çərşənbə günü, 26 avqust 2026
     

Makron Fransanı qarşıdurmaya saldı...

Image


Fransada ifrat sağçıların güclənən mövqeyi fonunda Emmanuel Makron iqtidarının gələcəyi ilə bağlı getdikcə daha maraqlı proqnozlar səslənir. 

Birləşmiş Ştatların nüfuzlu "Politico" nəşrində "Makronun dövrü başa çatdı. Le Peni kimsə dayandıra biləcəkmi?" sərlövhəli məqalədə  Fransada parlament seçkilərinin birinci turundan sonra Emmanuel Makronun bütün qüvvələri ifrat sağçıların qarşısının alınmasına səfərbər etmək və ya öz hərəkatından qalanı xilas etməyə çalışmaq kimi son dərəcə ağrılı seçim qarşısında qaldığı vurğulanır: "Bazar günü keçirilən parlament seçkilərinin birinci turu Fransanın 46 yaşlı lideri üçün alçaldıcı oldu və onun yeddi il əvvəl yeni, autsayder siyasətçidən prezidentliyə yüksəlişi qədər heyrətamiz hadisəyə çevrildi".

Nəşr xatırladır ki, Makron iyun ayında Avropa Parlamentinə keçirilən seçkilərdə ultrasağçıların qarşısında uğradığı fəlakətli məğlubiyyətdən sonra növbədənkənar seçkiləri məhz Fransanın ifrata sürüklənməsi prosesini dayandırmaq məqsədilə təyin edib. Lakin o, tamamilə əks nəticə əldə etdi.

Məqalədə qeyd olunur ki, Avropanın ikinci ən böyük iqtisadiyyatı və qitənin yeganə nüvə gücü indi ifrat sağçı hökumətin yaradılmasına həmişəkindən daha yaxındır və səsvermənin birinci turundan sonra Marin Le Penin Milli Birlik Partiyası liderlik edir: "Əgər iyulun 7-nə planlaşdırılan ikinci turda Milli Birlik parlament çoxluğunu qazansa, (bu tamamilə mümkündür), o zaman ölkəni qismən də olsa Avropa İttifaqını parçalamaq, miqrasiyaya qarşı müharibə aparmaq və NATO-nu tərk etmək vədi ilə ad çıxarmış siyasətçilər idarə edəcək... Le Penin partiyası o vaxtdan bəri ən mübahisəli mövqelərini yumşaltsa da, Qərbin əsas siyasi ehkamlarına dərin şübhə ilə yanaşır. Seçkilərdəki qələbə onun 2027-ci ildə Fransa prezidenti seçkilərində qalib gəlmək şansını xeyli gücləndirəcək". Fransanın "Ipsos" sorğu institutunun apardığı təhlilə görə, Le Penin partiyasının proqnozlaşdırılan nəticələri onu hakimiyyətin astanasına gətirib çıxarıb. İnstitutun məlumatında deyilir ki, onun partiyası birinci turda səslərin 33,2 faizini toplayıb, yəni ifrat sağçılar parlamentdə 230-280 yer qazana bilərlər. Parlamentdə mütləq çoxluq üçün baryer 289 yer olduğundan, ifrat sağçılar hətta bir həftə ərzində Milli Birlik partiyasının rəhbəri Jordan Bardellanın baş nazir olması ilə hökumət qura biləcəklər: "İndi əsas sual ondan ibarətdir ki, kimsə və ya hər hansı bir qüvvə onu dayandıra bilərmi?". İndilikdə bu mümkün görünmür. İndi Marin Le Penin ifrat sağçı Milli Birlik Partiyası və ultra solçu Yeni Xalq Cəbhəsi koalisiyası əsas güc mərkəzi kimi önə çıxıb. Mötədil partiyalar ikinci turda revanş üçün bütün imkanlarını səfərbər etməyə çalışacaqlar. Əgər bu nəticə verməsə, o zaman hələ də hakim koalisiyanın yaradılması ilə bağlı danışıqlara ümid var: tarixi təcrübənin göstərdiyi kimi, məhz bu mərhələdə Fransada adətən hakimiyyətin kimdə olacağı məsələsi həll olunur. Koalisiya danışıqları nəticəsində seçkilərin qalibi istəyinə nail olmaya bilər. Makron da buna ümid edir. Lakin mötədil partiyaların heç də hamısı Makrona etibar etmir. Bu səbəbdən Makronun daxil olduğu hakim koalisiyanın yaradılması inandırıcı görünmür. 

Bununla yanaşı, Fransa illərdir ölkənin aktual problemlərini həll edə bilməyən siyasi elitasından narazıdır və buna görə də xalq etiraz olaraq səslərini ifrat mövqedə olanlara  vermək qərarına gəlib. Bu qənaətə bir çox fransız mediası və ekspertləri Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyaya seçkilərin birinci turunun nəticələrini təhlil edərkən gəlir. Fransanın seçki sistemi xüsusi olaraq seçicilər tərəfindən dəstəklənməyən insanların parlamentə daxil olmasının qarşısını almaq üçün nəzərdə tutulub. Ona görə də parlamentə seçkilər qapalı partiya siyahıları ilə deyil, birmandatlı dairələr üzrə iki turda keçirilir. Birincidə, səslərin 50%-dən çoxunu - mütləq çoxluğu toplayan seçilmiş sayılır. Əgər yoxdursa, ikinci tur keçirilir. Orada dairələr üzrə ən azı 12 faiz səs toplayan namizədlər yarışır. Birinci turun nəticələrinə əsasən, Milli Birlik artıq Milli Assambleyada çoxsaylı yer qazanıb. Yeri gəlmişkən, orada seçilənlər arasında Marin Le Penin özü də var. Nəticə etibarı ilə, onun gələcək parlamentdəki fraksiyası, şübhəsiz ki, indiki parlamentdən daha çox olacaq. Le Pen tərəfdarları üçün hər şey yaxşı getsə, onun siyasi düşərgəsi qanunverici orqanda ən böyük fraksiya olacaq. Daxili İşlər Nazirliyinin yaydığı məlumatlara görə, Milli Birlikdən sonra ikinci yerdə 27,99% səslə Yeni Xalq Cəbhəsi qərarlaşıb. Ultra solçular üçün bu çox yaxşı nəticə, həm də Le Pen tərəfdarlarının artan populyarlığının bir növ sübutudur. Fəth olunmamış Fransanı, Avropa-Ekologiya-Yaşıllar ittifaqını, Sosialist və Kommunist partiyalarını birləşdirən Yeni Xalq Cəbhəsi seçkilər öncəsi elan edilmiş məqsədlə ifrat sağçıların hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədilə yaradılmışdı. Amma indi vəziyyət dəyişir. Onların yeni siyasi ulduzu var - Milli Assambleyanın üzvü Fransua Ruffin. Onun təşəbbüsü ilə Yeni Xalq Cəbhəsi yaradılıb. Hakimiyyətə gəlincə, ilk turda üçüncü yer, əlbəttə ki, Emmanuel Makronun ümid etdiyi şey deyil. Fransızlar Avropa Parlamentinə seçkilərdə olduğu kimi yenə də onu dəstəkləməkdən imtina etdilər. Bu nəticə, çox vaxt olduğu kimi, ultrasağların daha çox nizam-intizamı və seçicilərin laqeydliyi ilə izah edilə bilməz. Bu seçkidə fəallıq qeyri-adi dərəcədə yüksək idi. 65%-i keçib. Sonuncu dəfə belə hal 1997-ci ildə baş vermişdi, o zaman seçicilərin 68 faizi seçki məntəqələrinə getmişdi. Bu, Fransa siyasətinin iki "ağır çəkilisi" - qollist Jak Şirak və sosialist Lionel Jospin arasında döyüş vaxtı idi. Onların hər ikisi qarşıdurma ritorikasından fəal şəkildə istifadə edirdi, lakin yenə də öz rəqiblərini mütləq şər şeytanı kimi göstərmirdilər. İndi isə əksinə, seçki iştirakçıları rəqib qalib gələcəyi təqdirdə baş verə biləcək ən pis hadisələrin qarşısını almaq üçün çağırışlarla seçiciləri səfərbər etməyə çalışırlar. Bu, Fransada Makron üzündən siyasi qarşıdurmanın yaranması ilə nəticələnir.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 19:11
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi – gedin Qərblə oynayın...

26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - Birinin 16, digərinin 58 yaşı var...

26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...

26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə - milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ