şənbə günü, 12 sentyabr 2026
     

Sosial şəbəkələr və fikir plüralizminin tənzimlənməsi...

Image


Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.

Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.

Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub. Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilib.

  • Bizim qanunvericiliyə bununla bağlı müvafiq dəyişiklik edildi

Son illərdə bütün dünyada geniş istifadə olunmağa başlayan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir. Tez-tez "sosial şəbəkədə tanış olduğu yeniyetməni zorladı", "qətlə yetirdi", "sosial şəbəkə ailəni dağıtdı" və s. kimi xoşagəlməz xəbərləri izləyirik və ya kimlərinsə sosial şəbəkələrdən istifadə edərək müxtəlif radikal çağırışlar etməsinin şahidi oluruq.

Ancaq əfsuslar olsun ki, beynəlxalq təcrubədə sosial şəbəkələrin bu cür mənfi təsirlərinin qarşısının alınması üçün hər hansı konkret nümunələr yoxdur. Sosial şəbəkələrə qadağaların qoyulması isə dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır, bu, insan azadlıqlarının boğulması kimi qiymətləndirilir.

Məsələyə münasibət bildirən İnformasiya Kommunikasiya  Texnologiyaları (İKT) üzrə mütəxəssis Aqşin Əliyevin sözlərinə görə,  sosial şəbəkələrdən yaranan problemlərin köklü şəkildə həlli praktikası dünyada mövcud deyil: "Bəzi ölkələr sosial şəbəkələri qadağan edib, amma bu da çıxış yolu deyil. Çünki insanlar artıq sosial şəbəkələrə öyrəşib, bundan istifadə edirlər. Müəyyən məsələləri inzibati yolla həll etmək olar. Məsələn, sosial şəbəkələrdə ekstremizmə, digər ağır cinayət əməllərinə  çağırış edənlərin cinayət məsuliyyətinə cəlb olunması təmin edilməlidir. Təqdiredici haldır ki, bizim qanunvericiliyə bununla bağlı müvafiq dəyişiklik edildi. Sosial şəbəkələrdə danışıq və davranış etikası ilə bağlı çox ciddi problemlər var. Bunu da söz azadlığı, fikir plürializmi adı altında edirlər. Sosial şəbəkələrdə danışıq və davranış etikasına çox ciddi riayət olunmalıdır. Amma bu məsələni təkcə qanunvericiliklə, inzibati yollarla həll etmək mümkün deyil. Yəni, bu gün inzibati metodlarla sosial şəbəkələrə yalnız müəyyən nəzarət funksiyasını həyata keçirmək olar. Bu istiqamətdə ciddi maarifləndirici addımlar da atılmalıdır. İlk növbədə uşaqları və yeniyetmələri sosial şəbəkələrin mənfi təsirlərindən qorumaq, onlara nəzarət etmək lazımdır. Onları sosial şəbəkələrdən tamamilə təcrid etmək də mümkün deyil. Valideynlər bu məsələdə məsuliyyətlərini anlamalıdırlar".

  • Bəzi dövlət başçıları hətta mesajlarını sosial şəbəkələr vasitəsilə çatdırır

Ekspertin sözlərinə görə, sosial şəbəkələrdən səmərəli, məqsədyönlü, müasir dövrümüzün çağırışlarına və dövlətimizin hədəflərinə uyğun istifadə insanlara, cəmiyyətə yalnız xeyir verir: “Bəzən milli-mənəvi dəyərlərimizlə uyğunlaşmayan, daha çox şəxsi maraqları, cinayətləri, ailə-məişət, qadın və uşaq zorakılığını, etik normalardan kənar informasiyaları yaymaqla istifadəçi «ovuna» çıxan sosial şəbəkələrin başqalarının şəxsi həyatı ilə bağlı açıqlamaları insanları üz-üzə qoyur. Son nəticədə narazılıq yaradan məsələlər məhkəmə salonlarında həll edilir. Bəzi sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz, şəhidlərimiz haqqında yayılan və ictimaiyyət tərəfindən qəbul olunmayan saxta, yalan informasiyalar vətəndaşlıq məsuliyyətindən kənar olmaqla müəllifə də hörmət qazandırmır. Buna görə də istifadəçilərinin sayı yüz minlərlə ölçülən sosial platformanın sahiblərini və əməkdaşlarını ilk növbədə dövlətçilik maraqlarımızın qorunması, milli-mənəvi dəyərlərə hörmət və onlara sadiqlik, əxlaqi-etik normaların gözlənilməsi daha çox düşündürməlidir”.

Bu gün hər bir sayt, televiziya sosial şəbəkədən götürdüyü məlumatı xəbər formasında oxucusuna, izləyicisinə çatdırır. Bəzi dövlət başçıları hətta mesajlarını sosial şəbəkələr vasitəsilə çatdırırlar. Sosial şəbəkələr jurnalistlər üçün mənbə sayıla bilər. Amma bununla belə, sosial şəbəkədən əldə etdiyimiz məlumatın etibarlılığını, düzgünlüyünü yenə də mütləq şəkildə dəqiqləşdirmək lazımdır.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - görüşmək istəyirsə, Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

11.09.2026 / 11:22
Dipkorpus nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar

11.09.2026 / 11:10
Tərtər sakini Ağdərədə minaya düşdü...

11.09.2026 / 10:56
Aydın Kazımzadə: "Şəfiqə Məmmədovanın sədr olmaq şansı daha böyükdür"

11.09.2026 / 10:22
Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı və Hörmüzə də öz adını verdi…

11.09.2026 / 09:44
"Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 09:30
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır...

11.09.2026 / 09:13
Ankarada səfirliksiz səfir təyinatı - İsraildən ilginc addım…

11.09.2026 / 09:03
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

11.09.2026 / 08:08
Kanada Ukrayna ilə 100 illik tərəfdaşlıq sizişi imzaladı...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ