Cümə günü, 13 noyabr 2026
     

“Dönüklərə və əqidəsizlərə ən böyük cəza xalqın nifrətidir” - Vüqar Rəhimzadə

Image


“Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir.” Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bu tezisinin davamı olaraq bildirirdi ki, böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz. Ən əsası vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. Bu səpkili tezisləri, tarixin sınaqlarından çıxaraq özünü təsdiqləyən fikirləri xeyli sadalamaq olar.

Azərbaycan demokratik, hüquqi dövlətdir. Demokratiyanın varlığını təsdiqləyən, eyni zamanda, ölkədə inkişafa dəstək olmaq üçün  konkret layihələr ortaya qoyub onların gerçəkləşməsi istiqamətində atdığı addımlarla  cəmiyyətdə ikrah doğurmayan müxalifətin olması hər bir dövlətin inkişafı üçün əsas şərtlərdən biridir. Məsələyə bu kontekstdən yanaşdıqda itirilmiş mənəviyyatlarını müxtəlif yollarla xarici ölkələrdəki ağaları tərəfindən onlara ötürülən çirkli qrantlar hesabına belə bərpa etmək imkanında olmayan antimilli ünsürlərin özlərini “demokratiyadan, xalqa, dövlətə  məhəbbətdən  biçilmiş don”da hiss etmələri  ikrah doğurmaya bilməz. İllərdir müxalifətçiliyi dövlət maraqlarına müxalifətdə dayanmaqda, iqtidarın atdığı hər bir uğurlu addımı qara  rəngdə  təqdim etməkdə görən  daxili bədxahlarımız Azərbaycanda bərqərar olan demokratik mühitin yaratdığı şəraitdən sui-istifadə edərək  həqiqətləri inkar yolu tutanda, hakimiyyətin ünvanına əsassız ittihamlar səsləndirəndə görəsən,  birillik hakimiyyətləri dövründə  ölkəni hansı vəziyyətə saldıqlarını yada salıb utanırlarmı? Yoxsa, dövlətə xəyanəti üstün tutub ermənipərəst mövqedə dayanmağa başları o qədər qarışıb  ki,  qaranlıq keçmişlərini unudublar?  Hər kəsin vicdanı, daxilində onun idarə edən “mən” keçmişinin, gələcəyinin, illərin ömrə vurduğu izlərin, əməllərinin güzgüsüdür. Keçmişi qaranlıq olan, çirkin əməl sahibləri bu güzgünün qarşısında duruş gətirə bilərlərmi? Təbii ki, yox. Təkcə son iki ilə yaxın dövrdə müxalif düşərgədə, daha dəqiq desək, onun radikal  qanadının cəmləşdiyi “Milli Şura”da cərəyan edən prosesləri yada salaq. 44 günlük Vətən müharibəsi təkcə dövlətlər arasında  münasibətlərin  səmimiyyətinə işıq salan həqiqət anı olmadı, eyni zamanda, daxildəki siyasi qüvvələrin məqsəd və məramlarını, kimliklərini təqdim etdi. 50-dən artıq siyasi partiya dövlət başçısı İlham Əliyevin  Zəfərimizə yol açan müdrik siyasətini dəstəklədi. Bu dəstəyi özünə sərf edən şəkildə təhlil edib kənarda qalan isə antimilli  ünsürlərin cəmləşdiyi “Milli Şura” oldu. Budurmu, dövlətə, dövlətçiliyə sədaqət, xalqa sevgi?”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Gültəkin Hacıbəyli kimi dönüklərin, əqidəsizlərin bütün fəaliyyəti boyu dövlətə, xalqa xəyanət yolunu tutan, erməni və ermənipərəst dairələrlə iş birliyi faktlar əsasında sübut edilən Əli Kərimli kimi “siyasi meyiti” “alternativsiz lider” qiyafəsində təqdim etməsi onun necə cılız hisslərlə yaşadığını ortaya qoyur: “Əli Kərimli kimilərin təmsil olunduğu radikal müxalifətin əməllərinə qısa nəzər salmağımız səbəbsiz deyil. Xalq bu antimilli çıxdaşların şəxsi ambisiyalarının qulu olduqlarını, dövlətə, xalqa xəyanətin  onlar üçün su içmək qədər asan olduğunu çox yaxşı bilir.  Əli kərimliləri “alternativsiz lider” kimi təqdim edən  gültəkinlər artıq şəxsi ambisiyalarının o dərəcədə girovuna çevriliblər ki, onlar üçün dövlət, xalq marağı deyilən məfhum yoxdur.

Gültəkin Hacıbəyli kimdir? Vaxtilə xalqının parlamentdə, Azərbaycanın isə dünyanın ən nüfuzlu, demokratik təsisatların inkişafı ilə bilavasitə məşğul olan beynəlxalq qurumda - Avropa Şurasında təmsilçisi. Bu iki fakt onun dünəni ilə bu günü arasında böyük təzadın olduğunu ortaya qoyur.  Bu baxımdan ki, o illərdə  xanım “siyasətçi”nin   mətbuat səhifələrində yer alan açıqlamalarına diqqət yetirsək Azərbaycanın hər bir uğurunu dəyərləndirməklə yanaşı,  antimilli ünsürləri dövlətə xəyanətdə,  nankorluqda ittiham etdiyini açıq-aydın görərik. Bəs, nə oldu? Gültəkin buqələmun kimi rəngini və əsl dönüklərə xas olan mövqeyini niyə dəyişdi? Azərbaycan birdən-birə geriyə doğru addımlayıb işğalçı Ermənistanla müqayisə olunacaq inkişafa malik  ölkə səviyyəsinəmi düşdü? Bəlkə xalqın etimadı ilə seçilmək, parlamentdə təmsil olunmaq  hüququ qazanan millət vəkili bu dəstəkdən məhrum olduqda ölkə geriyə doğru addımladı? Vaxtilə dağıdıcı müxalifət düşərgəsində təmsil olunanları qəbul etməyən, onları radikallıqda ittiham edən gültəkinləri birdən-birə onların dostuna çevirməyə, bu satqınlara sığınmağa nə vadar etdi? Bu kimi suallar çoxsaylı olsa da cavab birdir - tamah. Ailə- məişət zəminində yaşadıqlarından cəmiyyətdə itirdiyi mövqeyinədək hər bir addımının arxasında tamahın dayanması bu xanım siyasətbazın yeri gəldi-gəlmədi bəhs etdiyi “ziyalı” ifadəsinin nəinki bu ada heç bir aidiyyəti yoxdur, əksinə bu ülvi dəyərə ləkədir. Ziyalı xalqın nur çırağıdır. Ziyalı kütlənin önündə gedən təbəqədir. Gültəkinlərin bu gün özlərini xalqın nur çırağı kimi təqdim etməyə haqları varmı?. Qətiyyətlə deyə bilərik ki, yox!”

V.Rəhimzadə bu gün Azərbaycanın tarixi Zəfərin yaratdığı reallıqları yaşadığı, azad Qarabağın, azad Şərqi Zəngəzurun bütün dünyanın diqqət mərkəzində olduğu, diplomatik mərkəzə çevrildiyi bir zamanda bu kimi uğurlardan qürur duymaq əvəzinə, ikrah doğuran fikirlərlə gündəmi zəbt etməkdə antimilli ünsürlərin maraqlarının nədən ibarət olduğunu da açıqlayıb: “Təbii ki, düşmən dəyirmanına su tökəni Azərbaycanın uğurları sevindirə bilməz. Digər tərəfdən, kiçik dövlət kimi dəyərləndirilən ailənin dəyərlərini öz tamahına qurban verən, müxtəlif ittihamlarla üz-üzə qalsa da bundan nəticə çıxarmaq əvəzinə daha da radikallasan, xalqın aparıcı qüvvəsini topa, tüfəngə tutan gültəkinlərin dövlət maraqlarını şəxsi ambisiyalarına qurban vermələri təəccüb doğurmur. Kimliyindən, siyasi mənsubiyyətindən, əqidəsindən, hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq hər kəsi cəmiyyətə təqdim edən onun xarakteridir. Dönüklərin xarakteri, əqidəsi ola bilməz. Onlardan müsbət nəsə addım gözləməyin özü belə sadəlövhlük olardı”.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, keçmişimiz gələcəyimizə bələdçilik edir. Gültəkin hacıbəylilərin isə əksinə bugünü keçmişinin güzgüsü rolunu oynayır. Əgər xarakterdə dönüklük, əqidəsizlik varsa, daxildəki bu virusun nə zamansa cücərib baş qaldıracağı qaçılmazdır. Təbii ki, gültəkinlər xalqa, dövlətə, dövlətçiliyə qənim kəsilən bu yolun heç vaxt heç kəsə uğur gətirmədiyinin fərqindədirlər. Amma bunu bilə-bilə çirkin niyyətlərindən əl çəkməmələri onları xalqın qəzəbinə, nifrətinə tuş edib. Xalqın nifrəti, qəzəbi isə ən böyük cəzadır. Məhz bu gün Gültəkin Hacıbəyli kimi dönük bu cəzanın pik həddini yaşayır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ