çərşənbə günü, 26 avqust 2026
     

İran seçkilərində "azərbaycanlı faktoru" ön plana çıxır...

Image


Aparılan son hesablamalar göstərir ki, İranda prezident seçkisinin birinci turunda  elektoratın 60 faizindən çoxu səsverməyə getməyib. Baxmayaraq ki, bu səsvermə növbəti prezidentin Ali dini lider Əli Xamneinin varisliyində roluna görə vacib sayılır. 

Seçkidə namizədlərin heç biri gərəkən 50 faizi yığa bilmədiyindən iyulun 5-də islahatçı Məsud Pezeşkianla sərt xətt tərəfdarı, mühafizəkar, keçmiş nüvə danışıqçısı Səid Cəlili arasında ikinci tur keçirilməlidir.

Ölkədə və xaricdə dissidentlər genişmiqyaslı boykot çağırışları edib, son seçkilərdən bəri heç bir dəyişikliyin baş vermədiyini deyiblər. Bundan sonra seçkidə rekord zəif seçici fəallığı qeydə alınıb. Ümumiyyətlə, İranda 2020-ci ildən bəri seçici fəallığı azalmağa doğru gedib, bunun bir səbəbi də azadlıqların olmaması, iqtisadiyyatın axsaması, həyat standartlarının pisləşməsidir. Son böyük seçkilərdə seçici fəallığının azalması həm də koordinasiyalı vətəndaş itaətsizliyinin birbaşa nəticəsidir ki, bu da məyus ictimaiyyətə narazılıqlarını hakimiyyətə çatdırmağa şərait yaradır. İran prezidentliyinə azərbaycanlı namizəd Məsud Pezeşkian digər namizəd Səid Cəlili ilə teledebatdakı çıxışında bu məsələyə geniş şəkildə toxunub: "Xalqın hüququnu pozub, onun səsini eşitməyəndə, əlbəttə ki, səsvermədə iştirak səviyyəsi aşağı olacaq. Qiymətlərin bahalaşması, qız və qadınlara qarşı münasibət, internetə məhdudiyyət səbəbindən günü-gündən sosial dəstəyi itiririk". O, qeyri-farslar və qeyri-şiələrə qarşı ədalətsiz münasibətə də diqqət çəkib: "Bu, vətəndaşların hakimiyyətə qarşı inamsızlığına səbəb olur". Pezeşkian həmçinin hakimiyyət qruplarına üzv olmayan şəxslərin sıxışdırıldığını, onların hansısa vəzifə tutmasına imkan verilmədiyini bildirib. Azərbaycanlı namizəd, bununla yanaşı, 2022-ci ilin ümumi etiraz aksiyalarına da toxunub, etirazçılara qarşı münasibət və repressiyanı pisləyib: "Yanımızda olanların küçələrə axışıb mitinq keçirmələrinə haqq qazandırır, bizə etiraz edənlərin narazılıqlarını ifadə etməsini isə qanunsuz adlandırır, onları saxlayır və həbsxanalara salırıq". Məsud Pezeşkian hakim sistemdə təmsil olunan bir çoxlarını ölkəni qəfəsə çevirməkdə, bütün qapıları bağlamaqda və dünya ilə normal münasibətlər qura bilməməkdə günahlandırıb. Bunlar fonunda İranda seçkilərlə bağlı daha bir qalmaqal yaşanıb. Belə ki, Səid Cəlilinin seçki qərargahının nümayəndələri Pezeşkiana səs verənləri eşşək adlandırıblar. Artıq bu barədə yerli sosial media kanallarında məlumat və videolar yayılıb. Cəlilinin nümayəndəsi bu xüsusda bildirib: "Mərənddə 95 min səsin 76 mini Məsud Pezeşkiana verilib, açıqca elan edirəm, təhqir də olsa: Pezeşkiana eşşəklər səs verib". Müfaviq videonun yayılmasından sonra Mərənddə Cəlili və onun seçki qərargahının nümayəndələrinə qarşı etiraz aksiyası başlayıb, polis qüvvələri aksiyanın genişlənməsinin qarşısını alıb, bəzi etirazçıları bir neçə saatlığına həbs edib. Saxlanılanlar dindirildikdən və aksiya keçirməməklə bağlı yazılı iltizam alındıqdan sonra sərbəst buraxılıblar. Hesab olunur ki, baş verənlər İranda yenə milli ayrıseçkiliyin təzahürüdür. Bu ayrıseçkilik azərbaycanlılara qarşı özünü qabarıq büruzə verir. Məsud Pezeşkian bunlar fonunda qeyd edib: "Bir daha fəxrlə elan edirəm ki, mən azərbaycanlıyam. Mahabadda dünyaya gəlmişəm, atam, anam və bütün nəslim azərbaycanlıdır". O, bununla yanaşı, İranda Azərbaycan türkcəsinə qarşı məhdudiyyətlərə də toxunub: "Bir azərbaycanlı olaraq kimsənin dilimi lağa qoymasına icazə vermərəm, heç kim Azərbaycan türkcəsində yazıb-oxumağa qadağa qoya bilməz".

28 iyun seçkisindən sonra təhlilçilər bildirir ki, daha bir sərt xətt tərəfdarı prezidentin hakimiyyətə gəlmək qorxusu birinci tura getməyənləri ikinci tura gedib Pezeşkiana səs verməyə vadar edə bilər. Görünür, elə Pezeşkian və tərəfdarları da sosial mediada buna fokuslanır, boykot tərəfdarlarını ona səs verməyə inandırmağa çalışırlar. Pezeşkian X platformasında yazıb ki, İranın gələcəyi təhlükədədir" və ölkəni yalnız yüksək seçici fəallığı xilas edə bilər: "Mən xalqdan biriyəm. Xalqın 60 faizi bizim heç birimizi qəbul etmir. Əgər Cəlili kimi şəxslərin düşüncəsi hakim olarsa, 40 faiz fəallıq 20 faizə düşəcək". Bəzilərinin fikrincə, Pezeşkian gərək islahatlar üçün aydın cızılmış platforma təqdim etsin ki, müxalif fikirli seçicilər də ona səs versinlər. Bəziləri isə Cəlilinin prezidentliyinin təhlükəli tərəflərinə diqqət çəkilər. Onlar xəbərdarlıq edirlər ki, Cəlili qadınlar üçün məcburi hicab qadağasını daha da gücləndirə, İranı Şimali Koreyaya oxşar total qlobal təcridə apara bilər. Qeyd edək ki, 28 iyunda keçirilən prezident seçkilərinin birinci turunda Məsud Pezeşkian bütün rəqiblərini qabaqlayıb, Səid Cəlili isə ikinci olub. Seçici fəallığının 40 faiz olduğu birinci turda namizədlərdən heç biri 50% səs toplamadığı üçün 5 iyulda ikinci tur keçiriləcək. Seçkilərin ilk turunda birinci çıxan Pezeşkian ən çox səsi, başda türklər olmaqla, ölkənin qeyri-fars və qeyri-şiə icmalarının yaşadığı bölgələrdən toplayıb, Cəlili şiə fars icmalarının yaşadığı bölgələrdə birinci yeri tutub. Rəsmi İRNA və yarı-rəsmi "Tasnim" agentliklərinin məlumatına görə, Pezeşkian 16 vilayətdə, Cəlili isə 15 vilayətdə ən çox səs toplayıb.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 19:11
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi – gedin Qərblə oynayın...

26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - Birinin 16, digərinin 58 yaşı var...

26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...

26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə - milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ