Cümə axşamı günü, 05 noyabr 2026
     

Makron hakimiyyətdə “axsaq ördəyə” çevrildi - sağçılar və solçular prezidentin düşərgəsini məhv etdi...

Image


Fransada növbədənkənar parlament seçkilərinin birinci turu, gözlənildiyi kimi, Emmanuel Makron hakimiyyətinin daha da zəifləməsi ilə nəticələndi. Makronun rəhbərlik etdiyi koalisiya birinci turda üçüncü yerə çıxdı. 

Belə ki, növbədənkənar parlament seçkilərinin ilk turunda qeyri-rəsmi lideri Marin Le Pen olan sağçı Milli Birlik Partiyası 33 faiz səs toplayıb. Seçki marafonunda ikinci yeri 28,5 faizlə solçu Yeni Xalq Cəbhəsi tutub. Makronun rəhbərlik etdiyi "Respublika uğrunda birlikdə" prezident koalisiyası 22 faiz qazanıb. Parlamentin aşağı palatasına seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək. Bu dəfə də Makronun məğlubiyyəti qaçılmaz hesab olunur.

Beləliklə, Fransa ilk dəfə ifrat sağçı hökumət əldə edə bilər və bu o deməkdir ki, Makron prezidentlik müddətinin sonuna qədər "axsaq ördək" olaraq qalacaq. Xatırladaq ki, Avropa Parlamentinə seçkilərdə ifrat sağçı qüvvələrə uduzduqdan sonra Makron dərhal parlamenti buraxdı və növbədənkənar seçkilər təyin etdi. O, Marin Le Penin Milli Birlik Partiyasının hakimiyyətə keçməsini dayandırmaq ümidi ilə risqə getdi. Amma prezidentin taktikası əks nəticə verdi. Marin Le Pen Milli Assambleyaya keçirilən seçkilərin birinci turunun nəticələrini şərh edərkən deyib: "Fransız xalqı Milli Birlik Partiyasını irəli apardı və Fransa prezidenti Emmanuel Makronun düşərgəsini az qala məhv etdi". O, partiyasının Fransanı bərpa edə bilməsi üçün seçkilərin ikinci turunda parlamentdə mütləq çoxluğun əldə edilməsinə çağırıb. Bildirib ki, ikinci tur həlledici olacaq: "Partiyanın prezidenti Cordan Bardellanın Emmanuel Makron tərəfindən səkkiz gün ərzində baş nazir təyin edilməsi üçün mütləq çoxluğa ehtiyacımız var". Artıq Cordan Bardella Nazirlər Kabinetinə rəhbərlik etmək niyyətini təsdiqləyib və iyulun 7-də seçkilərin ikinci turunda partiyasını dəstəkləməyə çağırıb: "Gələn bazar günü seçicilər ölkəni yenidən qurmaq üçün bizə mütləq səs çoxluğu versələr, hamını dinləyən, müxalifətə hörmət edən, dialoqa açıq olan və millətin birliyinə qayğı göstərən bütün fransızların baş naziri olmaq istəyirəm". Makron parlament seçkilərinin birinci turunun ilkin nəticələri açıqladıqdan sonra ikinci turda Cordan Bardella və Marin Le Penin Milli Birliyinə qarşı "demokratik birliyə" çağırıb: "Birinci turda yüksək fəallıq bu səsvermənin bütün soydaşlarımız üçün əhəmiyyətindən və siyasi vəziyyətə aydınlıq gətirmək istəyindən xəbər verir. Milli Birlik qarşısında ikinci turda geniş, açıq-aydın demokratik və respublikaçı birliyin sözünü deməsinin vaxtı çatıb". Amma onun bu çağırışlarının əbəs olması da heç kimə sirr deyil. Son sorğular da prezidentin partiyasının qələbəsini proqnozlaşdırmır və buna görə də hakim çoxluq yaratmaq şansı yoxdur. Amma iyulun 7-nə təyin edilmiş seçkilərin ikinci turunun müxtəlif variantlarını nəzərə alaraq, Makrona müxalif olanların daha qətiyyətlə hərəkət eməsi də vacibdir. Fransanın ikipilləli səsvermə sistemi partiyaların ikinci tura çıxmaq şanslarını artırmaq üçün manevr və ittifaqlar üçün yer açır. Seçicilər hər hansı partiyanın qalib gəlməsinin qarşısını almaq üçün sözdə taktiki səsvermə haqqında qərar verə bilərlər. Le Penin partiyası artıq bir dəfə belə səsvermənin qurbanı olub. Görünür, Makron bu dəfə də bunun baş verəcəyini gözləyir. O, Yeni Xalq Cəbhəsini qeyri-təbii hesab edərək, həm solçuları, həm də ifrat sağı tənqid edir. Onları Fransanın mövcudluğu üçün əsas təhlükə adlandırır. O, hətta ifrat sağ və ifrat sol hakimiyyətə gələcəyi təqdirdə vətəndaş müharibəsi ehtimalına eyham vurub. Elə bu fonda fransız siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippo qeyd edib ki, Makron müxalifətin iki blokunu öz aralarında fərqli baxışlarla toqquşduraraq, dövlətdə xaosa səbəb olmağa çalışır. Filippo Makronu Konstitusiyanın ona fövqəladə səlahiyyətlər verəcək müstəsna maddəsinə müraciət etmək niyyətində təqsirləndirilib: "Seçkilərin ilk turundan sonra vəziyyətin qeyri-müəyyən olduğunu görürük. Bu həftə Milli Birliyin mütləq çoxluq qazanması mümkündür, lakin bu hələ həll olunmayıb. Səs çoxluğunu heç kimin qazanmaması da mümkündür və bu, xaos deməkdir". 

Baş verənləri şərh edən rus ekspert Natalya Lapina bildirir: "Hauts-de-France Region Şurasının sədri Ksavye Bertrand qeyd edib ki, siyasi böhranın yaranmasında günahkar siyasi qurumlar deyil, onu təhrik edən prezidentin özüdür. Makronun hesablaması nəticə verməsə və Milli Birlik Partiyası ikinci turda da qalib gəlsə, Fransa yeni hökumət başçısını qəbul edəcək. Bu, 28 yaşlı partiya sədri Cordan Bardella olacaq. Le Pen özü də baş nazir olmağa can atmır, çünki o, qarşısına daha iddialı bir məqsəd qoyub - Fransanın növbəti prezidenti olmaq". Bardella immiqrasiyanı məhdudlaşdıracağını, pensiya islahatlarını ləğv edəcəyini və yalnız ölkə vətəndaşları üçün müavinətlərin saxlanacağını vəd edir. Xarici siyasətə gəlincə, o, Fransa ilə Rusiya Federasiyası arasında münasibətlərin pisləşməsinə səbəb olmasa, Ukraynaya hərbi yardım göstərməyə razıdır. Bardella bu barədə Londonun "The Financial Times" qəzetinə müsahibəsində bildirib. Əgər əvvəllər Milli Birlik rusiyapərəstliyi ilə seçilirdisə və Ukraynaya silah göndərilməsinə qarşı çıxırdısa, indi Kiyevi dəstəkləməyə etiraz etmir. İndiki halda Makronun partiyasının hökumət qura bilməyəcəyi göz qabağındadır. Deməli, prezident üçün ən çox ehtimal olunan variant müxalifət iqtidarı ilə birgə yaşamaqdır. Natalya Lapinanın sözlərinə görə, Fransada "makronizmin" gələcəyi məsələsi qızğın şəkildə müzakirə olunur. Bir çox analitiklər etiraf edirlər ki, Makron 2027-ci ilə qədər hakimiyyətdə qalsa belə, bu siyasi fenomen bitib: "Bir daha fransızlara müraciət edərək, Makron ölkədə idarəetmə tərzi ilə yanaşı, həyatın dəyişəcəyini vəd etdi. Yadımdadır ki, bu cür vədlər artıq 2019-cu ilin əvvəlində "sarı jiletlilər" hərəkatına son qoymalı olan debatlar zamanı və ötən yay ölkəni bürümüş şəhər üsyanlarından sonra verilmişdi. Yeni idarəetmə formaları da bir neçə dəfə sınaqdan keçirilib - yaşıl tranzit, ətraf mühitin inkişafı və sairlə bağlı məsləhətləşmələr aparıldı. Vətəndaş cəmiyyəti ilə bu məsləhətləşmələrdən ciddi heç nə alınmadı".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ