Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qarabağdan qalan məsələlərə bu il son nöqtə qoyulacaq...

Image


Qarabağda qalan ermənilərlə bağlı hadisələrin inkişaf axarı göstərir ki, bu məsələ yaxın tezlikdə Azərbaycanın istədiyi şəkildə öz həllini tapacaq. Hətta məsələnin cari il ərzində yekun çözümünü tapacağını proqnozlaşdıran ekspertlərin də sayı artır. Artıq Ermənistanda Azərbaycanın Qarabağ yanaşması qəbul olunur, bura ölkəmizin ərazisinin bir hissəsi kimi tanınır.

Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Gevorq Papoyan etiraf edir ki, İrəvanın Qarabağ səyləri əbəs olub və bu reallıq dəyişməyəcək: “Biz Qarabağı saxlamaq üçün ümidsiz səylər göstərmişik”.
Onun sözlərinə görə, Ermənistan ordusu müharibəyə hazır olmayıb, ölkənin diplomatiyası biabırçı vəziyyətdə olub: “Qeyd edildiyi kimi, biz Qarabağı saxlamaq üçün ümidsiz səylər göstərdik, hərbi büdcəni xeyli artırdıq, diplomatiyada sıçrayış etməyə çalışdıq, çünki başa düşdük ki, ordu müharibəyə hazır deyil, diplomatiya biabırçı vəziyyətdədir. Ümidsiz cəhdlər etdik və uğursuzluğa düçar olduq. 20 ildə edilməli olanı iki ildə edə bilmədik”. Papoyan bildirib ki, Qarabağ məsələsində xarici güclərə ümid bəsləmək də sadəlövhlükdür. Elə erməni ekspertlər də qeyd edir ki, hazırda bütün dünya, o cümlədən regionda marağı olan ABŞ, Avropa, Rusiya da Azərbaycanın yanındadır. Erməni siyasi şərhçi Samvel Ohanesyan bu xüsusda bildirir: “Rusiya güclünün tərəfini tutur. İndi isə güclü Ermənistan deyil, Azərbaycandır. Ermənistanı nə gözləyir? Yaxın vaxtlarda “Qarabağ müdafiə ordusu” buraxılacaq. Azərbaycan ordusu Qarabağa daxil olacaq və öz nizamını quracaq. Qarabağın erməni əhalisinin inteqrasiyası başlanacaq. Ola bilər ki, birgə patrul nəzarəti barədə qərar veriləcək, Rusiya sülhməramlıları və Azərbaycanın güc strukturları birlikdə bunu edəcək, ancaq bu bizim üçün çox yüngül anesteziya olacaq”. O bildirir ki, Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək: “Onların orada olması indi də nəyisə dəyişmir”. Bu günlərdə isə “Qraparak” nəşri məlumat yayıb ki, Qarabağın bir hissəsində yerləşən erməni əhalinin “ictimai təşkilatları sektoru”nun bir neçə nümayəndəsi, o cümlədən separatçıların “antiböhran şurasının sədri” Tiqran Petrosyan Rusiya sülhməramlılarının komandiri ilə görüşüb.: “Görüş çox gərgin şəraitdə keçib. Lentsov deyib ki, Laçın dəhlizindəki vəziyyətə görə rus sülhməramlılardan daha çox, Ermənistan baş naziri Nikol Paşinyan məsuliyyət daşıyır. Məhz Paşinyanın “Qarabağ Azərbaycandır” sözlərindən sonra Laçın yolu bağlanıb”. Lentsov, həmçinin, siyasi qərarlar qəbul etmək hüququ olmadığını, yalnız əmrləri icra etdiklərini bildirib və “ictimai fəalları” yola salıb. Daha sonra separatçıların “deputatları” da Lentsovla görüşüb, onlara da eyni sözlər deyilib və heç bir kömək edə bilməyəcəkləri bildirilib. Qeyd edilib ki, bundan sonra sülhməramlı kontingentin qərargahı önündə aksiya keçirmək təklifi irəli sürülüb. Lakin yada salınıb ki, iki gün əvvəl belə bir təşəbbüs iflasa uğrayıb, çünki təyin edilən aksiyaya heç 30 nəfər də gəlməyib. Bunlar fonunda ekspertlər bildirir ki,  Qarabağda müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı məsələ üçtərəfli bəyanatda qeyd edilib. Yəni Rusiya sülhməramlılarının növbəti beşillikdə fəaliyyətinə Bakıda və İrəvanda qərar veriləcək. Bakı isə 2025-ci ildən sonra ərazisində sülhməramlıqüvvələri görmək niyyətində olmadığını ən yüksək səviyyədə bəyan edir.

Ermənistanda hesab edilir ki, Avropa və ABŞ-a da ümid etmək əbəsdir. Erməni politoloq Yervand Bozoyan bildirir ki, ABŞ öz mövqeyində həmişə münaqişənin güclü tərəfinə arxalanmağa meyillidir: “Biz Birinci Qarabağ müharibəsində qalib gələndə və onu diplomatik sahədə möhkəmləndirməyə çalışanda ABŞ bizə kömək etdi. Niyə? Çünki biz güclü tərəf idik və onlar həmişə güclü tərəfi dəstəkləməyə çalışırlar, bu onların siyasətinin konsepsiyasıdır. ABŞ-ın belə mövqeyi tamamilə başadüşüləndir: zəif tərəf əsas amil rolunu oynaya və vəziyyətə təsir göstərə bilmədiyi üçün güclü tərəflə danışıqlar aparmaq və ümumi dil axtarmaq lazımdır. Ona görə də Azərbaycan hazırda ABŞ-ın prioritetidir, Vaşinqton münaqişəni öz maraqlarını nəzərə alaraq həll etməyə çalışacaq. Müharibədə məğlub olan Ermənistan ABŞ-da təsir rıçaqlarını itirdi”. Bu fonda xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinin “Vaşinqton hesab edir ki, Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan daxilində təmin oluna bilər” açıqlaması da Ermənistanda zəlzələ effektinə səbəb olub. Səfirin açıqlaması açıq-aşkar Qarabağın Azərbaycanın bir hissəsi kimi Vaşinqton tərəfindən tanınması, Qarabağda yaşayan ermənilərə Azərbaycanın təklif etdiyi hüquq və təhlükəsizlik qarantını qəbul etdiyi mənasını verir. Azərbaycanın Qarabağ məsələsində mövqeyi məlumdur: yerli erməniləri öz vətəndaşı kimi qəbul etməyə, istənilən Azərbaycan vətəndaşına verilən hüquqlarla təmin etməyə hazırdır. Heç bir özəl statusdan söhbət belə gedə bilməz. Azərbaycan prezidenti İlham Əliyev də bu barədə dəfələrlə açıqlama verərək Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa yolu olmadığını bildirib. Bununla yanaşı, rəsmi Bakı Qarabağ ermənilərinin nümayəndələrini dəfələrlə danışıqlar aparmaq üçün paytaxta dəvət edib. Bu təklif hələ də qüvvədədir. Qarabağ erməniləri bundan başqa çıxış yollarının olmadığını getikcə daha yaxşı dərk edirlər.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ