Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan yenidən Rusiyanın orbitinə qayıtdı...

Image


Bəzi Qərb ölkələrində, xüsusən də ABŞ və Fransada seçkiər prosesi Ermənistanın Qərbə olan ümidlərini alt-üst edib. Bundan başqa, Rusiyanın konkret hədələr səsləndirməsi də İrəvanın geosiyasi seçiminə ciddi təsir edir. Elə bunlar fonunda Nikol Paşinyan iqtidarının yenidən sürətlə Rusiya orbitinə qayıtdığı müşahidə olunur.

Baş verənlər fonunda Ermənistanın "Qraparak" nəşri yazır: "Geosiyasi proseslər, xüsusən də ABŞ və Fransanın hakim rejimlərinin mümkün dəyişməsi, bununla yanaşı, Ukraynada mümkün fiasko və Rusiyanın mövqelərinin bərpası bir vaxtlar rusofob olan Nikol Paşinyanı növbəti dəfə Vladimir Putinin qucağına sıxışdırıb. Hazırda Paşinyan üçün Rusiyaya üz tutmağın zamanı yetişib. Ola bilsin, Paşinyan hesablayıb ki, Rusiya Ukrayna cəbhəsində qalib gələndən sonra bölgəyə qayıdacaq və buradakı problemləri həll edəcək. Onu himayə edən fövqəldövlətlərin liderləri hakimiyyətlə vidalaşdıqları üçün Qərbdən Rusiyaya üz tutmağın doğru zamanıdır. Paşinyanın artıq Avropa İttifaqına üzvlük məsələsinin referenduma çıxarılmayacağını bəyan etməklə çoxlarına barmağını göstərməsi də bu səbəbdən idi. Və o, vəzifəsinin müddətinin bitməsinə bir neçə ay qalmış Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı Ukrayna silahlı qüvvələri tərəfindən raket hücumu nəticəsində yaşayış binalarından birinin dağıdıldığı Rusiyanın Belqorod şəhərinə göndərməyə tələsdi. Baxmayaraq ki, hadisə mayın 12-də baş verib. Mənbələrimiz qorxur ki, yaxın gələcəkdə erməni xalqı müxtəlif çaplı erməni məmurlarının yeni "rus çəkmələrini yalamaları" epizodlarının şahidi olacaq". Erməni ekspert Suren Parsyan isə qeyd edir ki, Rusiyanın iqtisadi müstəvidə hədələri də İrəvanı Moskva əleyhinə siyasətdən geri çəkilməyə vadar edib: "İndi iki ölkənin müxtəlif rəsmiləri tərəfindən hansı qarşılıqlı ittihamlar səsləndirilməsindən asılı olmayaraq, Ermənistanla Rusiya arasında iqtisadi əlaqələr dərinləşir. Bu ilin ilk 4 ayında Ermənistanın xarici ticarətinin 60 faizi Rusiya ilə olub – 2023-cü ildə bu rəqəm cəmi 35-40 faiz təşkil edib. Məsələn, Qərbin sanksiyaları fonunda Ermənistan Rusiyaya müxtəlif avadanlıq və mexanizmlərin alınması və onların Rusiya Federasiyasına çatdırılması probleminin həllində kömək edir. Bunun da sayəsində Ermənistandan avadanlıqların reeksportu ilə məşğul olan şirkət bu ilin birinci rübündə 1000 iri vergi ödəyicisi siyahısına başçılıq edib. Bundan əlavə, son 5 ay ərzində Rusiya Ermənistan vasitəsilə təxminən 4,5 milyard dollar dəyərində qızıl sata bilib". Parsyan Ermənistanın hazırda açıq-aşkar rusiyayönlü siyasət yürütməməsini normal hesab edir, əks halda Qərbin respublikaya qarşı sanksiyaları gələrdi: "Nəticədə biz Rusiya ilə ixrac, idxal və transfer imkanlarını itirərdik. Ermənistan hökuməti qərbyönümlü siyasət nümayiş etdirir, amma praktikada Rusiya ilə sıx maliyyə-iqtisadi əlaqələri var". Parsyan Ermənistan hakimiyyətinin qərbyönümlü bəyanatlarına cavab olaraq enerji daşıyıcılarının qiymətinin artması və ixracla bağlı problemlər barədə Rusiyadan xəbərdarlıqların səslənməsini təbii hesab edir: "Unutmayaq ki, Ermənistan enerji resurslarının 80%-ni Rusiyadan idxal edir. Ermənistanın şimalında fəlakət baş verəndə Rusiyanın Cənubi Qafqaz Dəmir Yolu çox qısa müddətdə, təxminən iki həftə ərzində dəmir yolunun fəaliyyətini bərpa etdi – halbuki bu, 2-3 ay çəkməliydi. Ermənistana enerji resurslarının idxalı eyni sürətlə davam etdi, Cənubi Qafqaz Dəmir Yolu bunu gecikdirə bilərdi, amma etmədi. Eyni şey müxtəlif səbəblərdən vaxtaşırı bağlanan Yuxarı Lars keçid məntəqəsinə də aiddir".

Maraqlıdır ki, son günlərdə Rusiyanın da ritorikasında dəyişikliklər qeydə alınır. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirir ki, Ermənistan Kremlin müttəfiqidir: "Bizim mövqeyimiz budur ki, Ermənistan Rusiyanın müttəfiqidir. Bizim çox mühüm iqtisadi əlaqələrimiz var. Ermənistanla ticarət dövriyyəsi 7,3 milyard dollar təşkil edir. Üstəlik, statistikaya nəzər salsanız, yanvar-aprel aylarında ötən illə müqayisədə ticarət dövriyyəsi iki dəfə artıb. Sürət çox yaxşıdır, iqtisadi əlaqələr çox yaxşı inkişaf edir". Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqı formatında çox fəaldır: "Bu il Ermənistan Avrasiya İqtisadi İttifaqına sədrlik edir və onun töhfəsi çox konstruktivdir". Halbuki, cəmi bir həftə əvvəl Moskvada keçirilən forumda çıxışı zamanı Overçuk tamam fərqli fikirlər səsləndirirdi. O, həmin forumdakı çıxışı zamanı Ermənistan hakimiyyətinin qərbyönlü siyasi xəttinə göz yummağı düzgün hesab etmədiyini bildirirdi: "Ermənistanın eyni zamanda Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına üzvlüyü mümkün deyil. Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı bir-biri ilə uyuşmayan ittifaqlardır. Hər hansı bir ölkənin Rusiyaya yaxınlıqdan faydalanması həm də onun bizim təhlükəsizliyimiz və strateji dərinliyimiz üçün ödədiyi bədəldir. Odur ki, ortaya hər hansı qeyri-regional oyunçuların çıxmasının, əlbəttə ki, nəticələri olacaq".  Overçuk vurğulayıb ki, Moskva bu məsələdə kiməsə "hədiyyə" etmək niyyətində deyil. Ermənistan artıq bunlardan nəticə çıxarıb və Avropa İttifaqına yaxınlaşmaqdan imtina edir. Buna qədər isə Ermənistan hökuməti ölkənin Avropa İttifaqına üzvlüyü məsələsini yenidən gündəmə gətirmişdi. Ermənistanın hökumətyönlü hüquqşünaslarından Arman Yeqoyan demişdi ki, baş nazir Nikol Paşinyan və onun siyasi komandası Aİ-yə üzvlük məsələsini ciddi şəkildə nəzərdən keçirir. Yeqoyan parlamentdə Paşinyanı dəstəkləyən qərbyönlü qüvvələrin təşəbbüsü ilə keçirilən dinləməyə sədrlik edib. Onlar hökuməti yaxın üç ay ərzində Aİ üzvlüyünə dair referendumun keçirilməsinə çağırıblar. Amma indi Paşinyan referendumun olmayacağını bildirir və bununla Qərbə inteqrasiya istiqamətində vacib məsələlərin birindən imtina edir. Rusiyanın Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirir ki, Paşinyan Rusiya və Qərblə münasibətlərdə Mixail Saakaşvilinin səhvlərindən nəticə çıxarır. Onun fikrincə, Paşinyan Rusiyadan tamamilə üz döndərməzdən əvvəl Qərb tərəfdaşlarından təhlükəsizlik zəmanəti almaq istəyir. Amma hələ də buna nail ola bilməyib: "Ümumiyyətlə, Ermənistan Qərbi aldatmağa və Moskva ilə güclü qarşıdurmaya getməməyə hazırdır, o bu qarşıdurmanı alqı-satqıya çevirmək istəyir, lakin buna nail olmayacaq". Markov Ermənistanı xarici qüvvələrin Cənubi Qafqaza nüfuz etməsinə kömək edən və regionun çiçəklənməsinə təhlükə yaradan "Troya atı"na bənzədir. Digər ekspertlər də hesab edir ki, "alternativ təhlükəsizlik yastığı" olmadan Paşinyan yeni müttəfiqlərinin tələblərini yerinə yetirə bilməyəcək. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ