Cümə axşamı günü, 05 noyabr 2026
     

Makronun Fransaya son “töhfəsi” - “Frexit” bəlası...

Image


Elşən Manafov: "Le Penin seçkiləri udması Avropa İttifaqında "Frexit"proseslərinin dərinləşməsinə səbəb ola bilər"

Məlum olduğu kimi, iyunun əvvəlində Avropa Parlamentinin yeni üzvləri seçildi. Seçki ifrat sağçıların yüksəlişi ilə yadda qalıb. Həmin vaxt böyük məğlubiyyətlə üzləşən Fransa prezidenti Emmanuel Makron parlamenti buraxdı. Bu isə Fransa üçün tarixi sayıla biləcək erkən seçkilərə yol açdı. Son rəy sorğuları göstərirdi ki, Makron seçkidə məğlub olacaq. Belə də oldu. 

İyunun 30-da keçirilən seçkilərdə Marin Le Penin lideri olduğu Milli Birlik Partiyası və müttəfiqləri Fransada keçirilən parlament seçkilərinin ilk tutrunda 33.4 faiz səslə qalib gəlib. Məlumata görə, solçu Yeni Xalq Cəbhəsi 27.98 faiz səslə ikinci yerdə qərarlaşıb. Fransa Prezidenti Emmanuel Makronun koalisiyası isə 20.76 faiz səslə üçüncü olub. Qeyd edək ki, seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.

Seçkinin nəticələrinə görə, prezident və baş nazirin müxtəlif partiyalardan olduğu vəziyyət 22 ildən sonra ilk dəfə baş verə bilər. Belə ki, Makronun partiyası seçkilərdə uduzduğu üçün o, rəqib partiyadan olan baş nazirlə işləməli olacaq. Bu vəziyyət Fransada sonuncu dəfə 1997-2002-ci illərdə, mühafizəkar prezident Jak Şirak və sosialist baş nazir Lionel Jospin hökumətdə birlikdə çalışdıqları zaman baş verib. Digər tərəfdən, Avropa İttifaqında da ciddi narahatlıq var. İttifaq cəbhəsində hesab edirlər ki, seçkidən sonra "Brexit" kimi Fransanın Aİ-dən çıxması mənasına gələn "Frexit" gündəmə gələ bilər. 

Bütün bu deyilənlərin fonunda maraqlıdır, Fransa Aİ- dən çıxa bilərmi?

"Əgər bunun qarşısını almaq üçün qurum təsirli tədbirlər qəbul edə bilməsə, onun perspektivdə..." 

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: "İyunun əvvəllərində Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə prezident Makronun rəhbərlik etdiyi mərkəz mövqelərdə duran "İntibah" partiyasının uduzmasından sonra Makron parlamenti buraxıb növbədənkənar seçkilərin keçirilməsi barədə sərəncam verib. Fransada iyunun 30-da keçirilən seçkilərə gəldikdə isə, bu, ölkədə son 40 ildə daha çox seçici fəalığının qeydə alındığı seçkilər olub. Proqnozlaşdırıldığı kimi, seçkilərdə 1-ci yeri Marin  Le Penin rəhbərlik etdiyi ifrat sagçı Milli Birlik partiyası qazanıb. İkinci yerdə Solçu İttifaq və nəhayət sonuncu yerdə Makronun "İntibah" partiyası qərarlaşıb. Le Penin rəhbərlik etdiyi partiya, seçkilərdə 1-ci yeri əldə etməsinə baxmayaraq, parlamentə nəzarət üçün mütləq çoxluğu təmin edə bilməyib. Bununla belə, Makron seçkilərin nəticələrini nəzərə alaraq Le Penin baş nazir olaraq irəli sürdüyü namizədi, 28 yaşlı Jordan Bardeli baş nazir vəzifəsinə təsdiq etməli olacaq. Bu isə Makrona müxalif partiya təmsilçisinin hökumətə başçılıq etməsi deməkdir. Bu da ölkənin siyasətinə təzadlar gətirəcək. Fransada belə bir hal sonuncu dəfə 2002-ci ildə yaşanıb. Le Penin seçkilərdə qələbəsi Fransada millətçilik dalğasının yüksəlişinin nəticəsidir. Buna səbəb olan mühüm amillərdən biri isə Fransa iqtisadiyyatını ucuz işçi qüvvəsi ilə təmin etmək üçün Makronun həyata keçirdiyi miqrasiya siyasəti olub. Ölkəyə miqrant axınının güclənməsi Fransada yerlilər və gəlmələr arasında milli və dini zəmində toqquşmalara gətirib çıxarıb. Hərçənd, əsas səbəb sosial faktor olub. Le Pen uzun müddətdir ki, Fransanın Avropa İttifaqından kənarlaşması tələbləri ilə çıxış edir. O, Aİ-ni Fransanın inkişafını əngəlləyən bürokratik aparat kimi qəbul edir. Avroittifaqın müstəqil iqtisadi və təhlükəsizlik siyasəti yeridə bilmədiyini, onun ABŞ-ın təsir dairəsində olduğunu bildirir. Le Penin seçkiləri udması Avropa İttifaqında "Frexit"proseslərinin dərinləşməsinə səbəb ola bilər. "Brexit"in Aİ üçün 2020-ci ildə Böyük Britaniyanın qurumdan uzaqlaşmasına gətirib çıxardığı məlumdur. Əgər "Frexit"in qarşısını almaq üçün Aİ təsirli tədbirlər qəbul edə bilməsə, onun perspektivdə parçalanması qarşısıalınmaz prosesə çevriləcək. Mütəxəssislər bundan ötru Aİ-də iqtidara saglam qüvvələrin gəlməsinin vacibliyini vurğulayırlar. Məhz belə qüvvələr Aİ-nin Rusiya ilə münasibətlərinə yenidən baxmalı, onun siyasətini ABŞ deyil, Aİ-nin öz maraqları konteksində aparılmasını təmin etməlidirlər. Çünki ABŞ-ın təzyiqi ilə Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyasəti gözlənilən nəticələri doğurmayıb. Ucuz Rusiya yanacağından imtina birlik ölkələrinin iqtisadi və sosial həyatında kataklizmləri gücləndirmişdi".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ