Cümə axşamı günü, 05 noyabr 2026
     

NATO-nun xüsusi tədbirində iştirak Azərbaycan-Rusiya münasibətlərinə necə təsir edə bilər?

Image


Abutalıb Səmədov: "Azərbaycan Xarici işlər nazirinin həmin sammitdə iştirakı, təbii ki, Rusiya tərəfindən razılıqla qarşılanmayacaq" 

 ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıda keçirilən brifinqdə bildirib ki, Azərbaycan NATO-nun görüşünə dəvət olunub. "Dövlət katibi Blinken bütün NATO tərəfdaşları, o cümlədən Ermənistan və Azərbaycan üçün tədbir keçirir. Bu səbəbdən düşünürəm ki, onlar hər ikisi iştirak edəcək. Görüş xarici işlər nazirləri səviyyəsində keçiriləcək. Görüşdə cəmi 30 tərəfdaş iştirak edəcək", - o deyib.

Ceyms O’Brayn deyib ki, Azərbaycan və Ermənistan NATO tədbirində iştirak edəcək.

Bu iştirak Azərbaycana və sülhə nə verə bilər? NATO-nun xüsusi tədbirində iştirak Azərbaycan-Rusiya münasibətlərinə necə təsir edə bilər?

"Ancaq Azərbaycan – Rusiya münasibətlərinə bunun heç bir təsiri olmayacaq"

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov baki-xeber.com-a şərhində "İyul ayının əvvəllərində Vaşinqtonda NATO-nun 75 illiyi münasibətilə sammit keçiriləcək. Bu sammitdə NATO-ya daxil olan ölkələrin dövlət və hökumət başçılarının iştirakı planlaşdırılıb. Eyni zamanda, bu mötəbər tədbirə həm Azərbaycanın, həm   Ermənistanın xarici işlər nazirləri dəvət olunub, həm də İsrailin və Ərəb dövlətlərinin xarici işlər nazirləri dəvət ediliblər. Görünür, burda məqsəd bir-biri ilə konflikt halında olan dövlətlər arasında sülh danışıqlarını təşkil etməkdir. Azərbaycan Xarici işlər nazirinin həmin sammitdə iştirakı, təbii ki, Rusiya tərəfindən razılıqla qarşılanmayacaq. Rusiyanın etirazına səbəb olacaq. Bu şübhə doğurmur. Bu məqamı nəzərə alıb, Azərbaycan sülh danışıqlarını elə ölkələrdə, elə şəhərlərdə keçirmək istəyir ki, bu addım Qərbin və Rusiyanın qarşıdurmasına gətirib çıxarmasın"-deyə bildirdi.

A.Səmədov hesab edir ki, NATO-nun yubiley tədbirində Azərbaycanın iştirakı Rusiyanı narazı sala bilər: "Ancaq digər tərəfdən, əgər Azərbaycan bunu zəruri sayarsa, Rusiya da çox güman ki, bunu anlayışla qarşılayacaq. Bu vaxta qədər də belə olub. Rusiya Azərbaycan və Ermənistan rəsmilərinin Vaşinqtonda və Brüsseldə keçirilən görüşlərindən narazı qalsa da, elə etiraz bildirməyib. Yaxud etirazı vasitəçilərə ünvanlayıb. Deyək ki, sülh razılaşmasını müzakirə edən tərəflərə bu vaxta qədər elə bir narazılıq bildirməyib.   Bu səbəbdən güman edirəm ki, Azərbaycan xarici işlər naziri bu yubiley tədbirində iştirak etmək qərarına gəlsə Rusiya açıq şəkildə buna etiraz etməyəcək və bunu anlayışla qarşılayacaq. Ancaq təbiidir ki, ABŞ-ın və bütövlükdə Qərbin Azərbaycan-Ermənistan danışıqlarına ev sahibliyi etməsi Rusiyanı daim narahat edib, narazı salıb. Bu dəfə də eyni münasibət göstəriləcək. Ancaq Azərbaycan – Rusiya münasibətlərinə bunun heç bir təsiri olmayacaq".  

A.Səmədovun sözlərinə görə,  Azərbaycanın Rusiyanı narahat edəcək, narazı salacaq ölkələrdə, eyni zamanda Qərbi narazı salacaq ölkələrdə danışıqları aparmaqdan imtina etməsi bölgəni qarşıdurma meydanına çevirməmək istəyi ilə bağlıdır: "Əgər Qərb və Rusiya sülh istəyirsə, bunu qarşıdurma məsələsinə çevirməməlidirlər və hər iki tərəfin razılaşdığı, qəbul etdiyi ölkələrdə bu danışıqlar keçirilməlidir. Elə bu səbəbdən, Azərbaycan dəfələrlə Gürcüstanın namizədliyini təklif etdi. Sonuncu görüş Almatıda keçirildi. Və sərhəddə danışıqlar aparmağı da   Azərbaycan təklif etdi. Ancaq Vaşinqtonda, yaxud Brüsseldə aparılan danışıqlar Rusiyanı qıcıqlandırır, Rusiya ərazisində aparılan danışıqlar Qərbi narazı salır. O biri tərəfdən də, Paşinyan qəti şəkildə Rusiya ərazisində  danışıqlarda iştirak etməkdən imtina edir. Təbiidir ki, Azərbaycan sülh sazişinin mümkün qədər tez imzalanmasında maraqlıdır. Ancaq bu məqsədə nail olmaq üçün əlavə problemlər yaratmaq yolu seçilməməlidir. Bölgəmiz Qərbin və Rusiyanın qarşıdurması meydanına çevrilməməlidir. Bunu hər iki tərəf başa düşməlidir. Ermənistanın Vaşinqton danışıqlarını qəbul edəcəyi heç kimdə şübhə doğurmur. Azərbaycanın xarici işlər naziri Vaşinqtonda danışıqlarda iştirak edəcəkmi?". 

A.Səmədovun fikrincə, burada aydındır ki, əsas məsələ Rusiyanın razı, yaxud narazı olması deyil. O vurğuladı ki, Azərbaycan daim Qərb platformasında danışıqlar aparıb. "2023-cü ilin fevralında hətta Azərbaycan Prezidenti açıq şəkildə bəyan etmişdi ki, biz Qərb platformalarına üstünlük veririk. Ancaq çox təəssüf ki, həmin bəyanatdan sonrakı dövrdə Ermənistanın antirus mövqeyinin güclənməsi səbəbindən Qərb açıq-aşkar ermənipərəst mövqe tutdu və bizim də Qərbə bu səbəbdən münasibətimiz dəyişdi. Çünki ədalətsiz olduğunu görürdük və ədalətsiz, ermənipərəst dövlətlərin vasitəçiliyini qəbul etmək, təbiidir ki, düzgün addım ola bilməz. Azərbaycan da heç vaxt bunu etməyib. Ona görə də Vaşinqtonda danışıqlara razılıq verilməsi ilk növbədə ABŞ-ın mövqeyindən aslı olacaq. Əgər onlar ermənipərəst mövqe tutmaqdan imtina etsələr və bunun belə olduğuna Azərbaycanı inandıra bilsələr, şübhə etmirəm ki, Azərbaycanın xarici işlər naziri həmin danışıqlarda iştirak edəcək. Ancaq aydın olsa ki, ABŞ  əvvəlki ermənipərəst mövqeyində qalmaqdadır və nəyin bahasına olursa olsun ermənilərin şərtlərinin qəbul olunmasına çalışmaq istəyir, təbiidir ki, bu şəraitdə həmin danışıqlarda iştirak etmək mümkün deyil. Çox güman ki, xarici işlər nazirimiz də bu tədbirdə iştirak etməyəcək. Sülh sazişinin imzalanmasına əsas maneə nədir? Birinci növbədə, təbiidir ki, söhbət konstitutsiyasında, onun preambulasında göstərilən məsələlərdən, yəni Azərbaycana qarşı ərazi iddiasından gedir. Çünki orda müstəqillik aktına birbaşa istinad var. Müstəqillik bəyannaməsində isə Qarabağla Ermənistanın birləşməsi məsələsi yazılıb. Yəni müstəqillik aktrında Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Bu da konstitutsiyada, onun preambulasında öz əksini tapıb. Preambula konstitutsiyada çox mühüm bir hissədir və bütün konstitutsiyanın mahiyyətini ifadə edir. Ona görə də təbiidir ki, Azərbaycan konstitutsiyanın dəyişdirilməsini tələb edir. Ancaq problem təkcə bununla bağlı deyil. Kommunikasiyaların açılması məsələsində Ermənistan tərəfinin mövqeyi qəbuledilməzdir. Çünki onlar elan edirlər ki, kommunikasiyalar bərabərlik və qarşılıqlılıq prinsipi əsasında açılmalıdır. Bu da bizi qane etmir. Açıq şəkildə deyirik ki, Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn kommunikasiya ilə Ermənistanın içinə gedən kommunikasiya eyni ola bilməz, burda bərabərlik prinsipi ola   bilməz. Üstəlik, 10 noyabr bəyanatında yazılıb  ki, maneəsiz hərəkət təmin olunmalıdır. Yəni müəyyən güzəştli şərtlər tətbiq olunmalıdır. Lazımsız yoxlamalardan imtina edilməlidir. Ancaq Ermənistan öz mövqeyində təkid edir. Sonra xəritələrlə bağlı müəyyən mübahisələr var ki, bəlkə də onu yoluna qoymaq mümkün olar. Ancaq kommunikasiyaların açılması məsələsində Ermənistan öz mövqeyindən çəkilməlidir və Azərbaycanın təklif etdiyi kimi Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn yollarda Kalininqrad modeli tətbiq olunmalıdır. Ümid edirəm,  ABŞ bu məsələlərdə Ermənistana zəruri təzyiq göstərəcək, belə olacaqsa, sözsüz, Azərbaycan Vaşinqton danışıqlarında yəqin ki, iştirak edəcək. Ümid edək ki, orada da müəyyən irəliləyişlər olacaq. Bu irəliləyişlərin olması üçün ABŞ mütləq Ermənistana müəyyən təzyiq göstərməlidir və onları konstruktiv mövqe tutmağa sövq etməlidir"-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ