çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Heydər Əliyev və Azərbaycançılıq siyasətimizin əsasını təşkil edən əbədi ideya… - İlahə Həsənova yazır

Image


Istənilən xalqın inkişafı, tərəqqisi işində müasir dünyada təzahür edən və böyük rola malik ideoloji cərəyanlardan biri milli ideologiyadır. Tarixi baxımdan onun inkişafı orta əsrlərdə bu istiqamətdə formalaşmış strukturların dağılması və yeni ictimai-iqtisadi quruluşun və bunun nəticəsində formalaşan millətlərin təşəkkülü ilə əlaqədardır.

Bütövlükdə ideologiyanın milli tipi vətəndaşların cəmiyyətə siyasi tələblərini ifadə edir, onların sosial statusunu milli mənsubiyyətlə və milli-mənəvi dəyərlərlə yüksəltməyə istiqamətlənir. Milli ideologiya hər şeydən əvvəl milli dəyərlərin təbiətinin bu və ya digər səviyyədə başa düşülməsini ehtiva edir. Daha dəqiq desək, müəyyən tarixi şəraitdə yaranmış milli ideologiya mədəni normalarla və milli-mənəvi dəyərlərlə əhatə olunmuş milli özünüdərki və milli ruhu təcəssüm etdirir, milli-mədəni yekcinsliyin güclənməsinə imkan yaradır. Bu baxımdan, ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş AZƏRBAYCANÇILIQ ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynamış, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olmuşdur.

Keçən əsrin 80-ci illərinin sonları xalqımızın milli özünüdərki tarixində önəmli yer tutur. Həmin dövrdə bu prosesin baş qaldırması və tədricən güclənməsinin əsas səbəbi SSRİ adlanan böyük bir coğrafi məkanda yaşayan millətlərə, o cümlədən, xalqımıza qarşı məqsədyönlü təzyiqlərin artırılması, millətin mental dəyərlərdən və adət-ənənələrdən uzaqlaşdırılması, xalqın təbii sərvətlərinin istismarı, müstəqil siyasi fəaliyyətin qarşısının alınması və s. bu kimi mərkəzdə planlaşdırılmış siyasətin aparılması idi və əslində, bu siyasət yarandığı gündən məhvə məhkum idi. Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılması ilə istiqlaliyyətini bərpa etmiş Azərbaycanda xalqın milli birliyinin yaradılması ən aktual vəzifə kimi qarşıda dayanırdı. Çünki həmin dövrün ortaya çıxartdığı çətinliklərin və problemlərin həlli, eləcə də, müstəqilliyin daha etibarlı şəkildə qorunmasının təmin edilməsi, milli dövlətçilik ənənələrinin bərqərar olması yalnız xalqın ideya birliyinin yaradılmasından asılı idi. Lakin çox təəssüf ki, müstəqilliyin ilk illərində respublikaya rəhbərlik edən qüvvələr bu tarixi zərurəti obyektiv şəkildə qiymətləndirə bilmədilər. Nəticədə Azərbaycanda cəmiyyətin bütün təbəqələrini əhatə edən siyasi pərakəndəlik və ideoloji parçalanma meyilləri müşahidə edilməyə başlandı. Halbuki, o dövrdə ümummilli birliyə nail olmaq üçün kifayət qədər obyektiv şərait mövcud idi. Ən acınacaqlısı isə o idi ki, bu pərakəndəlik xaricdə yaşayan soydaşlarımız arasında da özünü açıq şəkildə büruzə verirdi. O dövrdə hakimiyyətdə olan qüvvələr bu kimi taleyüklü problemləri həll etmək əvəzinə siyasi naşılıq göstərərək milli birlik, milli özünüdərk kimi mühüm siyasi problemlərin həllini şəxsi mənafe və ambisiyalarına qurban verdilər.

Həmin dövrdə baş verən hadisələr insanlar arasında milli özünüdərk prosesini gücləndirmiş, ictimai həyatın demokratikləşdirilməsi və Azərbaycanın müstəqilliyi ideyası yüz minlərlə vətəndaşı küçə və meydanlara çıxarmış, milli-azadlıq ideyasının təkamülünə səbəb olmuşdu. Bu dövrdə geniş vüsət almış ümumxalq hərəkatı Azərbaycan xalqını milli birlik və respublikanın azadlığı ideyası ətrafında sıx birləşdirmişdi. Əsrlərdən bəri bu xalqı fitnə-fəsadla parçalayıb milli birliyini pozan bədxahlarımızı qorxudan əsas səbəb xalqımız arasında yaranmış bu birlik və həmrəylik idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasında xalqımızı iki əsrə yaxın bir müddətdə iki yerə parçalayan Araz çayı boyunca çəkilmiş sərhəd məftilləri üzərinə hücum, əslində, xalqımızın taleyinə biganə olan Sovet hakimiyyətinə, Azərbaycanın taleyinə laqeyd olan rəhbərlərin üzərinə bir həmlə idi. Yüz illərdən bəri heç kimin cəsarət edib yaxınlaşa bilmədiyi sərhəd dirəklərinin sökülməsi cənublu şimallı bütöv bir xalqın bir-birinə qovuşması mərkəzi hakimiyyəti lərzəyə saldı və bu hakimiyyət o vaxtdan sonra bir daha özünə gələ bilmədi.

Ulu öndərimiz Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi dövrün əvvəllərində - 1991-ci ilin dekabrında Naxçıvan MR Ali Məclisi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi haqqında tarixi qərar qəbul etdi. Əslində, bu, təkcə xalqımızın birliyinin və həmrəyliyinin təmin edilməsi istiqamətində atılmış addım deyildi, həm də xalqın bir məslək uğrunda birləşdirilməsinə xidmət edəcək azərbaycançılıq ideologiyasının əsasının qoyulması demək idi. Qeyd edək ki, 1991-ci il dekabr ayının 25-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan MR Ali Məclisinin təşəbbüsünü dəstəkləyərək 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi və həmin günün hər il milli dövlət bayramı kimi qeyd olunması barədə qərar çıxartdı. Məhz bu ideoloji zəmin dünya azərbaycanlıları ilə işi dövlət səviyyəsində uğurla həyata keçirməyə, digər tərəfdən, onları ölkəmizdəki iqtisadi layihələrə cəlb etməyə və beləliklə də, Vətənimizlə daha sıx bağlamağa stimul yaratmışdır.

2001-ci il noyabr ayının 9 və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xalqımızın milli birliyinə mane olan məsələlər geniş müzakirə olundu və cəmiyyətin bütövlüyünü təmin etmək məqsədilə müəllifi Ümummilli liderimiz Heydər Əliyev olan azərbaycançılıq ideologiyası barəsində geniş fikir mübadiləsi həyata keçirildi.

Bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə həmvətənlərimizin ümumi maraqlarımız ətrafında birləşməsinin tarixi zərurət olduğunu vurğulamış və Ulu Öndər Heydər Əliyevin bu sahədə əldə etdiyi nailiyyətlərə əsaslanaraq daha da irəli getmək üçün mühüm addımlar atılacağını bəyan etmişdir: “Azərbaycançılıq ideyasının birləşdirici dəyər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin, tariximizin yaşadılması və inkişaf etdirilməsi Prezident Heydər Əliyevin ideyası idi. Düşünürəm ki, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin mühüm şərti olaraq bu ideya bu gün də, gələcəkdə də bizim siyasətimizin əsasını təşkil edəcəkdir”.

Bəli, yeni dünya düzəmində doğma Azərbaycanımızın necə olacağı, hansı yeri tutması məsələsi aydındır ki, xalqımızın birliyindən, monolitliyindən, necə səfərbər olmasından, nəhayət, vahid bir ideologiya – AZƏRBAYCANÇILIQ ideologiyası ətrafında necə birləşəcəyindən çox asılıdır.

İlahə Həsənova
ADNSU, Humanitar fənlər kafedrasının müəllimi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ