çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Paşinyanın Moskvada diplomatiya dərsi alması, "papağı günə yandırması", hirsini sərhəd təxribatları ilə soyutması... - Aydın QULİYEV yazır...

Image


Dünyanın geosiyasi, geoiqtisadi mənzərəsində son bir ildə yaşanan dəyişikliklər ölkələrin qlobal miqyasda yeri və roluna da əhəmiyyətli dərəcədə təsir göstərib. Elə bu kontekstdə Azərbaycanın nəinki Avrasiya, ümumiyyətlə dünya miqyasında daha çox diqqət mərkəzinə gəlməsi müşahidə edilir. Bu da səbəbsiz deyil. 

Əvvəla, Azərbaycanın coğrafi mövqeyi, malik olduğu enerji resursları, tranzit imkanları istər Avropa, istərsə də Asiyada bir çox ölkələr üçün hər iki tərəfin mənafeləri baxımından yaranmış indiki mürəkkəb siyasi-iqtisadi şəraitdə ümid yeri hesab edilir. Daha bir vacib məqam ondan ibarətdir ki, Azərbaycan zəngin resurslara malik olmaqla yanaşı, həm də müstəqil siyasət yürüdür, heç kimin iradəsinə tabe deyil, iqtisadi cəhətdən özünü tam təmin edir. Bu amil beynəlxalq əməkdaşlıq və inteqrasiya proseslərində önəmli təsirə malikdir. Hətta özünü belə insan kimi yaşada bilməyən, qapılarda qarnını otaran dilənçi ölkələrlə işbirliyi qurmaq kimin nəyinə lazımdır... Ermənistan belə ölkələrdəndir. Heç eşitmisinizmi ki, Ermənistanın dövlət rəhbəri hansısa mötəbər tədbirə xüsusi qonaq statusunda dəvət alsın?! Fakt yoxdur. Ölkələr bilir ki, Ermənistanın başçıları kürsüyə qalxan kimi, acından ölürük, genosid yaşayırıq kimi naftalan iyili yalan-palanlarla hamının ovqatını təlx edəcək. Azərbaycan bu kontekstdə müqayisə olunmayacaq üstünlüyə malikdir, dünya ölkələrinin müsbət səylərinə əlavə  enerji vermək və almaq iqtidarındadır.
Eyni zamanda Azərbaycan bütün tərəflərlə bərabər məsafə saxlayır, bərabərhüquqlu əməkdaşlıq əlaqələri qurur. Təbii ki, bu da Azərbaycanla əməkdaşlıq münasibətlərinin  qurulmasına meylli olan ölkə və təşkilatların marağını və sayını artırır. Hətta kurs və yanaşma baxımından biri-birinə zidd mövqedə dayanan regional və beynəlxalq  təşkilatlar Azərbaycanla münasibətlər qurularkən aralarındakı ziddiyyətləri arxa plana atırlar. Məsələn, Avropa ittifaqı və Avrasiya İqtisadi Birliyi bu gün Azərbaycanla münasibətlərin dərinləşdirilməsində eyni dərəcədə maraqlıdırlar, bir-biri ilə toqquşmurlar, daha doğrusu Azərbaycan öz ağıllı siyasəti ilə onları toqquşdurmur. Elə bu da Azərbaycanın xarici siyasi, iqtisadi-ticarət əlaqələrinin uğurunu göstərən başlıca nüanslardan biridir. Qeyd edək ki, bu və ya digər təşkilatlara Azərbaycanın əsas qonaqlardan biri qismində dəvət edilməsi artıq adi hala çevrilib. Məsələn, ötən ilin noyabrında Ərəb Dövlətləri Liqasının üzvü olan ölkələrin sammitinə Azərbaycan Prezidenti İlham Əliyev də fəxri qonaq statusunda dəvət olunmuşdu. Çox məzmunlu çıxış da etdi, həm ərəb dünyasının, həm də mütərəqqi bəşəriyyətin cari və strateji maraqlarına uyğun fikirlər söylədi. Bu günlərdə isə Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçirilən geniş tərkibdə iclasında Prezident İlham Əliyev qonaq qismində, Rusiya dövlət başçısı Vladimir Putinin dəvəti ilə iştirak edib. Xatırladaq ki, Ermənistan istisna olmaqla Azərbaycan bu quruma üzv ölkələrlə sıx iqtisadi-ticarət əlaqələrinə malikdir. Bu fakt sübut edir ki, Azərbaycan hətta özünün üzv olmadığı regional - beynəlxalq birliklərin işindən kənar qalmır, oxşar potensialları uzlaşdırmağa önəm verir. Məsələn, biz ölkəmizin, şəxsən Prezidentin siyasətinin bu istiqamətini Şanxay Əməkdaşlıq Təşkilatının timsalında çox gördük.
Avrasiya Birliyinin zirvəsində xüsusi qonaq kimi iştirak edən Prezident Əliyev göstərdi ki, bütün aspektlərdə müstəqil siyasət yürüdən ölkə olaraq Azərbaycan bu quruma üzv olmadan da orada yer alan konkret ölkələrlə əməkdaşlığının miqyasını daha da genişləndirə bilir.
Onu da demək lazım gəlir ki, həmin tədbirdə çıxışı zamanı Prezident ölkəmizin inkişaf yoluna geniş toxundu. Bu fonda diqqətə çatdırdı ki, Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Bu zaman dövlət başçısı Zəngəzur dəhlizinə də geniş toxundu. Diqqətə çatdırıldı ki, Zəngəzur dəhlizi region ölkələrinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açır. Təbii ki, ölkənin böyük önəmi baxımından səsləndirilən bu məqamlar Ermənistan rəhbərliyinə toxunmaya bilməzdi. Bu səpkidə Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı məsələni başqa istiqamətə çəkməyə çalışsa da, özünü qeyri-çevik vəziyyətə saldı. Hətta o dərəcədə ki, Putin "dəhliz, ya yol anlayışlarını kənara qoyaraq" əsas məqam kimi ərazi bütövlüyünün tanınmasına fokuslanmağı tövsiyə etdi. Əslində Putin bununla Paşinyana eyham vurdu ki, "ay dadibidad, papağı artıq əldən vermisən, ərazi bütövlüyünü tanıdınsa, terminoloji məsələlərlə oynama" .Və əlbəttə, hadisələrin bu gedişi replika atan Paşinyana Prezident İlham Əliyevin arqumentli cavablarının nəticəsi oldu. İlham Əliyev həm Laçın yolunun hazırkı rejimi, həm də Zəngəzur dəhlizi barədə ortaya qoyduğu məntiq və arqumentlərlə Paşinyana qarşı kollektiv psixoloji-siyasi basqı mühiti yaratdı. Əslinə baxanda, Paşinyan o halı ilə həmin durumdan nisbətən yaxşı qurtardı. O əlavə replikalara gedəcəyi halda, daha pis vəziyyətlərə düşə bilərdi. Faktiki olaraq, Prezident İlham Əliyev Paşinyana Münhen təhlükəsizlik konfransından sonra yenidən diplomatiya dərsi keçdi. Görünür, bunu həzm edə bilməyən Paşinyan yenə erməni xislətinə sadiq qalaraq sərhədlərdə su bulandırmağa cəhd edir. Moskvada aldığı diplomatik zərbə ona qarşı ölkəsinin içində də zərbə mövqeləri açıb. Erməni mediasını izləyirik, onlar da yazır, müzakirə və Paşinyanı ittiham edirlər. Deyirlər ki, çox zəif oldun, bu ağıl-kamalla səndən lider olmaz, hətta ona "çoban" deyənlər də var... Bütün bu daxili gərginlikləri sərhədlərə ötürmək Paşinyanın özünün və çevrəsinin ağlına çıxış yolu kimi gəlir. Hər halda Moskva görüşündən dərhal sonra sərhəddə baş verən təxribat bunun təsdiqidir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Bildirilib ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb. Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaça biliblər. Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin birgə yaydığı məlumatda isə bildirilir ki, Azərbaycanda saxlanılan iki erməni diversanta cinayət işi açılıb, onlar istintaqa cəlb ediliblər. Sirr deyil ki, diversiya əməlini həyata keçirmək mümkün olsa idi, onun nəticələri ağır olardı. Sadəcə, sərhədçilərimiz bunun qarşısını vaxtında alıblar. Amma hadisənin özü göstərir ki, Ermənistan sülh gündəliyinə sadiq deyil və təxribatçı əməlləri ilə sülhün qarşısını almaq istəyir. Özü də bunu Kişinyovda gözlənilən növbəti görüş ərəfəsində etməsi təsadüf kimi görünmür. Amma bundan zərər görən də elə ermənilərin özləridir. Hər halda postmünaqişə dövründə qeydə alınan erməni təxribatlarına verilən cavablar bunun ən yaxşı təsdiqidir.

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ