çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistanda Brüssel şoku davam edir - Qarabağ məsələsi arxa plana keçdi...

Image


Ermənistan iqtidarı Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin məlum bəyanatından sonra hələ də Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etdiyini dilə gətirməyib, amma rəsmi İrəvan bu bəyanatı təkzib də etməyib.

Avropa İttifaqı Şurasının sədri ötən bazar Brüsseldə keçirilən danışıqlardan sonra bəyan etmişdi ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün tanınmasına sadiqliklərini təsdiq ediblər. Budəfəki bəyanatında Mişel ərazi barədə açıq və konkret danışıb.

Bəyanatda Ermənistan ərazisinin 29 min 800 kvadrat kilometr, Azərbaycan ərazisinin isə 86 min 600 kvadrat kilometr olduğu xüsusi vurğulanıb. 86 min 600 kvadrat kilometr Azərbaycanın ərazisidir və bura Qarabağ da daxildir. “Azatutyun”un Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə sualına cavab olaraq Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib: “Bildiyiniz kimi, ərazi bütövlüyü həmişə tanınıb. Burada çətin ki, nəsə bir yenilik tapılsın. Razılaşma barədə yenicə bəyanat verilib. Detalları barədə məlumat verə bilmərik”. Mnatsakan Safaryanın sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə sülh müqaviləsinin layihəsi müzakirə olunacaq. Baş veənlərlə bağlı “armenianreport” portalı yazır ki, “xarici işlər nazirimizin “bacarıqlı” müavini Mnatsakan Safaryan Ermənistanın Azərbaycanın 86,6 min kvadrat kilometr ərazi bütövlüyünü, Qarabağın Azərbaycanın tərkibində olmasını tanıyıb-tanınmaması sualına birbaşa cavabdan yayındı:  “Məni bu suala cavab verməyə məcbur etməyin”, - deyə Safaryan jurnalistlərin şərh almaq cəhdlərinə cavab verib. Necə başa düşə bilərərik? Axı heç kim Safaryandan şəxsi nə isə soruşmayıb. Amma Safaryan özünü elə apardı ki, guya jurnalistlər ondan bu məmurun şəxsiyyəti ilə bağlı nəsə istəyiblər. Safaryanın davranışı “internetdən əvvəl” deyilən dövrdə absurd olardı. Axı istənilən şəxs internetə daxil olaraq Aİ Şurasının sədri Şarl Mişelin bazar günü Brüsseldə onun iştirakı ilə, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair bəyanatının mətnini oxuya bilər. Orada hər şey var. Safaryanı danışmağa məcbur edən hər şey.  Mişelin yalnız Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyindən, rəsmi Bakının onlarla dialoqun vacibliyindən danışmasından başlayaq. Onlara humanitar fəlakət barədə heç nə deyilməyib. Mişel Qarabağ ermənilərinin statusu ilə bağlı heç nə deməyib. Bizim “bacarıqlı” xarici işlər nazirinin müavini  bunu inkar edə bilməz. Eyni zamanda, hər kəs görə bilər ki, Şarl Mişelin bəyanatında Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan “Almatı bəyannaməsi”nə istinad var.

İndi Ermənistanda insanlar ölkənin düşdüyü rüsvayçılığın, fəlakətin, gələcək bəlaların miqyasını görür, anlayır! Hakimiyyət orqanlarının cib mediasından və bloqqerlərdən istifadə edərək diqqəti əsas məsələdən, uğursuzluqlarından yayındırmaq cəhdləri, günahı Mişelin, Fransanın, ABŞ-ın, Rusiyanın ünvanına yazmaq cəhdi - bütün bunlar heç bir nəticə vermir. Əksinə, bezdiricidir. Çünki məğlubiyyətlərimizin konkret adı var. Bu, Nikol Paşinyan və onun bütün komandasıdır. Məhz onlar xalqa siyasi, hərbi, iqtisadi baxımdan daha güclü yeni Ermənistan vəd etdilər. Məhz onlar xalqı inandırdılar ki, Azərbaycana heç bir güzəşt olmayacaq. Məhz onlar müharibənin qarşısını ala bilmədilər, məğlub oldular və bunların hamısını rəsmən tanıdılar. Mişel, Makron, Putin, Bayden - Ermənistanın başında milli maraqları qorxulu şəkildə təslim edən biri dayanırsa, onların heç biri heç nə edə bilməz. Safaryanın və ya Xarici İşlər Nazirliyinin digər diplomatlarının aşkar olanı inkar etmək cəhdləri də işə kömək etməyəcək. Hər şey göz qabağındadır - biz uçurumun kənarında belə deyilik. Biz uçuruma addımladıq və ora düşdük”. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da qeyd edir ki, Azərbaycan məqsədinə çatmaq üzrədir: “Aydındır ki, biz Qarabağın təhvil verilməsinin son mərhələsinə qədəm qoyuruq”. O qeyd edib ki, Paşinyanın istənilən coğrafi məkanda hər görüşü Qarabağın təhvil verilməsi prosesini daha da dərinləşdirir və dönməz edir: “Brüssel görüşü zamanı Paşinyan öz tələsinə düşəndə problem daha da mürəkkəbləşdi və dərinləşdi. O, 29800 kvadratkilometrdən o qədər danışdı ki, İlham Əliyev özü də artıq ölkəsinin kvadrat kilometrlərinin tanınmasını tələb etdi. Şarl Mişelin təsvir etdiyi müddəalarla hər hansı bir sənədin imzalanması o deməkdir ki, imzalanan andan Qarabağ Cavaxetiyə çevrilir və Cavaxetidən fərqli olaraq, bir müddət, bəlkə də on ildən sonra Naxçıvana çevriləcək”.  Erməni politoloq Beniamin Matevosyan isə bildirir ki, əslində, çoxdandır Qarabağla bağlı deyil, Ermənistanla bağlı danışıqlar gedir, Ermənistanın taleyi danışıqlar masasındadır. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ilin oktyabrında Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bunu yalnız rəsmi şəkildə elan edib: “Brüsseldə keçirilən görüşlərin nəticələrinə görə, Qarabağ ermənilərinin etnik azlıq adlandırıldığı açıqlandı, sonra bu, texniki səhv və ya Mişelin şəxsi mövqeyi kimi təqdim edildi, lakin sonrakı açıqlamalarda danışıqların nəticələrinə görə hər yerdə etnik azlıq ifadəsi işlədilir, yəni texniki səhv olmayıb”. Erməni politoloq vurğulayıb ki, Azərbaycan Ermənistandan növbəti güzəşt üçün “kozır” alır: “Onlar Laçın yolunun bağlanmasını dərinləşdirməyə çalışacaqlar və başqa əməliyyatlara əl atacaqlar”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ