Cümə axşamı günü, 05 noyabr 2026
     

Cənubi Qafqaz uğrunda Qərb-Rusiya döyüşü qızışır...

Image


Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında geosiyasi rəqabətin daha kəskin xarakter aldığı və bununla yeni mərhələyə qədəm qoyduğu artıq heç kimdə şübhə doğurmur. Bu fonda Qərb Rusiyanı Ermənistanda sıxışdırmaqda, Kreml isə Gürcüstanda mövqelərini gücləndirməkdədir. 

Azərbaycanla bağlı vəziyyət fərqlidir və ölkəmiz tərəflərin hər biri ilə eyni məsafəli münasibətlər qurur. 

Beləliklə, regionun iki ölkəsində Qərb-Rusiya rəqabəti kəskinləşir. Amma bu fonda Azərbaycanla işbirliyinə də maraq artır. Ümumiyyətlə isə, regionda son bir neçə gündə ABŞ və Avropa İttifaqı Avroatlantik inteqrasiyanı təklif edərək, Cənubi Qafqazda fəallıqlarını nəzərəçarpacaq dərəcədə artırıblar. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn bu fonda Azərbaycanda səfərdə olub. O, ilk növbədə İrəvan, Bakı və Tiflisin NATO sammitinə hərbi blokun tərəfdaşları kimi dəvət olunduğunu bəyan edib. İkincisi, diplomat Ermənistan və Azərbaycan hakimiyyətlərini tezliklə sülh müqaviləsi imzalamağa və kommunikasiyaların qarşısını almağa çağırıb: "Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə, potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var". Diplomat qeyd edib ki, ABŞ Ermənistandan keçəcək marşruta həm də ona görə əhəmiyyət verir ki, bu marşrut coğrafi baxımdan geosiyasi təsirlərdən daha uzaqdır və həm də iqtisadi baxımdan daha ucuz başa gələrdi. Bu layihənin maliyyələşdirilməsinə dair suala cavab verən O'Brayn deyib ki, Qazaxıstan və Azərbaycan layihəyə sərmayə yatıra bilər. Bu prosesdə Dünya Bankı iştirakçı ola bilər. Diplomat xatırladıb ki, II Dünya müharibəsindən sonra Avropada həyata keçirilən siyasi əhəmiyyətli iqtisadi layihələr daha bir müharibəni imkansız edib. O'Brayn vurğulayıb ki, layihəyə hazırlıq üçün əsas iş Ermənistanda görülməlidir və ABŞ nümayəndələri Mərkəzi Asiya ölkələrində bu layihə üzrə iş aparırlar. Amma diplomat vurğulayıb ki, ABŞ-ın bu layihədən məqsədi regiondakı təsirini artırmaq yox, region insanlarına siyasi və iqtisadi faydalar verməkdir. O'Brayn Azərbaycan və Ermənistan arasında etimadın möhkəmlənməsinə misal olaraq Ermənistanın Azərbaycanın COP konfransı keçirməsinə dəstəyini, Azərbaycanın əsirləri azad etməsini, sərhədin demarkasiyasına başlanmasını, dörd kəndin Azərbaycana qaytarılmasını göstərib. O deyib ki, istənilən sülh müqaviləsinin əldə edilməsi son dərəcə çətindir, çünki burada müharibənin buraxdığı iz var. Onun sözlərinə görə, bu mənada iki tərəf arasındakı hazırkı diqloq əhəmiyyətlidir, çünki burada söhbət təkcə bugünkü siyasətdən getmir, tərəflər əmin olmaq istəyirlər ki, əldə olunan razılaşma gələcək münaqişələrin qarşısını ala biləcək: "Düşünürəm ki, bu istiqamətdə bu yaxınlarda sərhədin demarkasiyasına başlanması son dərəcə əhəmiyyətli addımdır. Bu onu göstərir ki, tərəflər, hətta ölkə daxilindəki siyasi məqamlara baxmayaraq, bu prosesi davam etdirmək istəyirlər. Tərəflər arasında etimad hər iki ölkənin vətəndaş cəmiyyətlərinin yetkinliyini nümayiş etdirəcək. Hazırda Rusiya bu prosesdən kənardadır, lakin proses uzun çəkərsə, Rusiya qayıdaraq əngəl törətməyə çalışa bilər. Belə bir şəraitdə irəliləyişə nail olmaq mühümdür". Azərbaycan və Ermənistan arasında danışıqlarda ABŞ-ın birbaşa vasitəçiliyi məsələsinə gəlincə, O'Brayn deyib: "Biz bir ildən də artıq müddətdir bəyan edirik ki, tərəflərin produktiv hesab etdiyi bütün formatlarda danışıqlar prosesinə ev sahibliyi etməkdən məmnunuq. Biz "Vaşqinton adına Azərbaycan-Ermənistan sülh müqaviləsi" əldə olunmasına təmənnalı deyilik. Amma bu istiqamətdə tərəflərə dəstək verməyə hazırıq. Mən ümid edirəm ki, xarici işlər nazirləri tezliklə görüşmək imkanına malik olacaqlar. Vaşinqton yenə də bu danışıqlara ev sahibliyi etməyə hazırdır. İki tərəf hazırda birbaşa dialoqdadır. Onlar bunu öz xalqları üçün edirlər və biz bu prosesin dostu olmağa həmişə hazırıq".

Bunlar fonunda Avropa diplomatiyasının rəhbəri Josep Borrell Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb. Bu xüsusda Ermənistan tərəfi bildirib: "Həmsöhbətlər beynəlxalq və regional təhlükəsizlik məsələləri, problemlərin güc yolu ilə həlli praktikasının mənfi nəticələri və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət edilməsinin zəruriliyi ilə bağlı fikir mübadiləsi aparıblar". Tərəflər, həmçinin, Aİ ilə Ermənistan arasında viza rejiminin liberallaşdırılmasını müzakirə ediblər. Gürcüstana gəlincə, ölkə prezidenti Salome Zurabişvili birbaşa bildirib ki, Avropa İttifaqına daxil olmaq onların əsas məqsədidir. Prosesi qismən Avropa İttifaqı liderlərinin Gürcüstanın xarici agentlər haqqında qanununun ölkənin avrointeqrasiyasını dayandırması barədə bəyanatı pozdu. Lakin Gürcüstan hökuməti cəmiyyətdə son bir neçə ayda artıq kəskinləşən qütbləşməni daha da gücləndirməmək üçün bunu görməməyə çalışır. Rus politoloq Aleksey Makarkinin fikrincə, Qərbin Cənubi Qafqazda öz təsirini yaymaqda uğuru onun regional problemləri nə dərəcədə effektiv həll edə biləcəyindən asılı olacaq. Məsələn, ABŞ və Avropa İttifaqı çətin ki, Tiflisə Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etməyə kömək edə bilsin və ya Bakı üçün kifayət qədər əlverişli olmayan şərtlərlə Azərbaycanı Ermənistanla sülh müqaviləsi imzalamağa məcbur etsin: "Eyni zamanda, hazırda bəzi avropalılardan daha çox Avropa İttifaqında yaşamaq istəyən gənclər amili də var. Bu baxımdan, Qərb Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa ümid edə bilər. 1990-cı illərlə və 2000-ci illərin əvvəlləri ilə müqayisədə onun təsiri artıb. Amma Rusiyanı bölgədən tamamilə sıxışdırıb çıxarmaq mümkün olmayacaq". Onun sözlərinə görə, region ölkələri çoxvektorlu siyasət yürüdəcək, indiki məqamda onlara daha çox faydalı olanlarla münasibətləri daha böyük ölçüdə saxlayacaq. Digər ekspert Nikolay Silayev də Qərbin Cənubi Qafqazda öz təsirini genişləndirmək cəhdləri üçün o qədər də perspektiv görmür: "ABŞ və Avropa İttifaqının bunun üçün çox az hərbi və iqtisadi resursları var. Rusiya, Türkiyə və İranın regional oyunçulara təklif edəcəyi çox şey var. Beləliklə, Birləşmiş Ştatlar hətta Ukraynaya da effektiv təhlükəsizlik təminatları təklif edə bilməz və onlar, şübhəsiz ki, Ermənistana heç nə vəd etməyəcəklər". Onun fikrincə, Qərb Cənubi Qafqazda fəaliyyətini inkişaf etdirməklə yalnız Rusiyanın regiondakı nüfuzunu sarsıtmağa çalışır. Silayev hesab edir ki, Qərb Rusiyanı əvəz edə bilməyəcək. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ