Cümə günü, 13 noyabr 2026
     

Bakı ilə Moskvanın birliyi İrəvanın istəklərindən xətt çəkdi…

Image


Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın 27 iyun tarixli mətbuat konfransında söylədiklərinə cavab verib. Bu cavabda diqqət yetirilən əsas məqamlardan biri də ATƏT-in Minsk Qrupu ilə bağlı olub.

Rəsmi Bakı bir daha diqqətə çatdırıb ki, sözügedən qrupun fəaliyyətinə ehtiyac yoxdur, çünki Qarabağ münaqişəsi həll olunub. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyana tövsiyə də verib: “Ermənistan həqiqətən sülh istəyirsə, səmərəlilik əmsalı hər zaman aşağı olan və hazırda üzvləri tərəfindən açıq şəkildə fəaliyyətinin qeyri-mümkünlüyü etiraf edilən bir formatı dirçəltməyə zaman sərf etməkdənsə, öz siyasi iradəsini ortaya qoyub sülh istiqamətində konkret addımlar atmalıdır”. Bununla Paşinyana başa  salınır ki, Minsk Qrupunu süni şəkildə gündəmə gətirməyə ehtiyac yoxdur. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Azərbaycana son səfərində Minsk Qrupunun fəaliyyətinə son qoyulduğunu diqqətə çatdırıb. Belə ki, Lavrov Bakıya son səfərində ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı iştirakçıların təşəbbüsü ilə fəaliyyətini dayandırdığını açıq şəkildə elan edib. Bununla Kreml İrəvana bir daha mesaj verib ki, ATƏT-in Minsk Qrupundan ümidini üzsün. Nikol Paşinyan onlayn rejimdə keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq etiraf edib ki, Sergey Lavrovun ATƏT-in Minsk Qrupu ilə bağlı Bakıda səsləndirdiyi bəyanat İrəvan üçün çox qəribədir. O iddia edib ki, 19 aprel 2022-ci ildə Rusiyaya səfəri zamanı prezident Vladimir Putinlə birgə bəyanat imzalayıb: “O bəyanatda bildirilir ki, biz Qatabağ konfliktinin nizamlanması üçün ATƏT-in Minsk Qrupunun potensialından istifadə edərək əməkdaşlıq etməliyik”. Paşinyan Minsk Qrupunun həmsədr ölkələrinin və qrupun özünün fəaliyyətini dayandırdığını elan etmədiyini bildirib. Halbuki, Rusiya dəfələrlə ABŞ və Fransanın Rusiya ilə əməkdaşlıq etməməsi səbəbindən Minsk Qrupunun artıq tam iflic olduğunu elan edib. Lavrov özü də 8 apreldə erməni həmkarı Ararat Mirzoyanla Moskvada görüşərkən, “Vaşinqton və Paris rusofobiyaya görə Moskva ilə bu Minsk Qrupu formatında əlaqə saxlamayacaqlar” demişdi. Rusiya, Fransa və ABŞ da Minsk Qrupundakı həmsədrləri Qafqaz üzrə nümayəndələr olaraq təyin ediblər və de-fakto əməkdaşlığı dayandırıblar. Bu nümayəndələr də regiona ayrı-ayrılıqda səfər edirlər. İndi görünən odur ki, Ermənistan Minsk Qrupu timsalında həm beynəlxalq dayağa, həm də əvvəllər olduğu kimi, bu qrupun həmsədrlərinin ayrı-ayrılıqda dəstəyinə ümid edir. Lakin bölgədə gedən son proseslər və baş verən hadisələr Ermənistanın bu istəyinin də reallaşmasının mümkünsüzlüyünü göstərir. Əvvəla, həmsədr ölkələr özləri artıq Minsk Qrupunun mövcudluğunu sual altına alıb. Yuxarıda qeyd edildiyi kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov diqqətə çatdırıb ki, ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina edib. Bununla da formatın fəaliyyətinə son verilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bir müddət əvvəl diqqətə çatdırıb ki, ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Bakı ilə İrəvan arasında hərtərəfli sülhə nail olmaq üçün Rusiya tərəfinə bu mexanizmin işini bərpa etməyə hazır olduqları barədə siqnallar göndərməyib:  “Bizə belə siqnallar daxil olmayıb. Biz onları gözləmirik”. Zaxarova bildirib ki, Vaşinqton və Paris Rusiyanın iştirakı ilə əməkdaşlıqdan imtina etməklə, faktiki olaraq, ATƏT-in Minsk Qrupunun üç həmsədrinin vaxtilə yaxşı əlaqələndirilmiş işini iflic ediblər. Beləliklə, Kreml Minsk Qrupunun bərpasını mümkünsüz saydığına dair konkret mesajlar verir. 

Barəsində bəhs edilən mesajların birbaşa Ermənistana ünvanlaması isə şübhəsizdir. Bunu rusiyalı ekspert Yevgeni Mixaylov da xüsusi olaraq vurğulayır. Ekspert “axar.az” portalına açıqlamasında diqqəti ilk növbədə ona yönəldir ki, Rusiya daha çox Azərbaycanın mövqeyini nəzərə alır: “Azərbaycan son illər regionda və onun hüdudlarından kənarda olan bir çox sahələrdə əhəmiyyətini artırıb. O cümlədən nəqliyyat qovşağı kimi. Bu baxımdan Azərbaycan baş verənlərin nəbzini diqqətlə hiss edir və Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün generator kimi çıxış edir. Rusiya üçün Qərbin sanksiya siyasəti fonunda bu cür layihələr vacibdir, Avropa bizim üçün bağlanır, bizi bloklayır, biz isə güzgü kimi reaksiya veririk. Ona görə də bizim üçün nəqliyyat dəhlizlərinin genişləndirilməsi, dost ölkələr timsalında iştirakçıların sayının artırılması vacibdir. Rusiya və Azərbaycan, eləcə də Türkiyə və yəqin ki, İran üçün bu gündəm çox vacibdir. Təbii ki, Putin və Əliyev Xəzər sammitində bu cür layihələrin həyata keçirilməsi baxımından qeydləri müqayisə etmək imkanı əldə edəcəklər. Bundan başqa, Sergey Lavrov həm İrəvanda, həm də Bakıda nəqliyyat əlaqələrinin açılması istiqamətində prosesi müzakirə edib. Mövqelər aydındır. Və hazırda Rusiya və Azərbaycan liderləri onun necə irəliləyəcəyini göstərəcəklər. Problem ondadır ki, Ermənistan hələ də regionda qlobal əməkdaşlığa mane olur, daha doğrusu, öz xeyrinə olan prosesləri ləngidir. İrəvan Zəngəzur dəhlizinin reallaşdırılması prosesinin qarşısını alır və bununla da özünün oturduğu budağı kəsir. Bu gün ortaya çıxan sual budur ki, Ermənistan imzaladığı müqavilələri nə vaxt yerinə yetirəcək? Deyəsən, indiki beynəlxalq vəziyyətdə bir çox ölkələr kimi onlar da nə isə gözləyir. Hər kəs Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatdan sonra nələrinsə baş verəcəyini gözləyir. Ermənistan quyruğunu bulamağı sevir. İrəvan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması baxımından Amerika Birləşmiş Ştatları və Fransaya müraciət etməyə çalışır. ATƏT-in Minsk Qrupu vasitəsilə nizamlanma ideyasını irəli sürür. Amma Bakıda keçirilən son danışıqların nəticələrinə görə Rusiya XİN rəhbəri Minsk Qrupunun artıq mövcud olmadığını təsdiqləyib. Bundan sonra Ermənistan Xarici İşlər Nazirliyi və ermənilər rusiyalı nazirə etiraz etməyə cəhd göstərir”. Hesab edilir ki, bu cəhdlər əbəsdir. Xüsusən də Bakı və Moskvanın üst-üstə düşən mövqeyi İrəvanı tamamilə arxa plana atır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ