Bazar ertəsi günü, 09 noyabr 2026
     

İranda dəhşətli vəziyyət - milyonlarla Azərbaycan türkü böyük təhlükədə...

Image


On milyonlarla Azərbaycan türkünün yaşadığı indiki İranda ekoloji vəziyyət fəlakət həddinə çatmaqda, iqlim dəyişikliyinin təsiri artmaqdadır. Yayılan məlumatlara görə, İranda temperatur rekord səviyyələrə çatır, çaylar və göllər quruyur, uzunmüddətli quraqlıqlarsa normaya çevrilir. Yaranmış su böhranı ölkənin çox hissəsini səhraya çevirir.

Ümumiyyətlə, İranın səhralaşması heyrətamiz sürətlə gedir. Ötən ay hökumət hər il ölkə ərazisinin 1 milyon hektardan çoxunun yaşanmaz hala gəldiyi haqda xəbərdarlıq edib. Bu, Qum əyaləti, yaxud Livanın ərazisinə bərabər sahə deməkdir. Tehran torpaqların 90%-ə qədərinin quraq, yaxud yarımquraq olduğu ölkədə vəziyyətə nəzarət etməyə çalışır. Ancaq hər şey sürətlə baş verir və artıq rəsmilər də ciddi böhranın yaranacağı və insanların yaşayış yerlərini kütləvi tərk etməli olacağını etiraf edib. Bu ay İranın cənub-qərbində temperatur 66,7 dərəcəyə çatıb. Bu, insanın həyatda qala biləcəyi həddən xeyli yuxarıdır. Bundan başqa, İran alimləri tam quruma təhlükəsi qarşısında olan Urmiyə gölündə suyun səviyyəsinin son 60 ildəki rekord həddə düşdüyü haqda xəbərdarlıq edirlər. Boğucu qum fırtınaları isə adi hala çevrilib. Dünyanın bir çox yerində müşahidə olunan temperaturların yüksəlməsi iqlim dəyişikliyi ilə izah edilir. Mövcud vəziyyətlə bağlı ekoloq Şirin Hakim “Fərda” radiosuna bildirib: “Onillərlə dünyadan təcrid olunma, üstəgəl yerli resursların düzgün idarə olunmaması, torpaq paylamada qüsurlar, əhalinin sürətli artımı, uzunmüddətli quraqlıq İrandakı su böhranını kritik səviyyəyə çatdırıb”.

Su qıtlığı və Tehranın onun öhdəsindən gələ bilməməsi məlum faktdır. Problem nəhəng bəndlərin və su-irriqasiya layihələrinin tikilməsinə və beləliklə, çay və yeraltı su hövzələrinin qurumasına yol açıb. Su ehtiyatları üstündə qonşu dövlətlərlə toqquşmalar, İranın özündə hökumət əleyhinə etirazlar baş verir. Torpağın deqradasiyası qumun çoxalmasına səbəb olur və qum fırtınalarını artırır. Nəticədə İran dünyada hava kirliliyi ən yüksək ölkələrdən birinə çevrilib. Əkinə yararlı torpaqların itirilməsi kənd təsərrüfatına zərər vurur, insanların qazanc yerini təhlükəyə salır və kənddən şəhərə miqrasiyanın artmasına səbəb olur. Bu isə öz növbəsində yeni problemlərə yol açır. Şirin Hakim bu xüsusda deyir: “Zaman keçdikcə, bu miqrasiya səbəbindən şəhər ərazilərinə təzyiqin artması infrastrukturu, təbii sərvətləri gərə, sosial-iqtisadi problemlər yarada bilər”. Hesablamalara əsasən, İranın əhalisi 1979-cu ilin İslam inqilabından sonra iki dəfədən çox artaraq 35 milyondan 88 milyona çatıb. Əhalinin 70%-ə qədəri şəhərlərdə yaşayır. Hakimin sözlərinə görə, son 20 ildə Tehranın özünə ildə orta hesabla 250 min adam gəlib. Ancaq su böhranı və səhralaşma nəticəsində get-gedə daha çox ərazinin yaşanmaz hala gəlməsi fonunda əhalinin nəhəng hissəsinin ölkəni yerli-dibli tərk etməkdən başqa seçiminin qalmayacağı sarıdan narahatlıq mövcuddur. Bu, İranı çox çətin sınaq qarşısında qoya bilər.

2015-ci ildə keçmiş kənd təsərrüfatı naziri və prezidentin su və ekologiya müşaviri İsa Kələntəri İranın sudan istifadəyə münasibətini dəyişməli olduğu haqda xəbərdarlıq etmiş, əks halda 50 milyona yaxın insanın, iranlıların 70%-nin ölkəni tərk etməkdən başqa çarəsinin qalmayacağını proqnozlaşdırmışdı. 2018-ci ilin iyulunda ölkənin cənub-qərbindəki Xorrəmşəhr şəhərində su qıtlığı zorakı etirazlara səbəb olmuşdu. Həmin il ölkə özünün 50 il ərzindəki ən quraq yayını yaşayırdı. Ozamankı daxili işlər naziri Əbdolreza Rəhmani Fəzli baş verənləri nəhəng sosial böhran adlandırmışdı. Fəzli su qıtlığının miqrasiyaya yol aça və beş il ərzində İranın simasını ciddi dəyişə, son nəticədə fəlakətə gətirib çıxara biləcəyini demişdi. Onun dediyi müddət bitsə də, qorxunc proqnozlar və uğursuz siyasət davam edir. Bu hal Güney Azərbaycanda da qabarıq şəkildə hiss edilir. Şərqi Azərbaycan vilayətinin “Cihad Kənd Təsərrüfatı Təşkilatı”nın rəhbəri Əkbər Fəthi hələ bir müddət əvvəl vilayətdə səhralaşma təhlükəsinin ciddi olduğunu irəli sürüb. O, Urmiyə gölünün quruma böhranı nəticəsində hövzəsində səhralaşma müşahidə olunduğunu dilə gətirib: “Əgər bir gün Şərqi Azərbaycanın səhraya çevriləcəyi deyilsəydi, kimsə buna inanmazdı, amma hazırda Urmiyə gölünün hövzəsində səhranın əmələ gəldiyini görürük”. Urmiyə gölü hövzəsində olan əkinçilik sahələri gölün quruması ilə yararsız vəziyyətə düşüb və əvvəlki illərdəki məhsuldarlığını itirib. Bəzi ekspertlər İranın su ehtiyatları ilə bağlı problem yaşadığı və quraqlıq səbəbi ilə səhralaşma böhranından dolayı əkinçilik sektorunun fəaliyyətini azaltmaq və suvarma metodlarının modernləşdirilməsini təklif edirlər. Lakin müvafiq addımlar atılmır. Bu fonda yayılan məlumata görə, İranın İsfahan əyalətində yerləşən unikal Qavxuni bataqlığında cəmi 1% su qalıb. Ətraf Mühitin Mühafizəsi təşkilatının Dəniz, ətraf mühit və bataqlıqlar üzrə direktor müavini Müctəba Zəvalcudi bildirir ki, son 10 ayda çoxlu yağışların olması da vəziyyəti xilas etməyib: “Ötən ilin sentyabr ayının əvvəlindən bu ilin iyul ayına qədər qollarda çox yaxşı yağış yağmasına və Zayəndərud bəndinin saxlama həcminin 88% artmasına baxmayaraq, indiyədək Qavxuni bataqlıq ərazisi üçün demək olar ki, heç bir konkret hüquq verilməyib və hazırda bataqlığın səthi 99% qurudur”. 47 min hektar ərazidə yerləşən Qavxuni bataqlığının quruması İsfahanda geniş yayılmış səhralaşma, toz və torpaq çökmə fenomeni ilə üzləşdiyi bir vaxtda baş verir. İrandakı ekoloji böhranlar təkcə İsfahan vilayətinə aid deyil. Ölkədəki səmərəsiz idarəçilik, baxımsızlıq və prinsipsiz bənd tikintisi layihələri ucbatından ötən illərdə İranda bir çox bataqlıq və göllər məhv edilib. İranın ən məşhur beynəlxalq bataqlıqlarından biri olan Qavxuni İsfahan və Yəzd əyalətlərində yerləşir. Bu məkan köçəri quşların və su heyvanlarının məskunlaşdığı yer kimi İranın ən böyük və ən mühüm bataqlıq ərazilərindən biri sayılır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ