Cümə axşamı günü, 05 noyabr 2026
     

İran siyasətində mühüm dəyişiklik - seçkilər ölkəni yeni yola çıxara bilər...

Image


Qonşu İranda keçirilən prezident seçkisində yarışan dörd namizəddən heç biri səslərin 50 faizini toplaya bilməyib. Məhz bu fonda ölkənin yeni prezidentinin müəyyən olunması ikinci turda baş tutacaq.

Bu seçkidə prezidentlik uğrunda mübarizəyə İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri və parlamentin indiki sədri Məhəmməd Bağır Qalibaf, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, Tehran meri Əli Rza Zəkiyani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, Şəhid və Veteranlar Fondunun rəhbəri Əmir Hüseyn Qəzizadə-Haşimi və sabiq səhiyyə naziri Məsud Pezeşkian qatılsa da, daha sonra Əli Rza Zəkiyani və Əmir Hüseyn Qəzizadə-Haşimi öz namizədliklərini geri götürüblər. İştirakçı namizədlərdən heç biri qalib sayılacaq qədər səs toplaya bilməyib. İslahatçı millət vəkili Məsud Pezeşkian səslərin 42.5 faizini toplayaraq birinci, ultramühafizəkar Səid Cəlili isə 38.6 faizlə ikinci olub. Bu iki namizəd iyulun 5-də keçiriləcək ikinci turda yarışacaq. Seçkinin ibrətamiz dərslərindən biri də parlamentin mühafizəkar spikeri Məhəmməd Bağır Qalibafın zəif nəticə göstərməsidir. Seçkini üçüncü yerdə bitirən Qalibafın dördüncü namizədliyi də uğur gətirməyib. Mühafizəkar düşərgə Cəlili ilə Qalibafı birinin digərinin xeyrinə namizədliyini geri çəkməsi üçün razılığa gəlməyə çağırıb. Ancaq onların heç biri buna razı olmayıb. Qalibafın uduzmasınınsa bir neçə səbəbi var. Qalibaf daha çox ifrat ideologiyanı dəstəkləyən və ideoloji baxımdan daha qətiyyətli seçicilərə üz tutan Cəlili ilə mötədil olan və islahat tərəfdarı kimi seçicilərin dəstəyini cəlb edən Pezeşkianın arasında qaldı. Üstəlik, spiker öz karyerası boyunca çoxsaylı korrupsiya iddiaları və siyasi qalmaqallarla üzləşib və bu da onun reputasiyasını yetərincə korlayıb. Təcrübəli millət vəkili olan Pezeşkian Qərblə münasibətlərin bərpasını dəstəkləyir və Tehranın bəzi mühafizəkar qanunlarını tənqid edir. Ancaq o, islam respublikasının prinsiplərinə sadiqdir və seçilərsə, Xamneinin siyasətinə sadiq qalacağına söz verib. Çoxu etnik azərbaycanlı olan Qərbi Azərbaycan əyalətini təmsil edən islahatçı deputat Məsud Pezeşkian 20 ildir siyasətdə olsa da, adı heç vaxt hər hansı korrupsiya iddialarında, yaxud siyasi qalmaqallarda hallanmayıb. O, İran İslam Respublikasında bir çoxlarını narazı salan rüşvət və qohumbazlıq kimi proseslərdən uzaq olub. Qərbi Azərbaycan əyalətinin kürdlərin üstünlük təşkil etdiyi Soyuqbulaq şəhərində doğulan Pezeşkian kürd və Azərbaycan dillərində sərbəst danışır. İxtisasca həkim olan Pezeşkian 1980-88-ci illərdəki İran-İraq savaşında döyüşmək və həkim kimi xidmət etmək üçün ön cəbhədə olub. Müharibədən sonra isə ürək cərrahlığı sahəsində ixtisaslaşıb. 70 yaşlı Pezeşkian eyni zamanda elm sahəsində də çalışıb. O, 1994-1999-cu illərdə Təbriz Tibb Elmləri Universitetinin rəhbəri olub. Pezeşkian Universiteti tərk etməsindən az sonra - 2000-ci ildə Tehrana köçərək ozamankı prezident Məhəmməd Xatəminin hökumətində səhiyyə nazirinin müavini olub və beləcə, onun siyasi karyerası başlanıb. 2001-ci ildə Xatəmi Pezeşkianı özünün səhiyyə naziri elan edib. İki il sonra tənqidçiləri Pezeşkianı yanlış kadr təyinatlarında və Dünya Bankının kreditlərindən düzgün istifadə etməməkdə günahlandırdığı üçün parlament onu vəzifəsindən azad etməyə çalışıb, ancaq buna nail olmayıb.

Hökuməti tərk etməsindən üç il sonra - 2008-ci ildə Pezeşkian parlamentə namizədliyini verib və Təbriz seçki dairəsinin qalibi olub. O, ard-arda beş dəfə dördillik müddətə millət vəkili seçilib. Mötədil və islahatçıların parlamentə nəzarət etdiyi 2016-2020-ci illərdə Pezeşkian spikerin iki müavinindən biri olub. 2013-cü ildə prezidentliyə namizəd olan Pezeşkian heç bir namizədi dəstəkləmədən geri çəkilib. 2021-ci ildə o, yenidən namizəd olmağa cəhd etsə də, Keşikçilər Şurası onun namizədliyinə imkan verməyib. Konstitusiya Keşikçiləri Şurası ölkədə keçirilən əsas seçkilərdə namizədləri təsdiqləyən qurumdur. Keçmiş səhiyyə naziri islam respublikasının məcburi hicab siyasətini tənqid edib. O, ötən il həmin siyasətin insanların dinə nifrət etməsinə səbəb olduğunu söyləyib.

Qərblə danışıqlara açıq olduğunu bildirən Pezeşkian keçmişdə digər ölkələrə, o cümlədən ABŞ-yə qarşı şüarlar səsləndirilməsini tənqid edib. Pezeşkian bu ilin martında Xameneinin müdaxiləsi ilə parlament seçkilərində namizədliyinin rədd edilmədiyini bildirib. O, öz çıxışlarında azlıqların hüquqlarını da müdafiə edib. Tənqidçiləri onu İranın etnik azərbaycanlı əhalisi arasında millətçi ovqatını qızışdırmaqda suçlayıblar. Onun özü bu ittihamları rədd edib. Seçkilərin ikinci turunda Pezeşkianın rəqibi olacaq Səid Cəliliyə gəlincə, o, Qərblə münasibətlərin yaxşılaşdırılmasının qəti əleyhinədir. Cəlili Qalibafın səslərini də toplayacağına ümid bəsləyir. Ancaq Qalibafı dəstəkləyənlərin Cəliliyə səs verəcəyinə təminat yoxdur. Aşırı mühafizəkar Cəlili isə özünü mərhum İbrahim Rəisi administrasiyasına yaxın siyasətçilərlə əhatə edib. İranda son dəfə 2005-ci ildə səsvermə ikinci tura qalıb. O zaman birinci turda ikinci olmuş populist namizəd Mahmud Əhmədinejad mötədil namizəd Əli Əkbər Haşemi Rəfsəncaniyə qalib gəlmişdi. Qatılma faizi aşağı səviyyədə qalsa, Pezeşkian islahatyönlü seçicilərin daha böyük bölümünü səfərbər edə bilməsə, Cəlili 5 iyul seçkisində qalib gələcək. Ancaq Cəlilinin prezident olması ehtimalı bir çoxlarını Pezeşkiana səs verməyə vadar edə bilər. İranda bir seçici "Radio Fərda"ya bildirib: "Mən ona görə Pezeşkiana səs verdim ki, onun səriştəli olduğuna inanıram, ancaq həm də Cəlilinin prezident olmasından qorxuram". Mühafizəkar qanadın təmsilçisi Səid Cəlili 1965-ci ildə ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində anadan olub, hərbiləşdirilmiş Bəsic qüvvələrinə qoşulub və İran-İraq müharibəsində bir neçə dəfə könüllü kimi xidmət edib. O, döyüşdə yaralanıb və sağ ayağını itirib. Fəlsəfə doktoru olan Səid Cəlili "Qurandakı siyasi fikir" mövzusunda doktorluq dissertasiyasını yazıb.

Tahr TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ