Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistandan “U” dönüşü: bu dəfə Qərb və Ukraynaya xəyanətin qurbanı olur...

Image


Ermənistan hakimiyyətinin Qərblə bağlı istəklərinin ülluziyadan başqa bir şey olmadığı getdikcə daha dəqiq şəkildə bəlli olur. Bunun əsas səbəblərindən biri Qərbin, xüsusən də Fransanın Ermənistana inteqrasiya məsələsində yalnız quru vədlər verməsi, əməldə isə heç bir addım atmaması səbəb olub. Bu fonda Ermənistan yenidən üzünü Qərbdən Rusiyaya çevirməkdədir. 

Artıq müşahidə edilməkdədir ki, Ermənistan hakimiyyəti Moskvaya qarşı ictimai ittihamlardan əl çəkərək, onunla əlaqələr qurmağa daha çox diqqət etməyə başlayıb. Məsələn, İrəvan Avropa İttifaqına daxil olmaq üçün referendum keçirmək fikrindən əl çəkib, Ukrayna Silahlı Qüvvələrinin hədəflərindən olan Rusiyanın  Belqorod vilayəti ilə iqtisadi əlaqələri inkişaf etdirmək qərarına gəlib. Bundan başqa, ölkə parlamentinin vitse-spikeri Akop Arşakyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfər edəcək. Eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə keçirilən III Erməni Demokratik Forumunda çıxışı zamanı bildirib ki, ölkəsinin Avropa İttifaqına daxil olmaq üçün referendum keçirməsinə ehtiyac yoxdur. Eyni zamanda, hökumət başçısı xatırladıb ki, özü də əvvəllər Avropaya inteqrasiyanın tərəfdarı olub və respublikanın buna hazır olduğuna əmindir, lakin avropalılar haqqında bunu deyə bilməz: "Əgər referendum olacaqsa, o zaman kampaniya aparmalıyıq. Belə olan halda insanlar bizə sual verəcəklər: necə, nə vaxt, hansı addımlarla? Aİ bunu istəyir, ya yox? Onlar mənə deyəcəklər: siz bəyan etdiniz ki, Ermənistan Avropa İttifaqının bunu mümkün hesab etdiyi qədər Aİ-yə yaxınlaşmağa hazırdır. İndi sual olunur: Aİ buna nə dərəcədə hazırdır? Amma bu gün cavab verə bilmərəm". Maraqlıdır ki, bundan əvvəl Latviyada Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan İrəvanın bu təşkilata qoşulması üçün Avropa İttifaqı ölkələrinin dəstəyinə ehtiyacı olduğunu bildirib. Simonyanın sözlərinə görə, Ermənistan cəmiyyətinin də müvafiq istəkləri var və tezliklə bu istiqamətdə konkret addım atılacaq. Eyni zamanda o xatırladıb ki, iyunun 21-də parlamentdə Avropaya inteqrasiya məsələsi ilə bağlı Ermənistanda plebisit keçirilməsi ilə bağlı müzakirə aparılıb: "Hesab edirəm ki, nə vaxtsa yaxın gələcəkdə bu xüsusda referendumumuz olacaq və mən əminəm ki, xalqımız "hə" deyəcək". Eyni zamanda, Rusiya tərəfdən mümkün "qısqanclıq" barədə suala parlamentin spikeri cavab verib ki, Moskva "müttəfiqlərini qorumalı və tərəfdaşı ilə dürüst olmalıdır". Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Kremli guya Qarabağı İrəvandan alıb Azərbaycana verməkdə ittiham edəndən bəri bu ifadə Rusiya hakimiyyəti üçün ikiqat ağrılı oldu. Amma indi Paşinyan tamam fərqli mövqe sərgiləyir. Bu arada, Paşinyanın çıxışı ilə paralel olaraq Ermənistan-Rusiya münasibətlərində daha bir əlamətdar hadisə baş verdi. Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan Ukrayna Silahlı Qüvvələrinin Belqorodda endirdiyi raket zərbəsi nəticəsində yaşayış binasının dağıdıldığı yerə baş çəkib: "Onlarla insanın kədərinin cəmləşdiyi yer - bu təkcə qurbanlara təsir etmir, həm də bütün şəhərə psixoloji təsir göstərir. Burada bu hiss olunur, kədərin bütün miqyasını dərk etmək olur. Və təbii ki, bütün bunları mümkün qədər tez bitirmək istəyi var". Eyni zamanda diplomat bildirib ki, səfərinin məqsədi Ermənistan və Rusiya arasında əvvəllər imzalanmış regionlararası əməkdaşlıq planı çərçivəsində Belqorod vilayəti ilə ölkəsinin regionlarından biri arasında qarşılıqlı fəaliyyətin konkret istiqamətlərinin işlənib hazırlanmasına başlamaqdır. 

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov təklif olunan yanaşmanı bəyənib və bildirib ki, vilayət hökuməti artıq bu istiqamətə məsul şəxsləri təyin edib. Halbuki, bundan əvvəl İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan Ukraynaya işgüzar səfəri çərçivəsində Buça şəhərinin meri Anatoli Fedoruk ilə görüşüb. Onlar birlikdə bu məntəqədə hərbi əməliyyatların günahsız qurbanlarının xatirəsini yad ediblər. Xatırladaq ki, Kiyev və onun Qərb tərəfdaşları Moskvanı bu şəhərdə dinc sakinləri öldürməkdə ittiham edir. Rusiya hər hansı əlaqəni inkar edir. Yuxarıda qeyd olunduğu kimi, Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyanın başçılıq etdiyi nümayəndə heyəti Volqoqrad vilayətinə gələcək. Onları Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov qarşılayacaq. Onlar "Ənənələrin varisləri" Ümumrusiya xalq mədəniyyəti uşaq festivalında iştirak edəcəklər. Strateji Tədqiqatlar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan Ermənistan hakimiyyətinin addımlarını Rusiyadan gələn siqnallarla əlaqələndirib: "Məsələn, keçən həftə baş nazirin müavini Aleksey Overçuk kifayət qədər ciddi xəbərdarlıq etdi. O, Aİ və Aİİ-nin uyğunsuzluğunu bəyan edib, həmçinin bəzi qeyri-regional oyunçuların gəlişinin nəticələrinin olacağını qeyd edib". Eyni zamanda, Xalatyan hesab edir ki, Ermənistan lideri Qərblə yaxınlaşmada yalnız taktiki fasilə verib. Təhlilçinin fikrincə, bu strategiyadan tam imtina o zaman mümkündür ki, hakimiyyətin Paşinyanın əlində saxlanılması təhlükəsi yaransın: "Eyni zamanda qeyd etmək lazımdır ki, qərbyönlü qüvvələrin bu barədə daxilində nə deməsindən asılı olmayaraq, Qərb, xüsusən də Avropa İttifaqı Ermənistanın iqtisadi sahədə mümkün itkilərini kompensasiya etməyə və ya mövcud təhlükəsizlik təhdidlərini neytrallaşdırmağa hazır deyil. Ermənistanın özü də buna hazır deyil. Lakin Aİ və ABŞ Rusiyanı respublikadan sıxışdırıb çıxarmaq və ümumilikdə onun Cənubi Qafqazda təsirini azaltmaq üçün əlverişli vəziyyətdən istifadə etmək istəyirlər". Öz növbəsində, Qafqaz İnstitutunun tədqiqatçısı Qrant Mikaelyan bəyan edib ki, Ermənistan hakimiyyəti Aİ-dən hansısa müsbət reaksiya alacağına ümid edərək referendum ideyasını irəli sürə bilərdi, lakin bu alınmadı. Nəticədə Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərdə kobud səhvləri düzəltmək qərarına gəlib: "Paşinyan hazırkı şəraitə əsasən qərarlar verir. Beləliklə, onun davranışına Qərb dövlətləri və Rusiyanın atdığı addımlar təsir edir".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ