Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan hələ də Zəngəzur üçün “Kalininqrad modeli”ndən qaçır...

Image


Ermənistan tərəfi Azərbaycanın Naxçıvanla bağlı təklif etdiyi "Kalininqrad modeli"nə hələ də münasibət bildirmir. Bu fonda Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ölkənin regionda nəqliyyat kommunikasiyaları ilə bağlı mövqeyi təklif olunan "sülh qovşağı" təşəbbüsündə öz əksini tapıb. Halbuki, burada "Kalininqrad modeli" haqqında heç nə yoxdur.

Erməni mediası xatırladır ki, Bakı iki dəfə İrəvana Naxçıvanla quru əlaqəsinə görə "Kalinqrad modeli" təklif edib. Sonuncu dəfə bu məsələni Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Antalyada keçirilən diplomatik forumda qaldırıb və bunu potensial həll yolu adlandırıb. Həmin vaxt Hikmət Hacıyev bildirib ki, Azərbaycan Naxçıvana çıxışı asanlaşdırmaq istəyir və bununla bağlı müxtəlif modelləri müzakirə edir. Xüsusilə o, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə israilli mütəxəssis Maykl Finkelin 2021-ci ildə təklif etdiyi "Kalininqrad modeli"nə toxunaraq, onu potensial həll yolu adlandırıb. Ermənistan rəsmiləri hələ ki, buna müvafiq cavab verməyib. Ermənistan Xarici İşlər Nazirliyi ölkə mediasının bu xüsusda sorğusunu cavablandıran zaman aşağıdakıları qeyd etməklə kifayətlənib: "Ermənistanın regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının qarşısının alınması ilə bağlı mövqeyi təklif olunan "sülh qovşağı" təşəbbüsündə öz əksini tapıb və bu təşəbbüs orada göstərilən dörd prinsip əsasında həyata keçirilməlidir". XİN həmçinin Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd məsələlərinin təhlükəsizliyi üzrə komissiyaların formatını xatırladıb. Qeyd edib ki, görüşlər və onların nəticələri barədə rəsmi hesabatlarda məlumat verilir. Xatırladaq ki, Rusiyanın eksklavı olan Kalininqrad vilayəti SSRİ-nin dağılmasından sonra ölkənin əsas hissəsi ilə əlaqə problemi ilə üzləşib. Daha sonra Rusiya və Litva sonuncunun ərazisindən vizasız tranzitə icazə verən saziş imzalayıb. Bu tranzit sazişi malların və enerjinin daşınmasını asanlaşdırır. Hazırda müqavilə anti-Rusiya sanksiyaları fonunda məhdud formatda fəaliyyət göstərir. Yuxarıda qeyd olunduğu kimi, Zəngəzur dəhlizi üçün Kalininqrad modeli 2021-ci ilin əvvəlində siyasət və beynəlxalq hüquq üzrə israilli ekspert Maykl Finkel tərəfindən təklif edilib. Qeyd edək ki, Azərbaycan və Ermənistan təmsilçiləri sülh və ya çərçivə sazişinin mətni üzərində, o cümlədən sərhədin müəyyənləşməsi istiqamətində müəyyən qədər irəliləyiş əldə etsələr də, Zəngəzur dəhlizinin açılması və dəmir yolunun işə düşməsi mövzusunda irəliləyiş yoxdur. Halbuki, bu dəhliz bir çox dövlətin maraq dairəsindədir. Zəngəzur dəhlizi Çini Avropa ilə birləşdirəcək Orta dəhlizin tərkib hissəsi olmalıdır. Bu dəhlizin işə düşməsi Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, eləcə də Ermənistan üçün faydalıdır. Bu yol Rusiyadan yan keçsə də, Rusiya Azərbaycan üzərindən Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə çıxış imkanı qazanacaq. Deməli, Zəngəzur dəhlizi Rusiya üçün də faydalıdır. Hələlik isə Bakı ilə İrəvan arasında Zəngəzur dəhlizi ilə bağlı fərqli yanaşma ortadan qaldırılmayıb. Azərbaycan maneəsiz keçid tələb edərkən, Ermənistan dəhlizdə yoxlama həyata keçirmək istəyir. Azərbaycanın əsas arqumenti budur ki, Zəngəzur dəhlizi Azərbaycanın bir hissəsini digər hissəsi olan Naxçıvanla bağlayacaq və bu halda sərhəddə Azərbaycan vətəndaşlarının yoxlanılması düzgün deyil. İrəvan isə dəhlizin Ermənistan yurisdiksiyası altında fəaliyyət göstərməsini tələb edir.

Bütün hallarda Azərbaycan Şərqi Zəngəzurda dəmir yolunun bərpasını sürətlə icra edir. Ermənistan tərəfdə isə heç bir iş görülmür. Halbuki, Zəngəzur dəhlizindən yalnız Azərbaycan vətəndaşları Naxçıvana və Türkiyəyə keçid üçün istifadə etməyəcəklər. Ermənistan vətəndaşları da bu dəhlizdən keçən dəmir yolu vasitəsilə Rusiyaya gedə biləcəklər. Bu baxımdan Azərbaycan üzərindən Rusiyaya sadələşdirilmiş keçid Ermənistanın da maraqlarına cavab verir. Bu arada ABŞ-ın son dövrlər Azərbaycanla Ermənistan arasında gedən sülh prosesində yer almaq iddiası və aktivliyi müşahidə edilir. Politoloqlar hesab edir ki, ABŞ həqiqətən də sülh istəyirsə, Ermənistanı Zəngəzur dəhlizi məsələsində addım atmağa sövq etməlidir. Çünki Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər. İndilikdə Ermənistan "sülh qovşağı" təklifini irəli sürərək Zəngəzur dəhlizinin açılması məsələsindən, yəni öz ərazisindən kommunikasiyaların nəzarətsiz və yaxud yoxlanış həyata keçirilmədən keçməsi məsələsindən boyun qaçırmağa çalışır. Ancaq Ermənistan nəzərə almalıdır ki, o, artıq İkinci Qarabağ müharibəsində uduzub. İrəvan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarından biri olan Zəngəzur dəhlizinin açılması məsələsini də öhdəlik kimi öz üzərinə götürüb. Həmin bəyanatda da qeyd olunur ki, maneəsiz hərəkət Ermənistan tərəfindən təmin edilməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatın işlək olmadığını bildirsə də, faktiki olaraq bu bəyanat mövcuddur və Ermənistan tərəfi öhdəliklərini yerinə yetirməlidir. Tərəflərin heç biri bəyanatdan imzasını geri götürməyib və Azərbaycanın Ermənistandan tələbləri də olduğu kimi qalmaqdadır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ