Cümə günü, 13 noyabr 2026
     

Zəngəzur məsələsində Ermənistan diz çökdü…

Image


Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin regional kommunikasiyaların açılması üzrə işçi qrupu. xüsusən də sərhəd və gömrük nəzarəti məsələlərində İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib. Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

O, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətini konstruktiv hesab etdiklərini də bildirib: “Bu, şübhəsiz ki, çətin işdir, lakin qeyd etməliyəm ki, tərəflər bir çox sərhəd və gömrük nəzarəti, eləcə də Ermənistan və Azərbaycan ərazilərindən avtomobil və dəmir yolları ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçidi ilə bağlı mövqelərini yaxınlaşdıra bilib”. Onun sözlərinə görə, hazırda ekspert alt qrupları avtomobil və dəmir yolu infrastrukturunun bərpası və istifadəsi ilə bağlı məsələlərin işlənməsini davam etdirir. Xatırladaq ki, burada söhbət Zəngəzur dəhlizindən gedir. Mher Qriqoryanın açıqlamaları bu qənaətə gəlməyə əsas verir ki, dəhlizin reallaşması istiqamətində artıq konkret razılıqlar mövcuddur. Belə bir vaxtda Rusiyanın “İzvestiya” qəzeti adı açıqlanmayan yüksək vəzifəli mənbəyə istinadən yazıb ki, Kreml Azərbaycanla Ermənistanın Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı razılıq əldə etməsinə yardımçı olub: “Azərbaycan və Ermənistan Naxçıvana gedəcək dəmir yolu ilə bağlı çoxdan, hələ ötən ilin payızında razılıq əldə edib. Avtomobil yolu ilə bağlı isə İrəvan uzunmüddətli fasilə götürmüşdü. Amma iyunun 3-də baş nazir müavinlərinin sonuncu görüşündə yolun 6 kilometrlik hissəsini çıxmaq şərti ilə gələcək marşrut razılaşdırılıb. Həmin 6 kilometrlik hissədə dağlar var və Rusiyanın “Avtodor” şirkəti həmin əraziyə ekspertlər göndərib ki, onlar sadə mühəndis həlli yollarını göstərsin”. Qeyd olunub ki, yol Ermənistan ərazisində Araz çayı boyunca keçəcək, qalan hissədə isə 1992-ci ilə qədər Naxçıvanı Zəngilan rayonu ilə birləşdirən sovet dövründən qalan yollardan istifadə olunacaq. Həmin yollar bütün sərhəd xətti boyu qalmaqdadır. Mənbə onu da bildirib ki, İrəvan bu ilin martında Bakıda Azərbaycanla İran arasında Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisindən keçməklə Naxçıvana gedəcək yolun inşası barədə memorandum imzalanmasından sonra danışıqlar prosesini sürətləndirib.

Xatırladaq ki Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi təsbit edilib. Azərbaycanın yanaşması həm də bundan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi regionda sülh və əminamanlığın bərqərar olmasının təməl sütunudur. Zəngəzur dəhlizinin açılması tək Azərbaycanın yox, əslində dünya ictimaiyyətinin də tələbidir. Çünki o, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. Digər tərəfdən Zəngəzur dəhlizi regionda sülhün təməl sütunlarından biri olmaqla yanaşı, bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirmək, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasında mühüm rol oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə yanaşı, Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, ağır sosial-iqtisadi durumda olan Ermənistan üçün olduqca vacibdir. Yeri gəlmişkən qeyd edək ki, Azəbaycan Xarici İşlər Nazirliyi də Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın yanaşmasında dəyişikliklər sezildiyini bildirir: “Uzun illər ərzində məhz Azərbaycan tərəfi bölgədə normal münasibətlərin qurulmasının və bütün kommunikasiyaların açılmasının Ermənistana faydalı olacağını söyləyib. Ermənistan tərəfinin bunu nəhayət anlaması və baş nazirin “kommunikasiyaların açılması Ermənistana sərf edir” söyləməsi Ermənistan rəhbərliyinin yeni yanaşması kimi diqqəti cəlb edir. Görünür, həqiqətlərin Ermənistan tərəfindən qəbul edilməsi bir qədər vaxt tələb edir. Ümid edirik ki, artıq reallığa çevrilən Zəngəzur dəhlizinin fəaliyyətinin səmərəliliyinin Ermənistan tərəfindən dərk edilməsi üçün böyük zamana ehtiyac qalmayacaq”. Ermənistanın “Qraparak” nəşri isə yazır ki, indi Rusiya ilə yanaşı, Qərb də Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəfdir və burada iqtisadi maraqlar əsas rol oynayır. Qəzet bunun Ukrayna timsalında özünü qabarıq büruzə verdiyini qeyd edir: “Bu günlərdə Avropa İttifaqının iqtisadi cəhətdən ən nüfuzlu ölkələri olan Fransa, Almaniya və İtaliyanın liderləri Kiyevə gələrək Ukrayna prezidenti ilə görüşüblər. Onlar Zelenskini Rusiya Prezidenti ilə danışıqların və sülhün bərqərar olmasının vacibliyinə inandırmağa çalışıblar. Avropanın sülhə baxışı ondan ibarətdir ki, sülh naminə Ukrayna ərazi güzəştləri ilə barışmalı və mövcud reallıqları qəbul etməlidir. Ukraynalılar belə sülhə razı ola bilməzlər, çünki bu, ölkə ərazisinin təxminən 25 faizinin itirilməsi deməkdir. Fransa, Almaniya, İtaliya və bir çox başqa ölkələrin liderlərini Xerson, Zaporojye, Donetsk və Luqanskın kimə məxsus olduğu maraqlandırmır. Onlar öz ölkələrində benzin və dizel yanacağının, elektrik enerjisinin və bütün ilkin tələbat mallarının qiymətlərinin artmasında maraqlıdır. Aİ liderləri öz milli iqtisadiyyatlarının rəqabət qabiliyyətinin azalmasından narahatdırlar. Enerji böhranı səbəbindən Avropa sənayesi Amerika və Çin malları ilə rəqabətsiz hala gəlir. Onlar bu müharibədən nəinki əziyyət çəkmir, hətta faydalanırlar. ABŞ enerji ilə özünü təmin edir, Çin isə Qərbin Rusiyaya qarşı müharibəyə görə tətbiq etdiyi sanksiyalarla Rusiyanın neft və qazını əhəmiyyətli endirimlərlə alır. Birinci dərəcəli şəxslər səviyyəsində olmasa da, son vaxtlar olduqca intensiv şəkildə Aİ rəsmilərinin bir çoxu Ermənistana səfər edir. Onların Ermənistan hakimiyyəti ilə nə danışdıqlarını bilmirik. Ancaq bir şey dəqiqdir: Aİ ölkələri üçün fərqi yoxdur ki, Qarabağ və ya Zəngəzur kimə məxsusdur, Ermənistan Zəngəzurdan keçən yollar üzərində suverenliyə malik olacaq, yoxsa Azərbaycana təslim olacaq. Bu ölkələr ancaq öz iqtisadi maraqlarını düşünürlər. Onların yeganə narahatlığı Aİ enerji bazarını şaxələndirmək, Rusiyanın enerji mənbələrindən asılılığı azaltmaqdır. Onlar Ermənistan və Azərbaycanın tezliklə sülh müqaviləsi imzalamasını istəyirlər ki, Türkmənistan qazını və Qazaxıstan neftini Rusiyadan yan keçən yollarla Avropaya çatdırsınlar. İlham Əliyev Aİ ölkələrinin niyyətini başa düşür və mövqeyini sərtləşdirir, Aİ rəsmilərindən Ermənistanı Zəngəzur dəhlizi üzərindəki suverenliyindən imtina etməyə inandırmaq üçün Ermənistana təzyiqləri artırmağı tələb edir. Ən dəhşətlisi odur ki, Paşinyan sanki Qarabağ və Zəngəzura sahiblik məsələsi ilə maraqlanmır. Paşinyan artıq təslim olmağa, itki ilə barışmağa və bu itkilərə izah tapmağa öyrəşib”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ