Cümə axşamı günü, 05 noyabr 2026
     

Türkiyədə Boraltan qırğınının 176 azərbaycanlı qurbanının siyahısı Azərbaycana verilibmi?..

Image


Bəxtiyar Həsənov: "O siyahı Azərbaycana verilməyib"

Tariximizdə elə səhifələr var ki, ona varmaq, baş verənlərin səbəbini araşdırmaq, bitkin bir nəticəyə gəlmək tələb olunur. Bunlardan biri də Boraltan faciəsidir ki, bu haqda cəmiyyətimizin elə də geniş məlumatı yoxdur. Biz bu barədə daha çox Türkiyə mənbələrindən məlumat alırıq. Bu məsələ barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə çıxışlarında vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasının nəticələrinə görə keçirilən brifinqdə də Boraltan faciəsi barədə danışıb. Türkiyə prezidenti 176 azərbaycanlının güllələnməsini faciə adlandırıb, bu faciədə o vaxt hakimiyyətdə olan Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) təqsirkar olduğunu bildirib. "Xalqımız 76 il Boraltan faciəsinin acısını qəlbində daşıyıb. Artıq Qarabağda 30 illik erməni işğalına son qoyuldu, Türkiyə xalqı isə Boraltan faciəsinin ləkəsindən xilas oldu. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi güclü dəstək həm Azərbaycanın tarixi torpaqlarını erməni işğalından azad etməyə imkan verdi, həm də 1944-cü il Boraltan faciəsinin utancverici ləkəsini ölkəmizin vicdanından sildi. Həmin dövrdə Ankara bir qrup qardaş azərbaycanlını sovet hakimiyyətinə təhvil verdi və onlar dərhal güllələndi"-deyə Ərdoğan bildirib. 

Qeyd edək ki, Boraltan faciəsi tarixi mənbələrdə eyni zamanda "Boraltan körpüsü" faciəsi kimi də keçir. Onu da bildirək ki, bəzi mənbələrdə Boraltan faciəsi zamanı 146 nəfərin bolşeviklər tərəfindən güllələndiyi yazılır. 

Bəzi mənbələrə görə, 146 nəfər azərbaycanlının Türkiyəyə sığındığını eşidən Sovet hökuməti onların dərhal SSRİ-yə təhvil verilməsini tələb edir. "Türkiyəyə sığınan azərbaycanlılar isə onların yenidən ruslara qaytarılma ehtimalını belə, ağıllarına gətirmirdilər"-deyə bildirilir. 

Araşdırmalara görə, Sovetlər Türkiyə sığınmış azərbaycanlıların geri göndərilməsini tələb etdikdə azərbaycanlılar "Xahiş edirik, bizi o qəddar düşmənlərə təslim etməyin, bizi siz öldürün. Öz vətənimizdə, öz bayrağımızın altında öldürün"-deyiblər. Qeyd olunur ki, həmin dövrdə rəsmi Ankaradan verilən göstərişdən sonra hərbi hissənin komandiri 146 azərbaycanlını Sovet Rusiyasına təslim etmək məcburiyyətində qalır. Ruslara təslim olmaq məcburiyyətində qalan azərbaycanlılar elə türk əsgərlərinin gözləri qarşısında sərhədi keçən kimi güllələnirlər. Hərbi hissənin komandiri sərhədin o tayından bu tayında gördüklərinə dözə bilmir və evinə gəlib intihar edir.  

Bu da həmin o acı günlərdən bir bilgidir ki, hər zaman içimizi göynədir. 

Bildiyimiz kimi, Türkiyə prezidenti çıxışında  176 azərbaycanlının qətlə yetirildiyini deyib. Bu rəqəmin daha mötəbər olduğu səbəbindən biz də ona istinad edirik. 

Onu da bildirək ki, indiyə qədər bu faciə zamanı həyatını itirən azərbaycanlıların adları açıqlanmayıb. Boraltan faciəsində güllələnmiş 176 nəfər azərbaycanlının adı, soyadı Türkiyə arxivlərindən çıxarılıb Azərbaycana təhvil verilibmi? Onların şəxsiyyəti müəyyən edilibmi, kimliyi bilinirmi? 

Ekspertlər də hesab edir ki, Türkiyənin həmin o 176 nəfərin adlarını, onlar barədə məlumatları arxivlərdən çıxarıb Azərbaycana verməsi arzuediləndir. Cəmiyyət olaraq, xalq olaraq qardaş ölkənin odövrkü rəhbərliyi tərəfindən bolşeviklərə təhvil verilən və sonları güllələnmə olan 176 nəfər azərbaycanlının kimliyini bilmək haqqımızdır. 

Türkiyədə Boraltan qırğınının 176 azərbaycanlı qurbanının siyahısı Azərbaycana verilibmi?

"Bu bizim haqqımızdır ki, bu insanlar haqda olan sənədləri Türkiyə arxivlərindən  gətirək" 

Azərbaycan Milli Elmlər Akademiyasının  A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov "Bakı-Xəbər"ə bildirdi ki, Boraltan faciəsi zamanı həlak olan azərbaycanlıların siyahısı hələ Azərbaycana verilməyib. "O siyahı Azərbaycana verilməyib. Bir də ki, Azərbaycanda hər hansısa bir qurunmun o siyahını Türkiyə dövlətindən istədiyi haqda məlumatlı deyiləm. Təbii, bu bizim haqqımızdır ki, bu insanlar haqda olan sənədləri Türkiyə arxivlərindən  gətirək. Çünki orada güllələnən  insanlar bizlərin babaları, nənələrimiz, qardaşlarımız və bacılarımız olub. Bolşeviklərin törətdiyi bu cinayət bəşəri bir cinayətdir".

B.Həsənov qeyd etdi ki, 1945-ci il, yəni II Dünya müharibəsinin sona çatması ilə bir vaxtda baş verən bu hadisə Sovet İttifaqı kimi tanınan bir dövlətin insanlara qarşı törətdiyi cinayət və insanlığa sığmayan vəhşiliyi (əsasən Türk əhaliyə qarşı) açıqca göstərməkdədir. "Türkiyəyə sığinan 195 Azərbaycan türkündən yalnız 49-u Türiyədə qala bilmiş, 146-sı isə Bolşeviklər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir"-deyə B.Həsənov qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ