəncələrə məruz qalması"  və saxlanma şəraiti haqqında ətraflı məlumat verilib. Guya burada bir çox beynəlxalq standartlar "pozulub" (?).

Ermənilər heç vaxt gerçəyi, obyektivliyi dilə gətirmək istəmirlər. Bütün dünya bilir ki, R.Vardanyana heç bir işgəncə verilməyib və onun saxlanma şəraiti normaldır. Amma bunlar özlərindən yeni uydurmalar icad edirlər.

"Pul verib müəyyən təşkilatları, müəyyən adamları danışdırır, yalan açıqlamalar, bəyanatlar verdirirlər"

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində "Ermənilər müxtəlif səviyyələrdə Vardanyanlarla bağlı manipulyasiyaları davam etdirirlər. Bilirsiz ki, Vardanyan imkanlı adamdır, burada onun pulları rol oynayır. Ailəsi və adamları onun pulundan müxtəlif istiqamətlər üzrə istifadə edirlər. Pul verib müəyyən təşkilatları, müəyyən adamları danışdırır, yalan açıqlamalar, bəyanatlar verdirirlər. Lemkin adına bir institutut var, o təşkilat da kimlərinsə xidmətindədir və o da Vardanyanla bağlı məsələ qaldırır. Yəni bu prosesləri Vardanyanın və onun ailəsinin pulu hesabına aparırlar. Burada bir sual ortaya çıxır: bu müdafiəçilər niyə digər saxlanılan ermənilərlə, onların saxlanma şəraiti ilə bağlı məsələ qaldırmırlar? Bunlar hamısı Azərbaycana qarşı cinayət törədiblər. O biriləri Vardanyandan da artıq cinayətlər törədiblər. İddia edirlər ki, guya Vardanyana işgəncələr verilir, onun saxlanılma şəraiti ağırdır, amma o birilərindən heç danışmırlar. Yəni burada gerçəklik odur ki, bir yandan yenə də Vardanyanın pul kisəsi işə düşüb, digər tərəfindən də, onlardan birinin ətrafında şou yaratmağa, ona xüsusi rəng verməyə çalışırlar"-deyə bildirdi.

A.Nağı   qeyd etdi ki, ermənilərin dedikləri, yazdıqları tamamilə yalandır. O vurğuladı ki, Azərbaycan tərəfin nümayəndəsi Cəfərova nüfuzlu bir forumda faktlara, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəyinə əsaslanaraq mövqe ortaya qoyubsa, ermənilər bununla hesablaşmalıdır. "Cəfərova öz şəxsi fikrini və Azərbaycan hökumətinin mövqeyini demir, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəyini açıqlayıb ki, bu təşkilat baxıb və Vardanyanın saxlanma şəraitinin normal olduğunu qeyd ediblər. 

Həm Ramil Səfərovla, həm Mübariz İbrahimovun nəşinin qartarılması ilə, həm də digər məsələlərlə  bağlı bizim də Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə zaman-zaman təmaslarımız olub. Bu təşkilatın Azərbaycan nümayəndəliyi var və biz həmişə onları ittiham edirdik ki, sanki siz azərbaycanlı deyilsiz. Düzdür, onların rəhbəri həmişə xarici nümayəndə olub, amma işçilərinin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır, azərbaycanlılardır. Onlar da deyirdilər ki, biz o təşkilatın nümayəndələrik, onların da qaydalarına, prinsiplərinə əməl etməliyik. Ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinə qarşı da ittihamlar səsləndirir, onların rəyini nəzərə almamırlar, guya komitəyə onun missiyası, statusu ilə bağlı da dərs keçməyə cəhd edirlər. Guya Vardanyanın saxlanma şəraiti ilə bağlı rəy vermək komitənin işinə aid deyil. Yəni bunlar tamamilə başlarını itiriblər, əllərində heç bir fakt, sübut yoxdur, özlərindən yalanlar uydururlar. Siz hardan bilirsiz ki, orda Vardanyana işgəncə verilir? Vardanyana işgəncə verilsəydi ən azından ona ailəsi ilə telefon danışıqlarına icazə verilməzdi. Telefon danışıqlarında Vardanyanın "məni incidirlər" deməsi haqda da bir fakt yoxdur. Ermənilərin xisləti elədir ki, onlar hər zaman yalan danışa bilər. İstənilən adam yalan danışa bilər. Amma beynəlxalq arbitr Qırmızı  Xaç Komitəsi bu sözü deyirsə, hər kəs ona diqqətlə yanaşmalı və inanmalıdır. Məsələnin mahiyyəti bundan ibarətdir ki, onlar iki istiqamətdə yorulmadan çalışırlar. Biz də yorulmadan onların yalanlarını ifşa etməliyik. Azərbaycan hökuməti də səbrlə onların yalanlarını bütün müstəvilərdə, bütün mərhələlərdə ifşa etməlidir, yalançının sözü qurtarana qədər bu istiqamətdə iş görməlidir. Necə deyərlər, yalançını mənzilinə qədər qovmaq lazımdır". 

A.Nağı qeyd etdi ki, ermənilər obyektiv mövqeyi olan təşkilatlara da tənqidi yanaşırlar. Məsələnin digər tərəfinə gəlincə, A.Nağı vurğuladı ki, Vardanyan və o biriləri Qarabağda oturub Azərbaycan dövlətinə meydan oxuyurdular. "O zaman gəldi ki, indi onlar saxlanma şəraitlərindən danışırlar. Görün, bunlar hansı iddia və hikkələrlə ortada idilər, indi hardadırlar, hansı mövqe ilə çıxış edirlər. İndi o iddia ilə çıxış edirlər ki, saxlanma şəraitləri yaxışlaşdırılsın, guya xəstəlikləri nəzərə alınıb azadlığa buraxılsınlar. Bu onlara dərs olmalıdır ki, siz reallıqdan uzaq çıxışlar edirdiz indi görün hara gəlib düşmüsüz. Hələ də başa düşməsəniz ki, sizin bu dedikləriniz, hərəkətləriniz cəfəngiyatdır, onda daha ağır vəziyyətə düşəcəksiniz. Oturub fikirləşməlidirlər ki, nə uğrunda "mübarizə" aparırdılar, indi hansı tələblər qoyurlar. Bunu düşünməlidirlər ki, Azərbaycan hökuməti ilə bu şəkildə, yalan, böhtan dilində danışmaqla Vardanyanı xilas etmək olmaz. Vardanyan hadisəsi bu cəhətdən həm də ermənilər üçün dərs götürməli bir məsələ olmalıdır. Bu Vardanyanla bağlı məsələdə bir gün ya yorulacaqlar, ya pulları qalmayacaq, ya da arqumentləri qurtaracaq, susacaqlar"-deyə A.Nağı əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ