Cümə günü, 13 noyabr 2026
     

Qoşulmama Hərəkatından QOŞULMAMA TƏŞKİLATINA DOĞRU, Parlament Şəbəkəsi və 1933-cü il hadisəsi... - Aydın QULİYEV yazır...

Image


Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı toplantısındakı müzakirələr və Azərbaycan Prezidentinin məruzəsi ən azı iki istiqamətdə hərəkatın bundan sonrakı fəaliyyətinə öz təsirini göstərəcək. Bu fikrimi Prezident Əliyevin söylədiyi bəzi  mətləbləri xatırlatmaqla konkretləşdirmək istərdim.

İlham Əliyev indiyə qədər hərəkatın daha təkmil olması naminə həm başqa zamanlarda, başqaları tərəfindən, həm də Azərbaycanın özünün etdiyi təşəbbüs və cəhdlərin iki əsas hədəfini xatırlatdı. Bir onu qeyd etdi ki, təşəbbüslər hərəkatın fəaliyyət səmərəsini və funksionallığını artıracaq. Bir də qeyd etdi ki, hərəkatın beynəlxalq nüfuzu və mövqeyi güclənəcək. Bütün bunlardan sonra hərəkatın gələcək fəaliyyətinin iki mühüm nəticəsini konkret ifadə etmək olar.

1. Hərəkatın struktur və funksionallıq baxımından təkmilləşməsi.
2. Dünya siyasətində önəmli təsir gücünə çevrilməsi.

İndi isə hər iki hədəfin gerçəkləşməsi fonunda hərəkatın Parlament Şəbəkəsinin Bakıdakı müzakirələrinin roluna baxaq.

Hərəkatın yekcins siyasi platformaya və rəvan daxili münasibətlərə malik olmaması təkzibolunmaz faktdır. Onu güclü və yekcins quruma çevirməyin hələ çox çətin problem olması da məlumdur. Lakin "siyasətdə mümkün olmayan şey yoxdur" məntiqini sadəcə  siyasətdən başqa üstəlik beynəlxalq münasibətlərə də şamil etsək, mənzərə bir qədər də qətiləşər ki, dünya siyasətində hər şey ola bilər. O cümlədən Qoşulmama Hərəkatının güclü beynəlxalq təşkilata çevrilməsi və BMT-nin indiki deqradasiya - delegitimasiya dövründə hətta onu üstələməsi, onun rəqibinə çevrilməsi və ya BMT-ni köklü özünüdəyişdirmə islahatlarına vadar etməsi... Niyə də mümkün olmasın? Kim deyə bilər ki, BMT lazım olanda hər şeyə dişi batan, olmayanda heç nəyə dişi batmayan bir amorf  qurum vəziyyətində əbədi yaşayacaq? Hitler 1933-cü ildə Millətlər Cəmiyyətini üç qəpiklik təşkilat yerinə qoyaraq onu tərk etmədimi, əslində onu ləğv etmədimi? Nə vaxtsa BMT-nin özünün də belə günə düşməyəcəyini kim iddia edə bilər? BMT-nin öz prinsip və qaydalarını yerinə yetirə bilməməsi, ikili yanaşma metodu ilə işləməsi, bir çox hallarda konkret dövlətlərin maraqlarına üstün şəkildə uyması, TŞ-nin prinsipsiz quruma çevrilməsi, BMT-nin bütünlüklə özünü gücləndirmək və təkmilləşdirmək potensialını itirməsi fakt deyilmi? O da fakt deyilmi ki, BMT TŞ-nin öz prinsiplərinin ziddinə qərar qəbul etməyə açıqca cəhd etməsi kimi bir rüsvayçılığın qarşısını Qoşulmama Hərəkatına üzv və Azərbaycanın müttəfiqləri olan ölkələr almadılarmı? Bu hadisə 44 günlük müharibədə baş verdi və 2020-ci il oktyabrın 25-də MQ-nin üç həmsədr ölkəsinin də dəstəklədiyi Qarabağda atəşkəs sazişi barədə qətnamənin qarşısını məhz hərəkat üzvü olan ölkələr aldı. Heç şübhə edilməməlidir ki, bu fakt Qoşulmama Hərəkatının gücünün  və daha böyük gücə çevrilmək perspektivinin göstəricisidir. Prezident Əliyev Parlament Şəbəkəsinin Bakı toplantısında bu fakta təsadüfən vurğu etmədi. Demək, Qoşulmama Hərəkatı həqiqətən strukturlaşmış və güclü monolit təşkilata çevrilmək şansına və potensiallarına malikdir. Odur ki, Bakıda hərəkatın təşkilata çevrilməsi barədə Prezidentin səsləndirdiyi ideyanı real bir hədəfə doğru güclü təşviqedici amil kimi dəyərləndirmək lazımdır. Hərəkatın güclü təşkilata çevrilməsi isə onun ən azı BMT-ni köklü islahatlara vadar edə bilən qüvvə halına gələcəyini söyləməyə əsaslar verir. İlham Əliyevin təşəbbüsləri ilə Qoşulmama Hərəkatının ötən ilin dekabrında BMT-nin xüsusi antipandemiya məclisinin keçirilməsinə nail olması, habelə yenə də İlham Əliyevin təşəbbüsü və hərəkatın dəstəyi ilə BMT Sosial-İqtisadi Şurada vaksin millətçiliyi əleyhinə ayrıca qətnamənin qəbul edilməsi tutarlı faktlar deyilmi? Qoşulmama Hərəkatı hətta BMT-nin özünün fəaliyyətinə təşviqedici təsir gücü göstərə bilirsə, deməli, onunla paralel təsir gücünə malik BEYNƏLXALQ TƏŞKİLATA da çevrilə bilər. Bu istiqamətdə perspektivlər barədə düşünərkən İlham Əliyevin daha bir ideyasına da önəm vermək lazım gəlir. BMT-nin öz qərar və qətnamələrinin icrasında lazımi ardıcıllığı göstərə bilmədiyindən danışan Azərbaycan Prezidenti onu da vurğuladı ki, hərəkata üzv ölkələrin dövlət və hökumət rəhbərlərinin bu yöndə BMT rəhbərliyi ilə müzakirələr aparması pis olmazdı.

Göründüyü kimi, Azərbaycanın Hərəkatda olduğu cəmi 11 ildə bütün səy və təşəbbüsləri onun təkmilləşdirilməsinə və daha mütəşəkkil gücə çevrilməsinə yönləndirilib.

Xatırladaq ki, Ukrayna hadisələri fonunda "təkqütblük-ikiqütblük" dartışmaları dünyada get-gedə daha çox ölkələri narahat etməyə, hətta bezdirməyə başlayıb. Buna görə də  Dünya Qoşulmama Hərəkatına dəstək verən ölkələrin sayca çoxala biləcəyi əsaslı ehtimallardan biridir. Bu mənada Azərbaycan Prezidentinin həm də uzaqgörən bir hədəfə işarə etdiyini də düşünmək olar.

Perspektivdə Qoşulmama Hərəkatının Beynəlxalq QOŞULMAMA TƏŞKİLATINA  çevrilməsi və "Təşkilatlanmanın" ideya müəllifinə ehtiram əlaməti kimi Baş ofisin Bakıya köçürülməsi var.

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ