Cümə axşamı günü, 05 noyabr 2026
     

ŞƏT NATO ilə tarazlıq yaradan yeni beynəlxalq qurum kimi qəbul olunur...

Image


Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən iclası dünya miqyasında da xüsusi diqqət mərkəzində yer alır. Rusiya, Çin, Azərbaycan, Türkiyə dövlət başçılarının, BMT-nin baş katibinin, bir sıra ölkələrin prezidentlərinin  iştirak etdiyi sammitdə beynəlxalq gündəmin də ən aktual mövzuları müzakirə predmetidir. 

Əvvəlcə Rusiya, Çin və Mərkəzi Asiyanın keçmiş sovet respublikaları tərəfindən təhlükəsizliyinin təmin edilməsi və sərhəd problemlərinin həlli üçün yaradılmış ŞƏT beynəlxalq arenada nüfuzlu oyunçuya çevrilib. Qərb politoloqları qəbul edir ki, Qazaxıstanda baş verən tədbirə məhəl qoymamaq yersizdir. Xüsusən də o fonda ki, Rusiya ilə Çin təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir. Bundan başqa, Şanxay Əməkdaşlıq Təşkilatı dünyanın ən böyük iqtisadiyyatına malik iki dövlətdən birinin təmsil olunduğu təşkilatdır. Yəni Çin o təşkilatın əsas sponsor və təsisçilərindəndir. Təşkilatın Hindistan, Rusiya, Pakistan, İran kimi üzvləri var. Bu ölkələr həm əhalisinin sayına, həm iqtisadiyyatına, həm də bazara görə çox böyük əhəmiyyət kəsb edir. Amma dünyada baş verən hadisələr Şanxay Əməkdaşlıq Təşkilatının həm də Qərblə rəqabət funksiyası daşıdığını ortalığa çıxarır. Son zamanlar Rusiyanın Ukraynada, ondan əvvəl Gürcüstanda keçirdiyi hərbi əməliyyatlar zamanı Qərbin, ABŞ-ın, Avropa İttifaqının və onların müttəfiqlərinin Rusiya şirkətlərinə tətbiq etdiyi sanksiyalar Şanxay Əməkdaşlıq Təşkilatının Rusiya və Çin üçün əhəmiyyətini daha da artırdı. Bundan başqa, Qərb ölkələrinin öz müttəfiqlərinə qarşı təziqləri artırması müttəfiqlərin müəyyən mənada Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa meyillənməsinə təkan verdi. Məsələn, Qərbin güclü müttəfiqlərindən biri olan, Avropa İttifaqına inteqrasiyası əngəllənən Türkiyə də ŞƏT-ə doğru hərəkət edir. ŞƏT-in güclənməsi fonunda diqqət çəkən məsələlərdən biri NATO-da baş verənlərdir.  NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək böyük sammiti ərəfəsində qurum daxilində müəyyən problemlərin olması özünü göstərir. Məsələn, NATO sammitinin qarşısında duran ən mürəkkəb məsələlərdən biri də Ukraynanın alyansa üzvlük perspektivlərinin yekun bəyannamədə necə bir mətnlə ifadə edilməsidir. NATO indiyədək bildirirdi ki, Ukrayna Rusiya ilə müharibədə olduğu bir vaxtda onun alyansa birbaşa üzvlüyündən söhbət gedə bilməz. Brüsseldə belə bir təklif də dolaşırdı ki, alyans Nizamnaməsinin qarşılıqlı müdafiəni nəzərdə tutan 5-ci maddəsi Ukraynanın işğal edilməmiş ərazilərinə şamil olunsun. NATO rəsmilərindən biri anonim şəkildə mediaya deyib ki, yekun bəyannamədə Ukraynanın üzvlük perspektivinə dair mətn ehtimalən Vilnüs sammitindəkindən azacıq güclü ola bilər. Vilnüs bəyannaməsində NATO-nun 2008-ci il sammitinin yekun sənədinə istinad edilirdi. Bu sənəddə deyilirdi ki, "Ukrayna NATO üzvlü olacaq". Görünür, bu sammitdəki mətn də buna yaxın olacaq, yəni alyansa üzvlük üçün dəqiq vaxt öhdəliyi götürülməyəcək.

Bu sammitdə ABŞ-ın keçmiş prezidenti və hazırda prezidentliyə namizəd Donald Tramp faktorunu nəzərə almamaq mümkün olmayacaq. Əslində, NATO-nun Vaşinqton sammiti ABŞ prezident seçkisi kampaniyasının bir hissəsinə çevriləcək. Alyans rəsmiləri bildirirlər ki, Kiyevə sabit maliyyə dəstəyi, Ukrayna hərbçilərinin təlimləri kimi məsələlər artıq rəsmiləşdirilib və Tramp Ağ Evə qayıdarsa belə bunların dəyişməyəcəyini gözləmək olar. Lakin digər məsələ Trampın NATO üzvlərinin heç də hamısının öz maliyyə öhdəliklərinə əməl etməməsindən narazılığıdır. O, hətta bir dəfə bəyan etmişdi ki, ÜDM-nin 2 faizini hərbiyə xərcləməyən üzvlərə Rusiyanın hücumu təqdirində 5-ci maddə tətbiq olunmayacaq. Hazırda vəziyyət Trampın narazı olduğu vaxtlardakından bir qədər yaxşıdır. İndi 32 NATO üzvündən 23-ü bu öhdəliyi yerinə yetirir. Bundan əvvəl alyansın Rusiya ilə mümkün müharibəyə nə dərəcədə hazır olduğu narahatlıq yaradırdı. Lakin ötən il Vilnüsdə keçirilən sammitdə "NATO-nun hər qarış ərazisinin müdafiə olunacağına" dair öhdəlik götürülüb və bir sıra regional müdafiə planları işlənib. Vaşinqton sammitində bu plan və mexanizmlərin necə işləməsi məsələsi nəzərdən keçiriləcək. NATO indi döyüş hazırlığı vəziyyətində olan 500 minlik orduya malikdir. Bu, "soyuq müharibə" illərindən bu yana görünməmiş miqyasdır. İndi NATO-nun hazırlığı daha yüksək vəziyyətdədir, amma bəzi məsələlər həllini tapmalıdır. Bu, blokun şərq cinahında olan ölkələrin hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsidir. Bundan başqa, alyansın daha çox uzaqmənzilli raketlərə və ağır tanklara ehtiyacı var. Bu sammitdə NATO-nun "Asiya-Sakit okean hövzəsi" üzrə partnyorları Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya da iştirak edəcək. Bu isə o deməkdir ki, müttəfiqlər həmin region üzrə də bir çox razılaşmalar imzalamalı olacaqlar. Ekspertlər onu da qeyd edir ki, ABŞ prezidenti Co Bayden NATO-nun bundan əvvəlki sammitlərində fəal olmayıb, amma indi o, xüsusilə də Trampla debatlarda zəif nəticədən sonra fəallığını artırmalıdır. Lakin Bayden, necə deyərlər, öz siyasi varlığı uğrunda çarpışan yeganə Qərb lideri deyil. Fransa prezidenti Emmanuel Makron NATO sammitinə mərkəzçi alyansın parlament seçkisinin birinci turunda zəif nəticə göstərdiyi bir vaxtda gəlir. Mərkəzçi qüvvələr ikinci turda planlaşdırdıqları kimi Marin Le Penin populist və millətçi qüvvələrinin mütləq çoxluğuna mane ola bilməsələr, Makron mandatının bitdiyi 2027-ci ilədək istədiyi sərbəstliklə hərəkət edə bilməyəcək. Almaniyada kansler Olaf Şolts və koalisiyasının da gələn ilin seçkilərində uğur qazana bilməməsi mümkündür. Başqa sözlərlə, Berlin, Paris və Vaşinqton NATO-nun bu sammitində zəif liderlərlə təmsil olunurlar. Yalnız Britaniyada Keyr Starmerin leyboristləri seçkidən sonra daha böyük və hətta mütləq parlament çoxluğu ilə 2010-cu ildən bəri ilk dəfə hakimiyyətə qayıda bilərlər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ